Icma.az
close
up
RU
Dəyişkən iş qrafikinin tətbiqi nəyi dəyişəcək?

Dəyişkən iş qrafikinin tətbiqi nəyi dəyişəcək?

525.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Məlum olduğu kimi, ötən il Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi məqsədilə dövlət orqanları, təhsil və tibb müəssisələrinin iş rejimi dəyişdirilməsi barədə Dövlət Proqramı qəbul edilib. Proqrama əsasən, dövlət qurumları, təhsil və tibb müəssisələri, eləcə də digər hüquqi və fiziki şəxslərin iş rejimi dəyişkən iş qrafiki əsasında təşkil ediləcək. Bunun üçün aidiyyəti dövlət qurumlarına təhlillərin aparılması və müvafiq siyahıların təsdiq edilməsi barədə tapşırıq verilib.

Bakıda illərdir davam edən tıxac və sıxlığın aradan qaldırılması istiqamətində müəyyən addımların atılmasına, regionların inkişafı istiqamətində bir sıra işlərin görülməsinə, dövlət proqramlarının icra olunmasına baxmayaraq, problemlər bügünədək öz həllini tapmayıb. Bu gün də paytaxt yollarında saatlarla davam edən tıxaclar Bakı sakinləri üçün ən ciddi problemlərdən birinə çevrilib. Dəyişkən iş qrafikinin tətbiqi bu problemin aradan qaldırılması istiqamətində atılan əsas addımlardan biri hesab olunur.

İqtisadçı millət vəkili Vüqar Bayramov hesab edir ki, fərqli iş qrafikinin tətbiq edilməsi bütövlükdə Dövlət Proqramının istiqamətlərindən biridir və bunun tətbiqi vacibdir. Çünki biz inkişaf edilmiş ölkələrə, xüsusən də Avropa ölkələrinə diqqət yetirsək, görərik ki, dövlət qurumları, özəl sektor, hətta xidmət sektoru üzrə fərqli iş saatları tətbiq olunur. O cümlədən bura təhsil müəssisələri də daxildir: "Azərbaycanda da oxşar praktikaların tətbiq edilməsi məqsədəuyğundur. Çünki bu da artıq nəzərdə tutulub. Bu, yollardakı tıxacın, sıxlığın aradan qaldırılması baxımında vacibdir ".

Sosioloq Elçin Bayramlının dediyinə görə, şəhər əhalisinin 95 faizi eyni vaxtda işə gedib gəlirsə, bu, doğrudan da çox böyük problem yaradır. Heç bir nəqliyyat şəbəkəsi bunun öhdəsindən gələ bilməz. Bu, mümkün deyil. Hazırda ikinövbəli təhsil müəssisələri də var. Onların da saatını dəyişdirmək mümkündür. Dəyişkən iş qrafiki olarsa, işə tez gələn axşam tez də çıxıb evinə gedəcək: "Elə iş yerləri var, səhər saatlarında açılması vacibdir. Amma elə iş yerləri də var ki, 1 və ya 2 saat gec başlanması problem yaratmaz, iş əmsalına ciddi təsir etməz. O səbəbdən də belə iş yerləri, müəssisələr işə bir az gec də başlaya bilər. Elə dövlət orqanları var ki, iş saatı standart olmalıdır. Amma məsələn, tələbələrin dərs saatlarının irəli-geri çəkilməsi heç bir problem yaratmayacaq. Bu məsələlər dəqiq müəyyənləşməlidir".

İqtisadçı ekspert Akif Nəsirlinin fikrincə, dəyişkən iş qrafiki sistemi ilk növbədə dövlət orqanları, təhsil və tibb müəssisələri, banklar, eləcə də xidmət-nəqliyyat sektorunda fəaliyyət göstərən təşkilatlara şamil oluna bilər: "Bu qurumların işə eyni vaxtda başlaması paytaxt yollarında ciddi sıxlıq yaradır. Fərqli iş saatlarının müəyyənləşdirilməsi nəqliyyat axınının bərabər paylanmasına imkan verəcək. Məsələn, səhər tıxacının əsas səbəblərindən biri məktəblərin və dövlət idarələrinin eyni vaxtda fəaliyyətə başlamasıdır. Bu baxımdan, təhsil müəssisələrinin dərs saatlarının bir qədər erkən, bəzi dövlət qurumlarının isə daha gec başlaması prosesi effektiv ola bilər".

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov hesab edir ki, dəyişkən iş qrafikinin tətbiqi şəhərdə sıxlığın, tıxacın qarşısını almaq üçün görülən kompleks tədbirlərdən biridir. Bu qərar yalnız kompleks tədbirlər çərçivəsində səmərə verə bilər: "Hesab edirəm ki, dövlət strukturlarında iş özəl sektorlara nisbətən daha tez başlamalıdır. Özəl sektorun da iş qrafikinə dəyişiklik edilməlidir. Bu, vacibdir. Əgər dövlət orqanlarında iş saat 08:00-da başlayacaqsa, özəl müəssisələrdə ən azı 1-2 saat gec tətbiq edilməlidir. Müəssisələr arasında iş saatlarının bölgüsündə eyniləşmə aradan qaldırılsa, tıxac problemi də həllini tapmış olar. Özəl müəssisələrinin fərqli saatlarda işə başlaması və fərqli saatlarda işi başa çatdırması imkan verir ki, vətəndaşlar tıxacda az zaman sərf etsinlər".

S.Məmmədovun dediyinə görə, paytaxtda əsas tıxac yaradan təhsil müəssisələridir. Təhsil müəssisələrində isə dərs saatını bir saat irəli və yaxud geri çəkmək nə qədər mümkün olacaq, onu demək bir qədər çətindir.

İqtisadçı Natiq Cəfərlinin fikrincə, dövlət sektorunda dəyişkən iş qrafikinin tətbiqi mümkündür: "Fikrimcə, büdcədən maliyyyələşən dövlət təşkilatlarında dəyişkən iş qrafikinin tətbiqi səmərə verə bilər. Həmçinin heç bir ciddi problem yaratmaz. Üstəlik, əgər iş qrafiki düzgün tənzimlənərsə, bu yollarda sıxlığın azalmasına səbəb ola bilər. Lakin özəl sektorda dəyişkən iş qrafikinə keçid bir qədər çətindir. Demək olar ki, mümkün deyil. Özəl sektor adındanda göründüyü kimi, özəl qurumlardır və əsasən, öz gəlirlərini düşünürlər. Bu səbəbdən də özəl sektorda dəyişkən iş qrafikinin tətbiqi problem yarada bilər".

Sevinc QARAYEVA

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://525.az
archiveBu xəbər 09 Yanvar 2026 21:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see290

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see270

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see267

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see263

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see253

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see244

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see244

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see235

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see235

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see232

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see219

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see218

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see213

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see211

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see208

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see204

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see202

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see199

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see198

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri