Icma.az
close
up
RU
Dəyişkən qrafikli iş rejimi

Dəyişkən qrafikli iş rejimi

Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Məlum olduğu kimi, bu ilin əvvəlində Prezident İlham Əliyev Bakı və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramını təsdiq edib. Dövlət Proqramında dövlət orqanları, təhsil və tibb müəssisələrinin iş rejiminin dəyişkən qrafikə əsasən təşkil edilməsi nəzərdə tutulub.

Bu gün paytaxt yollarında nəqliyyat sıxlığını yaradan əsas səbəblərdən biri məhz iş və dərsə başlama saatlarının eyni vaxtda olmasıdır. Əgər məktəb, dövlət idarələri və iri şirkətlərin işə başlama qrafikində mərhələli şəkildə dəyişikliklər edilsə, bu zaman yollardakı tıxacların 20-25 faiz azalması gözlənilir.

Ekspertlərin fikrincə, bu üsul düzgün və mərhələli şəkildə həyata keçirilsə, Bakıda nəqliyyat axınının idarə olunması və tıxac probleminin 60-70 faiz azalması realdır. Bunun üçün həm dövlət idarələri, həm özəl sektor, həm də vətəndaşlar qarşılıqlı şəkildə bu qaydalara əməl etməlidirlər.

İşə başlama və iş vaxtının bitməsi saatları fərqli olacaq

Millət vəkili Vüqar Bayramov deyir ki, dövlət orqanları, təhsil və tibb müəssisələrinin iş rejiminin dəyişkən iş qrafikinə keçməsi dövlət proqramının istiqamətlərindən biridir. Bu sistemin tətbiqi ölkə üçün olduqca vacibdir. Bu təcrübə artıq bir çox ölkədə özünü doğruldub: "Əksər Avropa ölkələrində dövlət qurumları, özəl sektor, eyni zamanda xidmət sahələri üzrə fərqli iş saatları tətbiq edilir. Buraya təhsil müəssisələri də daxildir. Azərbaycanda da buna bənzər praktikanın tətbiq edilməsi vacibdir. Bu, hər gün qarşılaşdığımız tıxacın, sıxlığın aradan qaldırılması baxımından vacibdir. İnkişaf etmiş ölkələrin təcrübəsinə baxdıqda demək olur ki, bu sistem effektli mexanizmdir. Dünya ölkələri bu kimi üsullardan istifadə etməklə tıxar, sıxlıq problemini aradan qaldırılmasına nail olurlar".

Millət vəkili qeyd edib ki, Əmək Məcəlləsinə uyğun olaraq 8 saatlıq iş prinsipi saxlanılsa da, işəgötürənlərə bu saatları çevik şəkildə tənzimləmək imkanı veriləcək. Aparılan tədqiqatlar göstərir ki, belə model nəqliyyat sıxlığını azaldır, işçi məhsuldarlığını artırır və sosial gərginliyi azaldır: "Qeyd edim ki, müvafiq proqrama uyğun olaraq iş saatlarının həcmi eyni qalacaq. Bu istiqamətdə bir dəyişiklik yoxdur. Yalnız vaxtlarda dəyişiklik ediləcək. Sadəcə işə başlama və iş vaxtının bitməsi saatları fərqli olacaq. Bu zaman bütün qurum və təşkilatlarda 09.00-18.00 iş rejimi tətbiq edilməyəcək. Müəssisənin, yaxud qurumun fəaliyyət göstərdiyi sektordan asılı olaraq, iş saatı müəyyənləşdiriləcək. Əmək Məcəlləsinə uyğun səkkiz saatlıq iş rejimi tətbiq ediləcək. Yəni yeni qərar iş saatlarının uzadılması və ya qısaldılması mənasında başa düşülməməlidir. Sadəcə, iş saatları dəyişdiriləcək. Burada əsas məqsəd yollardakı tıxacı, sıxlıqı aradan qaldırmaqdır".

Təhsil müəssisələri, dövlət strukturları fərqli saatlarda işə başlamalıdır

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov bildirib ki, səhər və axşam saatlarında minlərlə insanın eyni vaxtda işə və ya evə gedib-gəlməsi nəticəsində yollarda hərəkət ləngiyir, ictimai nəqliyyatda sıxlıq yaranır, vaxt itkisi artır. Bunu nəzərə alaraq dünyanın bir çox inkişaf etmiş ölkələrində iş saatlarının dəyişdirilməsi tıxacların aradan qaldırılması və sıxlığın azaldılması baxımdan vacib hesab olunur. Dövlət, özəl və təhsil müəssisələrinin fərqli saatlarda işə başlaması vətəndaşların tıxacda az zaman sərf etməsinə və zamanında mənzil başına çatmasına imkan yaradır. Azərbaycan da bu təcrübədən yararlanıb iş qrafikində dəyişiklik etməlidir: "Tıxacların azaldılması üçün yalnız yeni yolların salınması kifayət deyil. Bu problemi kökündən həll etmək lazımdır. Araşdırma aparan zaman məlum olur ki, tıxacları yaradan əsas səbəblərdən biri insanların eyni vaxtda hərəkət etməsidir. İş qrafiklərinin dəyişdirilməsi - yəni işə başlama və bitmə saatlarının fərqli təyin edilməsi bu problemi aradan qaldırar. Əgər dövlət qurumları, özəl müəssisələr və təhsil ocaqları bu təşəbbüsü koordinasiyalı şəkildə həyata keçirsələr, Bakı kimi sıx məskunlaşmış şəhərlərdə tıxac probleminin əhəmiyyətli dərəcədə azalacağına ümid etmək olar".

Sahib Məmmədovun sözlərinə görə, təhsil müəssisələri başqa, dövlət strukturları və özəl sektor isə başqa vaxta işə başlamalıdır: "Hesab edirəm ki, dövlət strukturlarında iş özəl sektora nisbətən daha tez başlamalıdır. Dövlət orqanlarında iş saat 08:00-da başlasa, daha yaxşı olar. Özəl müəssisələrdə çalışan işçilərin iş saatı 09:00 və ya 10:00 müəyyən eilməlidir. Təhsil müəssisələrində isə dərslər 09:00-da başlasa, daha yaxşıdır. Müəssisələr arasında iş saatlarının bölgüsündə eyniləşmə aradan qaldırılsa, bu tıxac problemini müəyyən qədər aradan qaldırmış olacaq.

Özəl müəssisələrin işinə müdaxilə etmək düzgün olmaz

Liqa sədri hesab edir ki, iş saatları dəyişdirilməzdən öncə mütləq şəkildə mütəxəssislər tərəfindən monitorinqlər keçirilməli, işçilərin sayca çox olduğu müəssisələr müəyyənləşdirilməli, onlarda iş rejimi müəyyən olunmalıdır: "Sadaladığım məqamları dəqiqliklə incələmək lazımdır. Bu müəssisələrdə çalışan işçilərin sayı və s. dəqiqliklə araşdırılmalıdır. Yalnız bütün bu proseslərdən sonra razılaşdırılmış formada yeni qrafikə uyğun iş rejimi müəyyən edilə bilər. Qeyd edim ki, qanunvericiliyə əsasən iş rejimi gündəlik səkkiz saatdır. Bunu nəzərə alıb işin başlama və bitmə vaxtını işəgötürən müəyyən edir. Əks-təqdirdə bu, müəssisənin işinə müdaxilə olar. Bu məsələnin tənzimlənməsi üçün Nazirlər Kabineti dövlət sektoru üçün qərar verə bilər. Amma özəl müəssisələrə müdaxilə etmək düzgün deyil. Müvafiq qərarlar dövlət müəssisələrinə şamil edilir, özəllərə yox".

Sahib Məmmədovun dediyinə görə, hazırda ölkədə belə bir sistem mövcud olmasa da, texniki baxımdan bu modelin tətbiqi mümkündür. Qeyd edilən üsul düzgün və mərhələli şəkildə həyata keçirilsə, Bakıda nəqliyyat axınının idarə olunması və tıxac probleminin 60-70 faiz azalması realdır. Bunun üçün həm dövlət idarələri, həm özəl sektor, həm də vətəndaşlar qarşılıqlı şəkildə bu qaydalara əməl etməlidirlər".

Paytaxt yollarında nəqliyyat axını tənzimlənər

İqtisadçı ekspert Akif Nəsirli deyir ki, məktəblər, dövlət idarələri, ticarət və xidmət müəssisələrinin eyni vaxtda fəaliyyətə başlaması sıxlıq və tıxac yaradır. Ancaq məktəblər, dövlət idarələri və s.-nin iş rejimləri fərqli vaxtlarda başlasa, bu zaman yaranmaz. Paytaxt yollarında nəqliyyat axını tənzimlənər: "Yeni iş qrafiki müəyyən edilərkən həm dövlət, həm də özəl sektorun fəaliyyət qrafikləri bir-biri ilə uyğunlaşdırılmalıdır. Bu, başlıca şərtdir. İlk başlarda sosial uyğunlaşma dövrü olacaq. İnsanların iş və həyat ritmi dəyişdiyi üçün ilk mərhələdə müəyyən narahatlıqlar yarana bilər. Amma zaman keçdikcə bu sistemə adaptasiya mümkündür və onun faydası aydın şəkildə hiss olunacaq".

Hər işin müsbət tərəfləri olduğu kimi, mənfi tərəfləri də var

Nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyevin fikrincə, yeni iş qrafikinə uyğun olaraq avtomobil istifadəçilərinin işə getdiyi saatlar dəyişdikcə, tıxaclar daha bərabər şəkildə paylanacaq. Bu zaman yol hərəkəti daha ardıcıl və təxmin edilə bilən olacaq. Tıxacın müəyyən dövrlərdə yığılmaması avtomobil idarəçilərinə daha az stress və vaxt itkisi gətirər: "Ancaq hər işin müsbət tərəfləri olduğu kimi, mənfi tərəfləri də var. Əgər fərqli sektorlar üçün iş saatları təyin edilsə, ictimai xidmətlər, o cümlədən, metro, avtobuslar, tibbi xidmətlər və təhsil müəssisələrinin fəaliyyətləri arasında koordinasiya problemi yaranması mümkündür. Bu da sosial xidmətlərin keyfiyyətinə və cəmiyyətin ümumi rifahına mənfi təsir göstərə bilər. Həmçinin, bəzi müəssisələrdə iş saatlarının dəyişdirilməsi, əməkdaşların daha çox işləməsinə və ya yorğunluğa yol aça bilər".

Sevinc QARAYEVA

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://525.az
archiveBu xəbər 17 Oktyabr 2025 14:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanın urbanistika idarəçiliyində dönüş nöqtəsi

20 May 2026 11:24see342

Tikinti şirkəti 1 milyonluq əmlakı sahibinə vermir “İnter” MMC yə dair məhkəmə aktları niyə icra olunmur? (ARAŞDIRMA)

20 May 2026 11:35see296

Lənkəran və Lublin arasında bəzi məsələlər müzakirə edildi FOTOLAR

20 May 2026 13:49see233

Temu adı ilə dələduzluq

20 May 2026 20:27see215

Android istifadəçilərinə pis xəbər: “Gemini Intelligence” çox telefonda işləməyəcək

20 May 2026 05:42see200

Avropa İttifaqı onları sanksiya siyahısından çıxardı

20 May 2026 05:01see198

Ermənistanda mart hadisələrinin təkrarlanması ehtimalı istisna edilmir

21 May 2026 14:56see192

Konte “Napoli”dən ayrılır

20 May 2026 05:51see188

Meta” qlobal işdən çıxarma planına bu ölkədən başlayıb

20 May 2026 23:01see166

Trampdan gənclərə məsləhət: Mübarizəni davam etdirin

20 May 2026 23:09see165

Gürcüstanın Baş naziri: Azərbaycanla təbii qazın alışı üzrə müqavilənin müddəti daha 20 il uzadıldı

21 May 2026 09:50see157

“Sea Breeze Arena”nın təqdimat mərasimi keçirilib FOTO

20 May 2026 17:31see154

Yonhap agentliyi: Si Cinpin KXDR ə getməyə hazırlaşır

21 May 2026 09:50see152

Yuxuda boşqab görmək nə deməkdir?

21 May 2026 09:51see152

Uzun müddətli ac qalmanın bədənə verdiyi zərər aşkar edilib...

20 May 2026 19:55see150

Çin ilə ABŞ narkoticarətin qarşısının alınması üzrə mexanizm yaradıblar

21 May 2026 09:50see149

Paşinyan deputatlığa namizəd Andranik Tevanyanı dövlətə xəyanətdə ittiham edib

20 May 2026 22:47see146

Arteta Arsenal ın çempionluğunu oyunçuları ilə birlikdə qeyd etmədi

20 May 2026 13:15see143

WUF13 də dünyada tullantıların idarə edilməsi və dairəvi iqtisadiyyatın formalaşdırılması məsələləri müzakirə edilib

20 May 2026 20:48see143

Bekayi: ABŞ ilə danışıqlar Pakistanın vasitəçiliyi ilə davam edir

20 May 2026 22:27see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri