Icma.az
close
up
RU
Dezinformasiya ictimai sabitlik üçün təhlükə mənbəyidir MÖVQE BİLDİRİLDİ

Dezinformasiya ictimai sabitlik üçün təhlükə mənbəyidir MÖVQE BİLDİRİLDİ

Icma.az, Sia Az portalına istinadən məlumat yayır.

"Müasir informasiya cəmiyyətində dezinformasiya cəmiyyətin təhlükəsizliyi və ictimai sabitlik üçün ciddi təhlükə mənbəyinə çevrilib". Bu fikirləri SİA-ya açıqlamasında media eksperti Azər Həsrət bildirib.

Onun sözlərinə görə, yayılan dezinformasiyalar cəmiyyəti çaşdırmaq və ictimai rəyi yönləndirmək məqsədi daşıyır: “Dezinformasiya birmənalı şəkildə ictimai rəyi yanıltmağa xidmət edir. Bəzən belə məlumatlar təsirsiz görünsə də, onların qarşısını almaq üçün müəyyən üsullar mövcuddur. Lakin ümumilikdə baxdıqda, bu tip məlumatlar kifayət qədər peşəkar şəkildə hazırlanır və həqiqətə çox yaxın təqdim olunur. Bu da media savadlılığı zəif olan vətəndaşların həmin informasiyalara inanmasına səbəb olur.”

Azər Həsrət əlavə edib ki, insanlar aldandıqları məlumatları başqalarına da ötürməklə dezinformasiyanın yayılmasına şüursuz şəkildə yardımçı olurlar: “Nəticədə həmin yalan informasiyalar daha geniş auditoriyaya çatır və cəmiyyətə ciddi ziyan vurur. Bu, insanları bir-birinə qarşı qoymaq, dövlət-vətəndaş münasibətlərini pozmaq kimi təhlükəli nəticələrə gətirib çıxara bilər. Dezinformasiya həm də sosial gərginliyi artırmaq üçün bir vasitədir".

Media eksperti hesab edir ki, bu təhlükənin qarşısını almaq üçün məsuliyyət təkcə dövlətin deyil, bütün cəmiyyətin üzərinə düşür: “Bu sahədə dövlət qurumları ilə yanaşı, vətəndaşlar və media nümayəndələri də üzərlərinə düşən vəzifələri yerinə yetirməlidirlər. İnformasiya təhlükəsizliyinin təmin olunması üçün birgə fəaliyyət, maarifləndirmə və media savadlılığının artırılması vacibdir".

Günel Fərzəliyeva

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:184
embedMənbə:https://sia.az
archiveBu xəbər 19 May 2025 18:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see730

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see566

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see562

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see324

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see316

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see310

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see279

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see277

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see271

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see265

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see265

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see264

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see264

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see263

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see260

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see238

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see219

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see215

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see212

Ülviyyə Xəlilbəyli: İnsan özü yaşayarkən, keçmişinin yasını tutur (Foto)

27 Noyabr 2026 16:40see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri