Icma.az
close
up
RU
Menu

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

Liqa 1: PSJ dən geridönüş

İbrahim Tatlısesin model gəlininin evini su basdı

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

Dezinformasiya cəmiyyət üçün real təhlükədir

Dezinformasiya cəmiyyət üçün real təhlükədir

Icma.az bildirir, Sherg.az portalına istinadən.

Media savadlılığı yalnız jurnalistlərin deyil, bütün cəmiyyətin qarantıdır

 

Azərbaycan-Gürcüstan jurnalistləri birgə fikir mübadiləsi aparıb, sağlam informasiya mühiti üçün strategiyalar işlənir

Bakıda "İctimai etimadın formalaşdırılmasında medianın rolu və informasiya təhlükəsizliyi" mövzusunda Azərbaycan-Gürcüstan Media Forumu keçirilib. Tədbirin açılış mərasimində Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov çıxış edərək iki ölkə arasında informasiya mübadiləsinin sistemli şəkildə genişləndirilməsi, media subyektləri arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi və ortaq kommunikasiya gündəminin formalaşdırılmasının regionda sabitlik və davamlı inkişaf baxımından xüsusi əhəmiyyət daşıdığını bildirib. O vurğulayıb ki, rəqəmsallaşma və sosial media platformalarının sürətli inkişafı informasiya axınını xeyli intensivləşdirərək peşəkar medianın rolunu daha da artırır, informasiya təhlükəsizliyi siyasətinin daha effektiv şəkildə həyata keçirilməsini zəruri edir: "Müasir informasiya mühitinin sürətlə dəyişməsi dövlətlər və cəmiyyətlər qarşısında yeni çağırışlar yaradır. Bu gün Azərbaycan mediası həm tarixi irsinə sadiq qalaraq, həm də qlobal informasiya mühitinin çağırışlarını əsas götürərək Gürcüstanın aparıcı media qurumlarının təmsilçiləri, media ekspertləri ilə birgə fikir mübadiləsini zəruri sayır. Azərbaycanla Gürcüstan ilk dəfə olaraq birgə media forumu keçirir. Hesab edirik ki, bu, tarixdən güc alan əməkdaşlığımızın növbəti uğurlu mərhələsinin əsasını təşkil edəcək və praktik əhəmiyyəti baxımından ölkələrimizin media mühitinə ciddi töhfə verəcək". Ə.İsmayılov bildirib ki, müasir informasiya mühiti sürətlə dəyişir və bu da dövlətlərlə cəmiyyətlər qarşısında yeni çağırışlar yaradır: "Rəqəmsal texnologiyaların inkişafı, sosial media platformalarının genişlənməsi və informasiya axınının sürətlənməsi medianın məsuliyyətini, peşəkarlıq standartlarını və ictimai etimadda oynadığı rolu daha da artırır. Bu baxımdan, forumun əsas mövzusu xüsusilə aktualdır. Çünki sağlam informasiya mühiti və ona güvənən cəmiyyət yalnız peşəkar jurnalistika fəaliyyətinin və effektiv informasiya təhlükəsizliyi siyasətinin vəhdəti ilə mümkündür".

Forum çərçivəsində birinci panel sessiya "İnformasiya təhlükəsizliyinin təmini məqsədilə media ekosisteminin gücləndirilməsi" mövzusuna həsr olunub. Audiovizual Şuranın aparat rəhbəri Fazil Novruzovun moderatorluq etdiyi paneldə "ARB 24" telekanalının icraçı direktoru Radik İsmayılov, Gürcüstanın "Eurocracy - Former Europe" proqramının aparıcısı İoane Şaişmelaşvili, Medianın İnkişafı Agentliyinin Hüquq şöbəsinin müdiri Adil Tağıyev, Gürcüstanın İctimai Televiziyasının "Rəngarəng Gürcüstan" layihəsinin rəhbəri, jurnalist, televiziya aparıcısı Ramiliya Əliyeva isə spiker qismində çıxış ediblər. Panel zamanı texnoloji təkamülün media mühitinə çoxşaxəli təsiri, etibarlı informasiya mühitinin qorunması, sosial medianın əsas məlumat mənbələrindən birinə çevrilməsi, eləcə də rəqəmsal alətlər vasitəsilə müxtəlif auditoriyalarla daha effektiv kommunikasiyanın qurulması kimi məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Daha sonra "Jurnalistlərin peşəkarlığının və cəmiyyətin media savadlılığının artırılmasında birgə əməkdaşlıq" mövzusunda ikinci panel sessiyaya Medianın İnkişafı Agentliyinin Naxçıvan regional idarəsinin müdiri Vəfa İsgəndərova moderatorluq edib. Agentliyin Media dəstək layihələri, strateji planlaşdırma və informasiya texnologiyaları departamentinin direktoru Ləman İsgəndərova, Qriqol Robakidze Universitetinin Humanitar və Sosial Elmlər Məktəbinin professoru, Multimedia Mərkəzinin rəhbəri Maia Paçkoriya, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu, eləcə də Gürcüstanın PosTV telekanalının analitik qrupunun nümayəndəsi Gia Abaşidze spiker qismində çıxış edərək jurnalistlərin peşəkarlığının artırılması, cəmiyyətin media savadlılığının yüksəldilməsi və bu sahədə ikitərəfli əməkdaşlığın rolu ilə bağlı fikirlərini bölüşüblər. Paneldə iştirakçılar tərəfindən vurğulanıb ki, müasir informasiya mühitində medianın artan məsuliyyətini nəzərə alaraq cəmiyyətin etibarlı informasiya əldə etməsi üçün jurnalistlərin hazırlıq səviyyəsinin yüksəldilməsi, maarifləndirici təşəbbüslərin genişləndirilməsi və media savadlılığına dair davamlı layihələrin həyata keçirilməsi xüsusi əhəmiyyət kəsb edir.

MEDİA-nın departament direktoru Ləman İsgəndərova media savadlılığının artırılması haqqında danışıb. O qeyd edib ki, 2022-ci ildən etibarən media savadlılığı konfransları keçirilir:

"Reaktiv strategiyalar, informasiya təhlükəsizliyinin təmin olunmasında müxtəlif koordinasiya və operativ tədbirlər, qanunvericilik təşəbbüsləri, eləcə də texnologiyaların inkişafı ilə süni intellekt vasitəsilə yaradılmış məzmunların aşkarlanması kimi alətlər mövcuddur. Bunlar effektivdir, lakin tam və qəti şəkildə kifayət etmir. Çünki dezinformasiyanın əsas hədəfi cəmiyyətdə, xüsusilə də həssas istifadəçi qrupları arasında çaşqınlıq yaratmaqdır. Problemin həlli isə uzunmüddətli və proaktiv strategiyalardan keçir. Bu strategiyaların əsasını media savadlılığının artırılması təşkil edir. Media savadlılığı informasiyanın düzgün şəkildə axtarılması, təhlil edilməsi və tənqidi qiymətləndirilməsi bacarıqları deməkdir". Onun sözlərinə görə, Azərbaycanda media savadlılığının tədrisi və təbliği zamanı formal və qeyri-formal təhsil üsullarından istifadə olunur: "Ən effektiv istiqamət bu bacarıqların formal tədrisə inteqrasiyasıdır və bununla bağlı müvafiq addımlar atılır. Qeyri-formal təhsildə isə məqsəd bütün həssas istifadəçi qruplarını əhatə etməkdir. Bu çərçivədə indiyədək 25 rayon və şəhərdə 3 minə yaxın vətəndaş əhatə olunub. Uşaqların inkişafına dair strategiyada da media savadlılığı üzrə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Hazırda bu istiqamətdə hansı fənn və siniflərdə daha effektiv inteqrasiya modelinin tətbiq oluna biləcəyi araşdırılır. Eyni zamanda, şagirdlər tərəfindən hansı metodoloji yanaşmaların daha yaxşı mənimsənildiyi təhlil edilir".

BDU-nun Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu bildirib ki, jurnalistika fakültələrində tədris edilən Media savadlılığı proqramı orta məktəb səviyyəsində də tədrisə daxil edilməlidir:

"Orta məktəblərdə bir sıra fənlərə media savadlığı elementlərinin inteqrasiyası mümkündür. Jurnalist olaraq kifayət qədər maraqlı prosesin içərisindəyik. Hesab edirəm ki, cəmiyyətin media savadlılığının artırılmasında geniş bir proqramın hazırlanmasına ehtiyac var".

Gürcü professor Maia Paçkoriyanın fikrincə, hazırda dezinformasiya, media manipulyasiyası ciddi təhlükədir:

"Çünki jurnalist tarixi prosesləri, faktları düzgün izah etməyə borcludur, əks halda cəmiyyəti səhv yönləndirə bilər. Hazırda aqressiv media təbliğatı, saxtakarlıq və manipulyasiya bizim ölkələr üçün çox təhlükəlidir. Ona görə də biz məhz intellektual inkişaf uğrunda çalışmalıyıq". Onun sözlərinə görə, təhsil sistemi, media məktəbləri, universitetlərin jurnalistika fakültələri bunu ilk nəzərə alanlar olmalıdır: "Biz görürük ki, bəzi media məktəblərində vəziyyət yaxşı deyil. Buna görə də biz dərslərə çağırırıq, tarix xronikalarını öyrədirik. Əsas səviyyədə siyasi və müasir texnologiyalara dair biliklər veririk. İnformasiya hər jurnalistin əsas silahıdır. İnsan məlumatlı olanda, siyasi-tarixi prosesləri düzgün qavrayanda, o, manipulyasiya olunmur və cəmiyyət üçün daha sağlam mövqe ortaya qoyur".

Panel müzakirələr və sual-cavabla davam edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:240
embedMənbə:https://sherg.az
archiveBu xəbər 06 Dekabr 2025 18:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see487

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see469

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see450

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see322

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see310

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see282

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see264

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see258

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see249

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see242

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see234

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see222

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see215

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see214

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see210

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see209

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see203

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see188

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see186

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri