DGK nın Tibb Xidməti nümayəndələri tədbirdə iştirak ediblər FOTOLAR
Sia Az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) Azərbaycan nümayəndəliyi və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) birgə təşkilatçılığı ilə “Tərəqqiyə təhdid” hesabatının təqdimatı keçirilib. SİA xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibb Xidmətləri İdarəsinin nümayəndələri – t.ü.f.d., Əməkdar həkim Ceyhun Məmmədov və rəis müavini, t.ü.f.d., dosent İsmayıl Əfəndiyev iştirak ediblər.
Dövlət Gömrük Komitəsinin Tibb Xidmətləri İdarəsinin rəis müavini dosent İsmayıl Əfəndiyev tədbirdə geniş təqdimatla çıxış edərək, iqlim təhlükələrinin uşaqların sağlamlığına təsirlərinə diqqət çəkib, Azərbaycanda gənc nəslin ətraf mühit amilləri ilə bağlı sağlamlıq vəziyyətinin dərin təhlilini təqdim edib.
Daha sonra bu aktual mövzu ətrafında aparılan müzakirələrdə Dövlət Gömrük Komitəsinin Tibb Xidmətləri İdarəsinin rəisi, t.ü.f.d., Əməkdar həkim Ceyhun Məmmədov, UNICEF-in Azərbaycan nümayəndəliyinin müavini Ana Dautoviç, UNICEF-in Avropa və Mərkəzi Asiya Regional Ofisinin mütəxəssisi Rufus Edvards, Səhiyyə Nazirliyinin Qadın, ana, uşaq və yeniyetmələrin müdafiəsi sektorunun müdiri Aynurə Zeynalova, İSİM-in direktoru Qəhrəman Haqverdiyev və digər dövlət qurumlarının nümayəndələri iştirak etmişlər. Müzakirələr zamanı iqlim və ekoloji böhranla mübarizədə əməkdaşlığın genişləndirilməsi, maarifləndirmə fəaliyyətinin artırılması və effektiv tədbirlərin həyata keçirilməsinin əhəmiyyəti vurğulanmış, konkret tövsiyə və təkliflər irəli sürülmüşdür.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:149
Bu xəbər 27 Yanvar 2025 11:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















