Icma.az
close
up
RU
DGK Tibbi Xidmət İdarəsinin nümayəndələri Forumda iştirak ediblər FOTOLAR

DGK Tibbi Xidmət İdarəsinin nümayəndələri Forumda iştirak ediblər FOTOLAR

Icma.az, Sia Az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Mərkəzi Gömrük Hospitalının rəisi - Baş həkim, t.e.d., ümumi cərrah Bəxtiyar Musayev, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi, t.e.d., Əməkdar həkim, ürək-damar cərrahı Rəşad Mahmudov, Mərkəzi Gömrük Hospitalının Kardiologiya şöbəsinin rəisi, invaziv kardioloq İlqar Tahiroğlu və invaziv kardioloq Şəhla Ağayeva 10-12 aprel 2025-ci il tarixlərində Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Kardiologiya İnstitutunun təşkilatçılığı ilə Bakıda keçirilən Birinci Gənc Kardioloqlar Forumunda iştirak ediblər. SİA xəbər verir ki, Forumun rəsmi açılış mərasimində çıxış edən Dövlət Gömrük Komitəsi Tbbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi Rəşad Mahmudov tədbirin əhəmiyyətini vurğulayaraq, gənc kardioloqların elmi bilik və təcrübə mübadiləsində bu cür platformaların vacibliyini qeyd edib.

Mərkəzi Gömrük Hospitalının Kardiologiya şöbəsinin invaziv kardioloqu Şəhla Ağayeva Birinci Gənc Kardioloqlar Forumunun üçüncü günü “Fraksiyası azalmış xəstələrdə aort stenozuna yanaşma” mövzusunda təqdimatla çıxış ediblər.
Qeyd edək ki, üç gün davam edən foruma 600-dən artıq yerli mütəxəssis qatılıb. Birinci Gənc Kardioloqlar Forumu Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi Tibbi Şurası tərəfindən akkreditasiya olunub və 46 DTT kredit balı ilə qiymətləndirilib.

İkinci versiya

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin nümayəndələri Birinci Gənc Kardioloqlar Forumunda iştirak ediblər
10-12 aprel 2025-ci il tarixlərində Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Kardiologiya İnstitutunun təşkilatçılığı ilə Bakıda keçirilən Birinci Gənc Kardioloqlar Forumunda Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin nümayəndələri də iştirak ediblər.

Forumda Mərkəzi Gömrük Hospitalının rəisi - Baş həkim, tibb elmləri doktoru, ümumi cərrah Bəxtiyar Musayev, DGK Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi, t.e.d., Əməkdar həkim, ürək-damar cərrahı Rəşad Mahmudov, Mərkəzi Gömrük Hospitalının Kardiologiya şöbəsinin rəisi, invaziv kardioloq İlqar Tahiroğlu və invaziv kardioloq Şəhla Ağayeva təmsil olunublar.
Forumun rəsmi açılış mərasimində çıxış edən Rəşad Mahmudov tədbirin əhəmiyyətini vurğulayaraq, gənc kardioloqların elmi bilik və təcrübə mübadiləsində bu cür platformaların vacibliyini qeyd edib.

Tədbirin üçüncü günündə Mərkəzi Gömrük Hospitalının invaziv kardioloqu Şəhla Ağayeva “Fraksiyası azalmış xəstələrdə aort stenozuna yanaşma” mövzusunda təqdimatla çıxış edib və iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Qeyd edək ki, üç gün davam edən forumda 600-dən artıq yerli mütəxəssis iştirak edib. Birinci Gənc Kardioloqlar Forumu Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi Tibbi Şurası tərəfindən akkreditasiya olunaraq iştirakçılara 46 DTT kredit balı təqdim edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:186
embedMənbə:https://sia.az
archiveBu xəbər 14 Aprel 2025 15:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see742

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see573

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see323

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see317

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see286

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see284

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see278

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see273

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see272

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see268

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see268

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see267

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see265

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see246

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see231

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see227

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see220

Ülviyyə Xəlilbəyli: İnsan özü yaşayarkən, keçmişinin yasını tutur (Foto)

27 Noyabr 2026 16:40see215

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see200

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri