DGK Tibbi Xidmət İdarəsində növbəti təlim keçirilib FOTOLAR
Icma.az, Sia Az portalına istinadən məlumatı açıqlayır.
“Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin antikorrupsiya davranış modelinin formalaşdırılması ilə bağlı 2025-ci il üçün Fəaliyyət Planı” üzrə İllik Maarifləndirici Tədbirlər Planı çərçivəsində növbəti təlim keçirilib. SİA xəbər verir ki, Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi Tədris Mərkəzi tərəfindən təşkil edilmiş təlimdə Tibbi Xidmət İdarəsinin və Mərkəzi Gömrük Hospitalının şöbə rəisləri və əməkdaşları iştirak ediblər.
Təlim zamanı Mərkəzi Gömrük Hospitalının Satınalma şöbəsinin rəisi Akif Əsgərov “Dövlət satınalmaları prosesində şəffaflığın artırılması, baş verə biləcək hüquqpozmalarının qarşısının alınması” və baş mühasibi Seyfulla Hüseynov “Təsərrüfat hesablı Mərkəzi Hospitalın vəsaitlərinin qanunvericiliyin tələblərinə uyğun və səmərəli şəkildə xərclənməsinə nəzarət işinin təşkili” mövzusunda təqdimatla çıxış ediblər.
Təlim zamanı auditoriyanı maraqlandıran suallar cavablandırılıb və təlimlərin mütəmadi olaraq bütün əməkdaşları əhatə etməklə il boyu təşkil ediləcəyi vurğulanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:74
Bu xəbər 28 Aprel 2025 15:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















