Icma.az
close
up
RU
DİA tələbələri arasında keçirilmiş turnirin final mərhələsinə yekun vurulub

DİA tələbələri arasında keçirilmiş turnirin final mərhələsinə yekun vurulub

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 2 iyun, AZƏRTAC

Bakı Su İdman Sarayında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası (DİA) Tələbə Gənclər Təşkilatının təşkilatçılığı və Yeni Azərbaycan Partiyası (YAP) Səbail Rayon Təşkilatının dəstəyi ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilmiş DİA tələbələri arasında turnirin final mərhələsinə yekun vurulub.

DİA-dan AZƏRTAC-a bildirilib ki, final mərhələsində 4 komanda arasında mübarizə gedib, müvafiq olaraq I, II və III yerlərin qalibləri müəyyənləşib, mükafatlandırılma mərasimində qaliblər təltif olunublar.

Mükafatlandırma mərasimi Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edilib.

Mərasimdə çıxış edən Dövlət İdarəçilik Akademiyasının müşaviri Zaur Məmmədov bu cür layihələrin keçirilməsinin əhəmiyyətini vurğulayıb, Ulu Öndər Heydər Əliyevin gənclər və idman siyasəti haqqında danışıb.

Çıxış edən Yeni Azərbaycan Partiyası Səbail Rayon Təşkilatının sədri Muxtar Nağıyev qalibləri təbrik edib, “Konstitusiya və Suverenlik İli” çərçivəsində keçirilən layihələrin əhəmiyyəti barədə danışıb, gənclərə tövsiyələrini verib. O, Ümummilli Lider Heydər Əliyevin siyasi irsi barədə fikirlərini bölüşüb, Müstəqillik dövründə aparılan gənclər siyasətindən söz açıb.

DİA Tələbə Gənclər Təşkilatının sədri İxtiyar Mahmudzadə bir aydan çox davam edən çempionat barəsində məlumat verib, göstərilən dəstəyə görə Dövlət İdarəçilik Akademiyası və YAP Səbail Rayon Təşkilatının rəhbərliyinə təşəkkürünü bildirib.

Tədbir Dövlət İdarəçilik Akademiyasının tələbələrlə iş üzrə koordinatoru Murad Həsənxanlının moderatorluğun ilə keçirilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:187
embedMənbə:https://azertag.az
archiveBu xəbər 02 İyun 2025 12:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see276

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see259

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see257

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see244

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see243

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see237

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see236

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see235

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see232

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see227

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see222

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see221

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see210

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see209

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see205

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see205

Türkiyədə 10 qız uşağının itkin düşməsi ilə bağlı yeni təfərrüat

29 Noyabr 2026 00:23see200

Üç ildən sonra ilk dəfə: Bu ölkə faiz dərəcələrini artırdı

29 Noyabr 2026 12:43see198

Rassel qalib oldu

28 Noyabr 2026 23:49see193

Bu bitkiləri çarpayınızın yaxınlığından götürün

29 Noyabr 2026 04:04see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri