Icma.az
close
up
RU
Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 3 oktyabr, AZƏRTAC

Azərbaycan Üzgüçülük Federasiyasının (ASF) təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin (GİN) dəstəyi ilə Su İdmanı Sarayında təşkil olunan Dünya Kubokuna yekun vurulub.

AZƏRTAC xəbər verir ki, axşam seansından öncə “Avroviziya” mahnı müsabiqəsinin qalibi Nigar Camalın ifasında musiqi proqramı təqdim olunub.
Final seansında təmsilçimiz Anastasiya Qnusina fərqlənənlər sırasında olub. O, 200 metr məsafəyə arxası üstə üzmə yarışında (2:20,68) Azərbaycan rekordunu yeniləyib.
Üçüncü günün final seansının nəticələri:
Kişilər

Qarışıq üsulla 400 metr – 1.Karson Foster 2.İlya Borodin 3.Alberto Rossetti

Kəpənək üsulu ilə 50 metr – 1.Yeqor Kornev 2.Çek Vey Tyonq 3.Cuner Çen

Arxası üstə üsulla 100 metr – 1.Piter Kutsi 2.Pavel Samusenko 3.Şeyn Kazas

Brass üsulu ilə 200 metr – 1. Luk Barr 2.Kasper Karbo 3.Kirill Priqoda

Sərbəst üsulla 200 metr – 1.Şeyn Kazas 2.Yubo He 3.Lukas Anvo
Qadınlar

Kəpənək üsulu ilə 100 metr – 1.Ros Vanotterdayk 2.İçun Vanq 3.Darya Klepikova

Arxası üstə üsulla 200 metr – 1.Anna Peplovski 2.Teylor Rak 3.Freya Kolbert

Brass üsulu ilə 50 metr – 1.Florin Qaspar 2.Ralina Gilyazova 3.Mona Makşeri

Sərbəst üsulla 100 metr – 1.Marrit Stenberxen 2.Katarjina Vaşik 3.Teylor Rak

Qarışıq üsulla 200 metr – 1.Yitinq Yu 2.Marrit Stenberxen 3.Ebi Vud
“İpək Yolu” (The Silk Road Tour) Dünya Kubokunun Bakı mərhələsində xal prinsipinə əsasən fərqlənən idmançılar medallarla təltif olunub.

Mükafatlandırma mərasimində Dünya Su İdmanı Federasiyasının Üzgüçülük üzrə Texniki Komitə sədri Kreyk Hanter, Azərbaycan Üzgüçülük Federasiyasının baş katibi Oqtay Atayev və Azərbaycan Üzgüçülük Federasiyasının müşaviri Rəşad Əbdürəhmanov iştirak ediblər.
Kişilər arasında ən yüksək xal toplayan Yeqor Kornev qızıl medal qazanıb. İkinci yeri Luk Barr tutub. Piter Kutsi isə bürünc medala sahib olub.


Qadınların reytinq cədvəlində hamını qabaqlayan Marrit Stenberxen qızıl medala layiq görülüb. Ros Vanotterdayk gümüş, Anna Peplovski isə bürünc medal qazanıb.


Qeyd edək ki, Bakıdan sonra “İpək Yolu” (The Silk Road Tour) Dünya Kubokunun növbəti mərhələsi oktyabrın 8-10-da Daşkənddə təşkil olunacaq.

Fotoqraf - Xanlar Əlizadə

Operator - Ələkbər Baxşıyev

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://azertag.az
archiveBu xəbər 03 Oktyabr 2026 21:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see497

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see386

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see381

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see273

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see262

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see259

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see255

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see250

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see243

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see234

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see231

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see227

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see221

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see220

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see208

Baxçalı Bakıya gəlir? AÇIQLAMA

01 Noyabr 2026 03:27see204

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see200

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see190

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see188

Bakıda mağazadan Makadamiya fındığını belə oğurladı

01 Noyabr 2026 09:29see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri