Diabet dərmanlarının yeni faydalı təsiri aşkarlanıb
Icma.az bildirir, Oxumeni.az saytına əsaslanaraq.
Osaka Metropolitan Universitetinin alimləri müəyyən ediblər ki, şəkərli diabetin müalicəsində istifadə edilən SGLT2 inhibitorları böyrəklərdə qan dövranını yaxşılaşdırmağa kömək edir. Öxuməni.az “Gazeta.ru”-ya istinadən xəbər verir ki, tədqiqatın nəticələri "Frontiers in Endocrinology" jurnalında dərc olunub.
SGLT2 inhibitorları sidik vasitəsilə bədəndən artıq qlükozanı çıxarmağa kömək edən qlükozanı azaldan dərmanlar sinfidir. Alimlər bu cür dərmanların hansı əlavə təsirlərə malik olduğunu öyrənmək üçün qarşılarına məqsəd qoyublar. Onlar kanaqliflozin aktiv maddəsi olan dərmanlara diqqət yetiriblər.
Təcrübə zamanı alimlər kanaqliflozin qəbul edən xəstələrin böyrəklərinin vəziyyətini izləmək üçün MRT-dən istifadə ediblər. Terapiyanın başlamasından cəmi beş gün sonra eksperiment iştirakçıları böyrəklərdə oksigen səviyyəsinin artdığını müşahidə ediblər. Bu, qan dövranının yaxşılaşdığını və böyrəklərin zədələnmədən qorunmasının artdığını göstərir.
Tədqiqatçılar qeyd ediblər ki, onların işlərinin nəticələri böyrək xəstəliklərinin müalicəsinin təkmilləşdirilməsi üçün yeni perspektivlər açır. Alimlər əlavə edib ki, SGLT2 inhibitorlarının təsiri MRT- skanından istifadə etməklə asanlıqla izlənilə bilər ki, bu da xəstələrin monitorinqini asanlaşdırır.
Almaz Həsənli
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:151
Bu xəbər 17 Dekabr 2024 15:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















