Xərçəng dərmanlarının altsheymerə təsiri aşkarlanıb
Icma.az, Sfera.az portalına istinadən məlumat verir.
ABŞ-də aparılan araşdırma, xərçəngin müalicəsində istifadə olunan letrozol və irinotekan dərmanlarının altsheymer xəstəliyinin beyində yaratdığı zədələri geri çevirə bildiyini ortaya qoyub.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, Kaliforniya Universiteti San-Fransisko (UCSF) və Gladstone İnstitutları tərəfindən aparılan tədqiqatda bu dərmanlar siçanlar üzərində sınaqdan keçirilib.
Nəticədə beyindəki zərərli tau zülalları azalıb, yaddaş və öyrənmə funksiyaları isə yaxşılaşıb.
Letrozol neyronlara, irinotekan isə gliya hüceyrələrinə təsir göstərərək kombinasiya terapiyasına imkan yaradır. Tədqiqatçılar bu dərmanların altsheymer müalicəsində istifadə olunması üçün klinik sınaqlara hazırlaşır.
Araşdırmanın nəticələri “Cell” jurnalında dərc olunub. Alimlər bu kəşfin yaxın gələcəkdə milyonlarla altsheymer xəstəsi üçün yeni ümid olacağını bildirirlər.
Bəsti Rəfizadə
Sfera.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:42
Bu xəbər 25 İyul 2025 14:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















