Icma.az
close
up
RU
Diaspor gəncləri ilə şəhid ailələri bir araya gəldilər

Diaspor gəncləri ilə şəhid ailələri bir araya gəldilər

Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Diaspor Gənclərinin VII Yay Düşərgəsinin üçüncü günü iştirakçılar üçün həm maarifləndirici, həm də mənəvi baxımdan yaddaqalan tədbirlərlə zəngin olub. Günün proqramı çərçivəsində düşərgə iştirakçıları ilk olaraq filologiya üzrə fəlsəfə doktoru Dürdanə Rəhimzadənin Azərbaycan dili dərsinə qatılıblar.

Modern.az xəbər verir ki, dərs zamanı xaricdə yaşayan və müxtəlif ölkələrdə təhsil alan diaspor gənclərinin ana dilində ünsiyyət bacarıqlarının inkişaf etdirilməsi, Azərbaycan dilinin düzgün istifadəsi, dilimizin zənginliyi və milli kimliyin qorunmasında rolu barədə geniş məlumat verilib. İştirakçılar interaktiv müzakirələrdə fəal iştirak edərək, uzun illər xaricdə yaşamalarına baxmayaraq ana dillərini daha da təkmilləşdirmək istiqamətində yeni bilik və bacarıqlar əldə ediblər.

Azərbaycan dili dərsindən sonra düşərgə iştirakçıları "Lachin Events Hall"-da təşkil olunan günün ilk panelində iştirak ediblər. "Zəfəri yaşadanlar, sabahı yaradanlar" adlı panel şəhid ailələri və Qarabağ müharibəsi iştirakçıları ilə keçirilən səmimi görüşlə yadda qalıb.

Panelin moderatoru Vəsilə Zeynalova olub. Tədbirdə şəhid anaları və müharibə iştirakçıları öz həyat hekayələrini, Vətən uğrunda canından keçən övladlarının qəhrəmanlıq yolunu, eləcə də Zəfər tariximizin yazılmasında göstərilən şücaət nümunələrini gənclərlə bölüşüblər.
Paneldə şəhid Rəşad Mirzəzadənin anası Afidə Mirzəyeva, şəhid Elgün Quliyevin anası Qənirə Quliyeva, şəhid Mikayıl Həmidlinin anası Lalə Həmidova, "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Alızadə, eləcə də mayor Elgün Talıbov çıxış edərək Vətən sevgisi, qəhrəmanlıq, milli birlik və gənclərin üzərinə düşən məsuliyyət barədə fikirlərini bölüşüblər.

Çıxışlar zamanı vurğulanıb ki, Azərbaycanın qazandığı tarixi Zəfər minlərlə qəhrəmanın şücaəti, şəhidlərimizin fədakarlığı və xalqın birliyi sayəsində mümkün olub. Gənclərə bu irsi qorumağın, milli-mənəvi dəyərlərə sadiq qalmağın və yaşadıqları ölkələrdə Azərbaycanı layiqincə təmsil etməyin vacibliyi çatdırılıb.

Diaspor gəncləri paneldə əllərində üçrəngli Azərbaycan bayraqları ilə iştirak edərək şəhidlərin əziz xatirəsini dərin ehtiramla yad edib, Qarabağ fatehlərinə minnətdarlıqlarını ifadə ediblər. Tədbir boyunca duyğulu anlar yaşanıb, iştirakçılar şəhid ailələrinin çıxışlarını böyük diqqət və hörmətlə dinləyiblər.

Günün proqramı diaspor gənclərində vətənpərvərlik ruhunun daha da möhkəmləndirilməsi, milli kimlik şüurunun gücləndirilməsi və Azərbaycanın tarixi Zəfərinin gələcək nəsillərə çatdırılması istiqamətində mühüm əhəmiyyət daşıyan tədbirlərdən biri kimi yadda qalıb.

Nicat Rüstəmzadə

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:155
embedMənbə:https://modern.az
archiveBu xəbər 04 Avqust 2026 13:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Biz bu cahana sığmazıq: Aimlər planetin əhalisinin 4 milyarda endirilməsini təklif edirlər

23 Noyabr 2026 01:03see305

Qızıl və gümüş yenə ucuzlaşdı

22 Noyabr 2026 15:36see283

Yaşlandıqca gücdən düşməmək üçün həkim ən vacib qaydanı açıqladı

23 Noyabr 2026 05:06see271

Şamaxıda Gənclik Yolunda layihəsinin açılış mərasimi keçirilib FOTO

22 Noyabr 2026 16:03see271

Qəzzada meningit təhlükəsi: Səhiyyə sistemi yeni böhranla üz üzə

22 Noyabr 2026 19:35see257

77 yaşlı Sumqayıt şəhərdə atəşfəşanlıq olub

23 Noyabr 2026 00:24see253

Məşhur ŞAMAN Rusiyanın gələcəyini açıqladı: “10 il sonra belə olacaq”

22 Noyabr 2026 23:36see251

ABŞ İrana qarşı hərbi məqsədlərinə çata bilməyəcəyini anlayıb Qalibaf

22 Noyabr 2026 15:16see251

Vladimir Putin İlham Əliyevi təbrik etdi

23 Noyabr 2026 02:04see233

Argentinada keçirilən triatlon yarışının qeyri adi nəticəsi VİDEO

23 Noyabr 2026 00:40see232

Bakıda istiliksiz qalan binanın sakinlərindən niyə pul istənilir? Video

22 Noyabr 2026 21:58see231

Müasir İncəsənət Muzeyində rəssam Nigar Ağabəylinin “İki dünya arasında” adlı fərdi sərgisi açılıb

22 Noyabr 2026 23:54see230

Münaqişənin davam etdiyi bir vaxtda Hörmüz boğazını üzüb keçdi VİDEO

22 Noyabr 2026 15:21see227

Hansı qidalar parazit və infeksiya mənbəyidir?

23 Noyabr 2026 10:00see221

Yüksək təzyiqin gizli səbəbi İnsanlar bundan xəbərsizdir

23 Noyabr 2026 04:05see220

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see217

Spalletti “Yuventus”un qələbəsi ilə tarixə düşdü: 600 cü oyun və rekord

23 Noyabr 2026 03:29see217

18 il əvvəl Kurtlar vadisi nin çəkildiyi QURMARXANAYA BASQIN EDİLDİ FOTO

23 Noyabr 2026 02:04see212

30 yaşdan sonra qadınlar nələrə diqqət etməlidir? Vacib tövsiyələr

23 Noyabr 2026 06:06see198

​KALINİNQRADA ZƏRBƏ ENDİRİLDİ Avropa müharibəyə cəlb olunur? + VİDEO

22 Noyabr 2026 15:39see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri