Icma.az
close
up
RU
Diasporumuzun gənc ailə örnəyi

Diasporumuzun gənc ailə örnəyi

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”nın əsas məqsədi gənclərə təhsilalma imkanı yaratmaqla, onların Azərbaycanın gələcək inkişafını təmin edəcək və qlobal çağırışlara cavab verəcək müasir texnologiyaları çevik mənimsəyən, praktiki bilik və bacarıqlara yiyələnən, müasir və gələcək əmək bazarının tələblərinə cavab verən rəqabətqabiliyyətli, yüksəkixtisaslı peşəkar kadrlar kimi hazırlanmasını təmin etməkdir.

Bu fikirləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Böyük Britaniyada akademik və elmi fəaliyyət göstərən gənc ailə – dəyərli azərbaycanlı alimlər Aygün Azadova və Fərid Ədilovla bugünlərdə Bakıda keçirdiyi görüşlə bağlı dedi. O qeyd etdi ki, bəzən bir görüş təkcə cari niyyətlərin deyil, bütöv bir ilin planlarının yenidən düşünülməsi, daha fərqli, dərinləşdirilmiş perspektivlər və istiqamətlər üçün stimul yaradır. 

Bu gənc ailə ilə görüşün təsirli və ruhlandırıcı anlarının yaddaşına həkk olunduğunu bildirən komitə sədri daha sonra əlavə etdi:

– Onların Azərbaycana səfərinin illər ayrıcına təsadüf etməsi qarşıdakı dövr üçün planlarımızda müəyyən müsbət korrektələr aparmağa, bəzi ideyaları daha konkret və hədəfli şəkildə formalaşdırmağa da təkan verdi. Xüsusilə elmin, təhsilin və dövlət siyasətinin bir-birini tamamladığı sahələrdə yeni yanaşmalar üzərində düşünmək üçün bu görüş əhəmiyyətli zəmin oldu. 

Məmnuniyyətlə qeyd etmək istəyirəm ki, Aygün Azadova Dövlət Proqramı çərçivəsində Böyük Britaniyanın “Essex” Universitetində doktorantura təhsilini uğurla başa vurmuş, süd vəzi xərçəngi ilə bağlı elmi tədqiqatını yüksək səviyyədə müdafiə etmişdir. O, eyni zamanda, iki il ərzində həmin universitetdə müəllim və fənn rəhbəri kimi biologiya ixtisasını tədris etmiş, tələbələrlə uğurlu və nəticəyönümlü işi 2024-cü ildə “Təhsildə mükəmməllik” mükafatı ilə dəyərləndirilmişdir. Bu uğur azərbaycanlı alimlərin beynəlxalq akademik mühitdə etimad qazandığının bariz göstəricisidir. 

Fərid Ədilov isə uzun illər Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində, o cümlədən xarici əlaqələr və protokol xidməti şöbəsinin müdiri kimi çalışaraq dövlət siyasətinin formalaşdırılması və icrası sahəsində dərin praktiki təcrübə əldə edib. Hazırda “Essex” Universitetinin Sosiologiya və Kriminologiya Departamentində doktorantura təhsili alır və müəllim kimi fəaliyyət göstərir. Onun tədqiqatı Azərbaycanın keys araşdırması əsasında qadınların milli qanunvericilik orqanlarında təmsilçiliyinin qərar qəbuletməyə təsirini tədqiq edir. Bu tədqiqatın nəticələrinin növbəti ildə “Oxford” Universitetində təqdim ediləcəyi ölkəmizdə bu sahədə həyata keçirilən siyasətin beynəlxalq elmi platformalarda tanıdılması baxımından xüsusi əhəmiyyət daşıyır. 

Komitə sədri ölkə Prezidentinin Qarabağ Universitetinin yeni korpusunun açılışında xaricdə təhsil alaraq universitetin tədris və elmi potensialına töhfə verən müəllimləri xüsusi olaraq qeyd etməsini də diqqətə çatdırdı:

– Xüsusi məmnunluq doğuran məqamlardan biri də odur ki, Aygün və Fərid 15–16 dekabr 2025-ci il tarixlərində Qarabağ Universitetinin biznes və iqtisadiyyat fakültəsində akademik tərkib və tələbələr üçün yüksək səviyyəli təlimlər keçiblər. Akademik heyət üçün təşkil olunan “Ali təhsildə tədris və öyrənmə” mövzulu təlimdə Birləşmiş Krallığın ali təhsil təcrübəsi, QAA yanaşmaları və Professional Standards Frame ork 2023 çərçivəsi əsasında müasir tədris, qiymətləndirmə və keyfiyyət meyarları müzakirə olunub. Tələbələr üçün təşkil edilən “Akademik oxu və yazı” təlimi isə onların beynəlxalq akademik standartlara uyğun bacarıqlarının inkişafına mühüm töhfə verib. 

Bu yanaşma bir daha göstərir ki, dövlət üçün insan kapitalına yatırım və beynəlxalq təcrübənin ölkəyə transferi strateji prioritetdir. Bu baxımdan görüş zamanı xüsusi olaraq vurğuladım ki, Aygün və Fəridin elmi fəaliyyətlərini davam etdirdikləri universitetlərlə Azərbaycan universitetləri arasında institusional əməkdaşlıqların, birgə tədqiqatların və akademik mübadilələrin qurulması olduqca vacibdir. Və onlar bu sahədə etibarlı körpü rolunu oynaya bilərlər. 

Eyni zamanda, Fəridin tədqiqat sahəsi nəzərə alınaraq ona Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə elmi əsaslı əməkdaşlıq imkanlarının genişləndirilməsi, ölkəmizdə bu sahədə həyata keçirilən siyasətin uğurlu nəticələrinin daha geniş beynəlxalq auditoriyaya çıxarılması üçün yeni təşəbbüslər üzərində çalışma niyyətimizi bildirdim. 

Sonda Bahar Muradova ailənin karyeraya maneə olmadığını, əksinə, uğurlara yol açdığını dedi:

– Vurğulamaq istərdim ki, elmə, təhsilə və birgə akademik fəaliyyətə söykənən bu sağlam əsaslı ailə təkcə peşəkar uğurları ilə deyil, istinad etdikləri dəyərlərlə də yeni qurulan ailələr üçün əsl örnəkdir. Eyni mərkəzdə çalışan, bir-birinin elmi yoluna dəstək olan, həyata, dəyərlərimizə və ölkəmizin qarşısındakı hədəflərə çatmaq istiqamətində fəaliyyətdə bir-birini yaxşı tamamlayan bu cütlüyün nümunəsi göstərir ki, ailə və karyera bir-birinə maneə deyil, əksinə, düzgün yanaşma olduqda bir-birini yeni uğurlara həvəsləndirə, həmçinin ailəni gücləndirə bilər. 

Əminəm ki, belə alimlərimizin ölkə ilə bağlarının daha da möhkəmlənməsi, onların bilik və təcrübəsinin Azərbaycan elminə və dövlət siyasətinə inteqrasiyası qarşıdakı illərdə daha böyük nəticələrə yol açacaq.

Gənc alimlərlə görüşün sonunda Aygünlə Fəridi elmi fəaliyyətləri, şəxsi və ictimai həyatda qazandıqları nailiyyətlər və bayramlar münasibətilə ürəkdən təbrik etdim, bu gözəl ailə örnəyimizə rifah və səadət arzuladım!

Söhbəti hazırladı:

Zərifə BƏŞİRQIZI

XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:187
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 07 Yanvar 2026 10:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see287

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see285

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see267

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see253

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see244

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see237

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see232

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see227

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see221

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see220

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see211

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see198

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see193

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see193

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see193

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see192

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see189

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see176

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see175

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri