Icma.az
close
up
RU
Diasporumuzun inkişafı naminə...

Diasporumuzun inkişafı naminə...

Icma.az, Yeniazerbaycan portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Mühüm işlər görülməkdədir

Bu gün Azərbaycan diasporunun təşkilatlanması və vahid ideya ətrafında birləşməsi olduqca mühüm əhəmiyyət kəsb edir. Diasporumuz Azərbaycanın xarici siyasətinə yön verən amillərdən birinə çevrilib. Bunun da əsas səbəbi dünya ölkələrindəki azərbaycanlılarla dövlətimizin koordinasiyalı fəaliyyətidir. Çünki Azərbaycan diasporunun arxasında dövləti, dövlətin siyasəti var. Bunun nəticəsidir ki, diasporumuz Azərbaycan həqiqətlərinin beynəlxalq aləmə çatdırılmasında yaxından iştirak edir, milli maraqlarımızın qorunması işində səmərəli fəaliyyət ortaya qoyur.

Diaspor siyasətinin həyata keçirilməsi, diaspor təşkilatlarının fəaliyyəti və soydaşlarımıza müxtəlif sahələrdə dəstək göstərilməsi məqsədilə Diasporla İş üzrə Dövlət Komitəsi də davamlı şəkildə fəaliyyət göstərməkdədir. Məlumdur ki, xaricdə yaşayan hər insanın arxasında bir dövlət, bir qurum yoxdursa, onun çox iş görməsi imkansızdır. Burada Azərbaycan dövləti rəsmi siyasətini ortaya qoyub. Dövlətimizin gerçək nümayəndələri onun xaricdə yaşayan soydaşlarıdır. Ona görə də ölkəmiz bu istiqamətdə lazım olan məqsədyönlü siyasət yürüdür. Artıq Azərbaycan diasporu kifayət qədər inkişaf edib.

Diasporumuz xarici ölkələrdə təhsil alan tələbələri də unutmur. Onlar üçün zaman-zaman layihələr təşkil edirlər. Bundan başqa, Azərbaycan həqiqətlərinin müxtəlif dünya ölkələrində təbliği üçün mühüm qurultaylar keçirilir, çoxsaylı tədbirlər baş tutur, eyni zamanda Azərbaycan evləri fəaliyyətə başlayır.

Azərbaycan-Moldova Dostluq xiyabanı

Dekabrın 5-də Kişineuda “Xarıbülbül” Azərbaycan-Moldova Dostluq xiyabanının açılışı olub. Diaporla İş üzrə Dövlət Komitəsindən verilən xəbərə görə, xiyaban Moldova Azərbaycanlıları Konqresi (MAK) ictimai təşkilatının təşəbbüsü, Azərbaycanın Moldovadakı səfirliyi və Kişineu Bələdiyyəsinin birgə əməkdaşlığı çərçivəsində salınıb.

Tədbirdə Azərbaycanın Moldovadakı səfiri Ülvi Baxşəliyev, Moldova parlamentinin üzvü və Moldova-Azərbaycan parlament dostluq qrupunun sədri Vitaliy Jakot, Moldovanın Ekologiya Nazirliyinin dövlət katibi Georqe Xadcer, Kişineunun vitse-prezidenti İrina Qutnik, MAK-ın sədri Elçin Bayramov və təşkilatın nümayəndələri, eləcə də bələdiyyə nümayəndəsi Dmitri Gorelko iştirak edib.

Açılış nitqi ilə çıxış edən Elçin Bayramov, eləcə də digər iştirakçılar Azərbaycan və Moldova arasında dostluq əlaqələrinin möhkəmlənməsinin əhəmiyyətindən danışıb. Həmçinin qeyd olunub ki, bu cür aksiya BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasından (COP29) ilhamlanaraq həyata keçirilib.

ABŞ-da yeni diaspor təşkilatımız...

Dekabrın 6-da işə ABŞ-ın Kolorado ştatında yaşayan soydaşlarımız Azərbaycan İcmasının “Koloradoda Azərbaycan Diasporu” adlanan ilk diaspor təşkilatını yaradıblar. Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib ki, təşkilatın məqsədi yerli Azərbaycan İcmasının Amerika cəmiyyətində təmsilçiliyini artırmaq və bu missiyanı gələcək nəsillərə ötürməkdir.

Kolorado azərbaycanlılarının ABŞ-da yaşayan digər etnik qruplar, yerli icmalar və gənc nəsil arasında sıx əlaqələrinin qurulması, habelə Azərbaycan dilinin və mədəniyyətinin təbliği də təşkilatın əsas hədəflərindəndir. Yeni yaradılan təşkilatın təsisçisi və rəhbəri Nigar Şıxsəfiyeva Azərbaycanın diaspor fəaliyyətinin genişləndirilməsi, ölkəmizin ABŞ-da tanıdılması istiqamətində mühüm addımlar atılacağını vurğulayıb.

Rotterdamda mühüm qurultay...

Dekabrın 9-da Rotterdamda Benilüks Azərbaycanlıları Konqresinin (BAK) VI qurultayı keçirilib. Qurultay Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Sonra tədbir iştirakçıları Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Qurultayda əvvəlcə BAK-ın fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Qurultayda Azərbaycanın Niderlanddakı səfirliyinin birinci katibi Vüsal İbrahimov, Niderland-Azərbaycan “Odlar Yurdu” Cəmiyyətinin və Avropa Azərbaycanlıları Media Qrupunun nümayəndələri, həmçinin BAK-ın nəzdində fəaliyyət göstərən təşkilatların rəhbərləri, diasporumuzun fəal üzvləri iştirak ediblər.

Qurultayda təşkilati məsələlər müzakirə olunub, yeni sədr və 11 nəfərdən ibarət İdarə Heyəti seçilib. Elsevər Məmmədov yekdilliklə yenidən Benilüks Azərbaycanlıları Konqresinin sədri seçilib və bu vəzifəyə növbəti 4 il müddətinə təsdiqlənib.

Tədbir iştirakçıları BAK-ın növbəti 4 il üçün fəaliyyət planını müzakirə ediblər. Eyni zamanda, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun təbriki qurultay iştirakçılarına çatdırılıb.

Yeganə BAYRAMOVA

Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi” istiqaməti üzrə hazırlanmışdır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:287
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 12 Dekabr 2024 08:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see317

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see297

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see274

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see263

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see259

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see237

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see233

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see227

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see222

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see218

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see212

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see211

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see203

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see196

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see196

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see194

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see193

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see182

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see179

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri