Icma.az
close
up
RU
Dibi görünməyən qaranlıq quyudan işıqlı gələcəyə doğru gedən yol

Dibi görünməyən qaranlıq quyudan işıqlı gələcəyə doğru gedən yol

Icma.az, Azertag saytına istinadən bildirir.

“Azərbaycanın dövlət müstəqilliyi əbədi olacaqdır, sarsılmaz olacaqdır, dönməz olacaqdır!”

                                                                                   Ümummilli Lider Heydər Əliyev

Bakı, 12 may, AZƏRTAC

Bənzərsiz liderlik keyfiyyəti, cəsarəti, misilsiz dünyagörüşü və insanı heyran edən natiqlik istedadı ilə Heydər Əliyev şəxsiyyəti bu günə kimi hələ də büsbütün öyrənilməmiş sirli bir dünyadır. Ağır, mürəkkəb hətta çıxılmaz hesab olunan vəziyyətlərdən dövlət xadimi kimi alnıaçıq çıxmaq bacarığı Ulu Öndərdə sanki bir Allah vergisi idi. Ümummilli Lider Heydər Əliyev bütün çətinliklərə rəğmən istedadı və vətənpərvərliyi sayəsində Sovet İttifaqı kimi nəhəng bir imperiyanın rəhbərlərindən birinə, sonradan müstəqil Azərbaycanın qurucusuna - Ümummilli Liderə çevrildi. Ulu Öndər öz doğma xalqını dibi görünməyən quyudan çıxarıb işıqlı gələcəyə tərəf inamla apardı.

Bu fikirlər Prezident təqaüdçüsü, “Qərbi Azərbaycan milli-mədəni inkişaf” İctimai Birliyinin təsisçisi Aynur Seyidin “Dibi görünməyən qaranlıq quyudan işıqlı gələcəyə doğru gedən yol” adlı məqaləsində yer alıb. AZƏRTAC məqaləni təqdim edir.

Ulu Öndərin sayəsində yaradılmış Cəmşid Naxçıvanski adına hərbi məktəb gələcək milli ordu quruculuğunun əsasını təşkil edib, Azərbaycan SSR-in Konstitusiyasında ilk dəfə olaraq Azərbaycan dili dövlət dili kimi öz hüquqi qüvvəsini tapıb. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyinin birinci dövrü xalqın milli oyanışı olacaqdı. Daim xalqının gələcəyini düşünən böyük azərbaycanlının əzimkarlığı sayəsində yaranmış iqtisadi, elmi-texniki və mədəni potensial sonralar respublikamızın tam müstəqil dövlət kimi fəaliyyət göstərməsi üçün möhkəm zəmin yaradacaqdı.

Azərbaycanı müstəqilliyini itirmək təhlükəsindən, etnik əlamətə görə parçalanıb yox olmaqdan xilas etmək üçün 1993-cü il iyunun 15-də xalqın tələbi ilə Bakıya gələn Ulu Öndər Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Beləliklə, xalqımız böyük siyasət adamını hakimiyyətə gətirdi. Bu tarixi hadisə gələcəkdə Azərbaycanın xarici və daxili düşmənlərinin pis niyyətlərini ürəklərində qoyacaq, vətəndaş müharibəsinin qarşısını alacaq, Azərbaycan Respublikasını bütün dünya dövlətləri üçün bərabər hüquqlu tərafdaşa çevirəcəkdi.

Ulu Öndərin nəhəng siyasi layihələrdən biri olan “Əsrin müqaviləsi” Azərbaycanın yeni neft strategiyasının əsasını qoydu. Azərbaycanın dövlət müstəqilliyinin möhkəmlənməsində və xalqımızın taleyində neft strategiyasının nə qədər böyük əhəmiyyət daşıdığını Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının III qurultayındakı nitqində dəqiq şəkildə belə ifadə edib: “Heydər Əliyevin neft strategiyasının icrası nəticəsində ölkəmizə milyardlarla dollar xarici sərmayə gətirilibdir. Əgər 1994-cü ildə, o çətin şəraitdə “Əsrin müqaviləsi” imzalanmasaydı, ondan sonrakı dövr ərzində bütün infrastruktur layihələri həyata keçirilməsəydi, Bakı–Tbilisi–Ceyhan neft kəmərinin tikintisinə başlanmasaydı, bu gün Azərbaycanda iqtisadi inkişafdan, ümumiyyətlə, söhbət gedə bilməzdi”.

Müstəqil Azərbaycan Respublikasının 1995-ci ildə qəbul olunmuş ilk Konstitusiyası ilə hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğuna doğru mühüm addımlar atıldı. Ulu Öndər Sovet rejiminin bir-birindən ayrı saldığı dünya türklərini birləşdirmək məqsədi ilə Böyük İpək Yolu layihəsinin həyata keçirilməsinə, türk eposu “Kitabi–Dədə Qorqud”un 1300 illiyinin və dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 500 illiyinin bütün dünyada qeyd olunmasına nail oldu.

Tarix boyu azərbaycanlıların yaşadıqları ərazilər hesabına ermənilər özlərinə Cənubi Qafqazda dövlət qurmağa çalışıblar və bu məqsədlə azərbaycanlı əhalinin fiziki məhvindən nəyinki çəkinməyib, məkirli niyyətlərinə çatmaq üçün saysız deportasiyalar həyata keçiriblər. 1918–1921, 1948–1953 və 1987–1991-ci illərdə vəhşiliklərlə həyata keçirilmiş köçürmələr nəticəsində yüz minlərlə azərbaycanlı dədə-baba yurdunu tərk edərək Azərbaycana sığınıb. Ümummilli Lider 1998-ci ildə Azərbaycan Respublikası Konstitusiya Komissiyasının iclasında indiki Ermənistan adlandırılan ərazilərin tarixən Azərbaycana mənsubluğu məsələsinə toxunub. Elə həmin ilin dekabrında “İslam sivilizasiyası Qafqazda” mövzusunda beynəlxalq simpoziumun iştirakçılarının bir qrupu ilə görüşdə çıxış edən Ulu Öndər Heydər Əliyev bir daha Qərbi Azərbaycan məsələsindən bəhs edib. Qafqazın müxtəlif ölkələrindən olan nümayəndələrin qarşısında açıq şəkildə mövqeyini belə ifadə etmişdi: “İndi Ermənistan adlanan ərazi, Qərbi Azərbaycan – İrəvan mahalı, Göyçə mahalı, Zəngibasar mahalı, Zəngəzur mahalı – bunlar hamısı müsəlmanlar, azərbaycanlılar yaşayan diyarlar olubdur. Təəssüf ki, bu ərazilərdən, diyarlardan müsəlmanlar çıxarılıblar, indi bu ərazilərdə bir nəfər də olsun müsəlman yoxdur. Bu da Ermənistan millətçiliyi, erməni ekstremizmi, erməni şovinizmi siyasətinin nəticəsidir. Əgər Qafqazda İslam sivilizasiyası haqqında danışırıqsa, həqiqəti demək lazımdır”.

Ulu Öndər Heydər Əliyevin nitq və çıxışlarında İrəvan və Zəngəzur torpaqlarına qayıdış məsələsi də əhəmiyyətli yer tutub. Ümummilli Lider Qərbi Azərbaycan torpaqlarına qayıdışın gələcəkdə reallaşacağına inamını belə dilə gətiirb: “Mən buna inanıram. İnanıram ki, o yerlərin sahibləri – müsəlmanlar, azərbaycanlılar oraya qayıdacaqlar”.

Xalqımız Ali Baş Komandanın apardığı uğurlu xarici və daxili siyasəti sayəsində Qərbi azərbaycanlıların tez bir zamanda öz doğma torpaqlarına qayıdacağına əmindir. Qarabağın işğaldan azad edilməsi, ərazi bütövlüyümüzün bərpası Ümummilli Lider Heydər Əliyevin ən böyük amalı idi. Bu arzunu onun layiqli davamçısı, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev yerinə yetirdi. Ölkəmizin ərazi bütövlüyü ali baş komandanın rəhbərliyi altında ordumuzun gücü, antiterror tədbirləri nəticəsində tam bərpa olundu.

Azərbaycan qısa bir zaman kəsiyində dinamik inkişaf edən, beynəlxalq aləmdə nüfuzlu dövlətə çevrilməsi şübhəsiz ki, Prezident İlham Əliyevin Ulu Öndərin demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu siyasətini uğurla davam etdirməsinin nəticəsidir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Heydər Əliyevin siyasəti yaşayır, onun ideyaları, fəlsəfəsi, ideologiyası yaşayır, qurduğu, yaratdığı müasir Azərbaycan yaşayır və onun yolu ilə inkişaf edir”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:94
embedMənbə:https://azertag.az
archiveBu xəbər 12 May 2025 16:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərəblərdən Lukoyl a ağır zərbə: Ələkbərov çətin vəziyyətə düşüb

12 Noyabr 2025 22:31see217

Azərbaycanda oynayan qapıçıya İtaliya ilə görüşdə şans verilmədi

14 Noyabr 2025 11:17see184

İqtisadiyyat Nazirliyində “Konstitusiya və Suverenlik İli” mövzusunda tədbir keçirilib

13 Noyabr 2025 10:47see179

Bakı və regionlarda neçə bina istiliklə təmin olunacaq? RƏSMİ AÇIQLAMA

13 Noyabr 2025 13:18see172

Azpul MMC də QANUN POZUNTUSU müştərinin telefon kontakt ına icazəsiz daxil olur

12 Noyabr 2025 22:35see162

AFFA dan Turan Tovuz un futbolçusuna cəza, klublara cərimə

13 Noyabr 2025 14:04see143

Rusiya Qazaxıstana dörd Amur pələngi bağışlayacaq

13 Noyabr 2025 03:49see139

Fransa və Braziliya milli komandaları Bostonda yoldaşlıq oyunu keçirəcəklər

13 Noyabr 2025 01:50see138

Yol qəzasında ölən jurnalist keçmiş məmurun övladıdır

13 Noyabr 2025 18:14see137

Yandırılmış sabitlik: İran öz ekoloji fəlakətinin əsirinə çevrilib

13 Noyabr 2025 11:52see129

Rubl ucuzlaşdı, avro isə bahalaşdı RƏSMİ

13 Noyabr 2025 09:17see127

İlon Maskdan gələcəklə bağlı daha bir proqnoz

13 Noyabr 2025 09:20see126

Nicat Kazımov: Dil milləti formalaşdıran və onun özünəməxsusluğunu qoruyan ən güclü təməldir

14 Noyabr 2025 00:49see125

Bu deputat danışmır, ancaq şəkil çəkdirir FOTOLAR

14 Noyabr 2025 10:58see125

Avropada “snayper turizmi”: varlılar pul ödəyib insan ovuna çıxıblarmış...

13 Noyabr 2025 08:31see124

Türkiyədə həlak olan jurnalist sabiq məmurun oğlu imiş FOTO

14 Noyabr 2025 09:35see123

“Leş Tofiq”lər hərəkətə keçdi: Bizə eşşək əti yedizdirənlər niyə azadlıqda?

14 Noyabr 2025 18:18see121

Ayxan Abbasov: “Rəqibin gücü bəlli idi”

13 Noyabr 2025 23:49see121

“9990 nömrəsindən gələn zənglə bağlı yayılan iddialara DİN dən REAKSİYA FOTO

14 Noyabr 2025 17:40see120

“BakıKart”ın ləğvi iddiasına rəsmi cavab: “Metro və avtobuslarda...”

14 Noyabr 2025 09:09see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri