Icma.az
close
up
RU
“Differensial tarif bahalaşma deyil, ədalətli yanaşmadır” Elməddin Muradlı

“Differensial tarif bahalaşma deyil, ədalətli yanaşmadır” Elməddin Muradlı

Icma.az, Operativ MM portalına istinadən məlumatı açıqlayır.

"Bakı Metropoliteni" QSC gələcəkdə gediş haqqının differensial – yəni məsafəyə görə dəyişən qaydada tətbiq oluna biləcəyini açıqlayıb. Qurum bildirir ki, bunun üçün infrastrukturun, texniki imkanların və yeni xətlərin imkanlarının qiymətləndirilməsi aparılır, hazırda isə məsələ yalnız müzakirə mərhələsindədir.

Mövzu ilə bağlı "Operativ Məlumat Mərkəzi-OMM"-ə açıqlama verən nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, differensial qiymət siyasəti Azərbaycanda ilk dəfə olaraq dəmir yolunda tətbiq olunub və bu modelin metroda da həyata keçirilməsi texniki cəhətdən mümkündür:

“Bu differensial qiymət siyasəti artıq dəmir yollarında tətbiq olunur və Azərbaycan Dəmir Yolları bunu reallaşdıran ilk qurum kimi tarixə düşüb. Buna görə də digər nəqliyyat qurumlarında da bu modelin müzakirəsi təbiidir. Əgər metroda bu sistemə keçid nəzərdə tutulursa, zamanla avtobuslarda da tətbiqi mümkündür”.

Ekspertə görə, məsafədən asılı olaraq ödənişin dəyişdirilməsi daha ədalətli yanaşmadır:

“İki dayanacaq gedən sərnişinlə 12 dayanacaq gedən şəxsin eyni – 60 qəpik ödəməsi ədalətli deyil. Differensial yanaşmada 12 dayanacaq yol gedən üçün qiymət maksimum 80 qəpik, ən pis halda 1 manat ola bilər. Qısa məsafə gedən isə 20–40 qəpik ödəyəcək. Balansdan vəsait məsafəyə uyğun çıxacaq”.

Elməddin Muradlı hesab edir ki, məsələ düzgün təqdim edilərsə, ictimaiyyətdə narazılığa səbəb olmamalıdır:

“Əsas odur ki, insanlar bunu qiymət artımı kimi deyil, məsafəyə görə ədalətli bölgü kimi qəbul etsinlər. Əgər 1 000 nəfər 10–20 qəpik artıq ödəyəcəksə, 10 000 nəfər daha az ödəyəcək. Bunu isbat edə bilsələr, sistem cəmiyyət tərəfindən normal qarşılanacaq”.

Afət ZİYADQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:91
embedMənbə:https://operativmm.az
archiveBu xəbər 27 Noyabr 2025 16:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see402

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see372

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see359

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see300

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see282

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see254

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see253

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see240

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see235

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see230

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see224

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see218

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see217

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see204

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see203

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see195

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see173

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see172

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see172

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri