Icma.az
close
up
RU
Differensial tarif su istehlakını səmərəli şəkildə idarə etməyə və su ehtiyatlarının qorunmasına kömək edir

Differensial tarif su istehlakını səmərəli şəkildə idarə etməyə və su ehtiyatlarının qorunmasına kömək edir

Icma.az bildirir, Bizimyol portalına istinadən.

"Azərbaycanda su tariflərində differensiallaşdırılma tətbiq oluna bilər". Bizimyol.info xəbər verir ki, bunu Bakıda keçirilən II Milli Rəqabət Forumu çərçivəsində panel müzakirəsi zamanı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədrinin müşaviri Əsəd Şirinov deyib. Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədrinin müşaviri Əsəd Şirinov bildirib ki, differensial tarif əsasən aşağı gəlirli təbəqəni qorumağa xidmət edir. Sədr müşavirinin sözlərinə görə, su tarifləri ilə bağlı Türkiyə və Avropa ölkələrinin təcrübələri araşdırılıb, bu ölkələrdə geniş tətbiq edilən mexanizmlərdən biri diferensial tarif qaydasıdır.

Məsələ ilə bağlı Bizimyol.info xəbər portalının suallarını iqtisadçı ekspert Famil Niftiyev cavablandırıb.

Famil Niftiyev

Differensial tarif qaydası nədir və bu mexanizm necə işləyir?

“Differensial tarif qaydası, əsasən, suyun istehlak səviyyəsinə görə qiymətlərin fərqləndirildiyi bir mexanizmdir. Başqa sözlə, istehlakçı nə qədər çox su istifadə edirsə, bir vahid suyun qiyməti bir o qədər yüksək olur. Bu yanaşmanın əsas məqsədi aşağı gəlirli təbəqələri qorumaq, onları minimal su istehlakı üçün daha ucuz tariflərlə təmin etməkdir. İqtisadi baxımdan bu mexanizm həm sosial ədaləti təmin edir, həm də suyun israfının qarşısını almağa xidmət edir.

Differensial tarif adətən bir neçə səviyyəyə bölünür: müəyyən həddə qədər olan su istehlakı (əsas minimum) səviyyəsi sayılır və bu səviyyə üçün tarif daha ucuz olur. İstehlak bu həddi keçdikdə isə tarif nisbətən daha yüksək olur. Bu mexanizm su istehlakını tənzimləyir, çünki insanlar artıq su üçün daha çox ödəyəcəklərini bilirlər və israfı azaldır”.

Differensial tarifin tətbiqindən sonra Azərbaycanda su tarifləri necə dəyişəcək?

“Differensial tarifin tətbiqi ilə aşağı gəlirli və sosial müdafiəyə ehtiyacı olan təbəqələr minimal su istehlakı üçün daha əlverişli tarifdən faydalanacaqlar. Məsələn, bir ailənin aylıq standart su istehlakı müəyyən həddə qədər ucuz qiymətə olacaq. Lakin bu həddi aşan əlavə istifadə üçün tarif daha yüksək olacaq, bu da həm yüksək istehlakçılar üçün ödənişləri artıracaq, həm də suya qənaəti təşviq edəcək.

Buna paralel olaraq, bu mexanizmin tətbiqi dövlətin sosial siyasəti ilə uzlaşır, çünki aşağı gəlirli ailələr artıq tarif artımından ciddi təsirlənməyəcəklər. Digər tərəfdən, differensial tarif su istehlakını səmərəli idarə etməyə kömək edir və su ehtiyatlarının qorunmasına yönəlir”.

Dünyada differensial tarif necə tətbiq edilir və hansı ölkələrdə uğurla işləyir?

“Differensial tarif sistemi bir çox Avropa ölkələrində və Türkiyədə geniş tətbiq olunur. Məsələn; Fransa, Almaniya və İtaliyada su təchizatı şirkətləri istehlakın səviyyəsinə görə tarifləri mərhələli şəkildə müəyyən edir. Bu ölkələrdə sosial ədalət və ekoloji məqsədlər birləşdirilir, hansı ki, aşağı gəlirli ailələr üçün su münasib qiymətə təmin olunur, lakin istehlakın artması israfın qarşısını alır.

Türkiyədə də bu sistem müəyyən şəhərlərdə tətbiq edilib. Orada da əsas prinsip eynidir. Müəyyən həddə qədər su istifadə edənlər daha ucuz tariflə təmin olunur, həddi aşanlar üçün tarif yüksək olur. Bu mexanizm həm sosial, həm iqtisadi, həm də ekoloji məqsədlərə xidmət edir.

Ümumiyyətlə, differensial tarif qaydası yalnız sosial müdafiəni təmin etmir, həm də istehlakçıları suya qənaət etməyə təşviq edir. Su ehtiyatlarının davamlılığını təmin edir və nəticədə dövlət resurslarının səmərəli idarə edilməsinə xidmət edir”.

Günel Həsənova, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:80
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 08 Oktyabr 2025 20:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see176

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see174

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see168

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see157

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see151

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see143

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see136

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see134

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see132

Ermənistan neft məhsullarımızın pulunu belə ödəyir SXEM AÇILDI

10 Yanvar 2026 13:48see132

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see130

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri