Icma.az
close
up
RU
Digər dövlətlərlə əlaqələrimiz İran üçün təhlükə yaratmır Paşinyan

Digər dövlətlərlə əlaqələrimiz İran üçün təhlükə yaratmır Paşinyan

Icma.az bildirir, Redaktor.az portalına istinadən.

Ermənistan hökuməti qərbyönlü deyil, lakin İrana qarşı təhdidləri ehtiva etməyən balanslaşdırılmış xarici siyasət yürüdür.

Redaktor.az yerli mediaya istinadla xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan İran televiziyasına müsahibəsində deyib.

O, müsahibəsində respublikanın qərbyönümlü siyasəti ilə bağlı sualı cavablandırarkən deyib: "Hökumətimiz istənilən ölkəyə yönəlməyi istisna edən balanslaşdırılmış xarici siyasət aparır. Bizim münasibətlərimiz müstəsna olaraq ölkəmizin dövlət maraqlarına əsaslanır və qurulmalıdır. Bu, bizim yanaşmamızdır".

Paşinyan əmin olduğunu bildirib ki, son 7 ildə Ermənistan-İran münasibətlərinin inkişaf dinamikası heç bir dövrdəki münasibətlər səviyyəsindən geri qalmır, hətta onları üstələyir. Eyni zamanda siyasətçi qeyd edib ki, Ermənistanın Avropa İttifaqı ilə kifayət qədər güclü əlaqələri var və bu əlaqələr digər məsələlərlə yanaşı, respublikanın hazırkı hakimiyyətinin həyata keçirdiyi demokratik islahatların da diktə etdiyidir.

"Regional müxtəliflik bizə təkcə Qərbə deyil, Şərqə də inteqrasiya imkanları yaradır. Şərti Şərqlə münasibətlərin azalması və ya zəifləməsini istəməzdik. Biz bu münasibətləri dərinləşdirmək istəyirik. Biz İranla əlaqələrə önəm veririk və İslam dünyası ilə əlaqələrimizin dərinləşməsini istəyirik", - Baş nazir qeyd edib.

Ermənistan hökumətinin başçısı əmin edib ki, İrəvanın hərəkətləri Tehran üçün təhlükə yaratmır. "Digər dövlətlərlə əlaqələrimiz İran üçün təhlükə yaratmır. Və ümid edirəm ki, İranın üçüncü ölkələrlə qarşılıqlı fəaliyyəti Ermənistan üçün təhlükə yaratmır. Məhz bu anlaşma münasibətlərimizin dərinləşməsi üçün təbii şərait yaradır", - o yekunlaşdırıb.

Turan İSMAYIL

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:81
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 04 Mart 2025 23:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see251

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see242

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see241

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see218

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see198

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see191

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see181

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see161

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see159

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see145

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri