Icma.az
close
up
RU
Əlaqələrimiz inkişaf edir

Əlaqələrimiz inkişaf edir

Ses qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Müasir beynəlxalq münasibətlər sistemində milli maraqlara əsaslanan, balanslı və praqmatik siyasət yürüdən dövlətlər xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan Prezident İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan və Serbiya Respublikası diqqət çəkən ölkələr sırasındadır. Hər iki dövlət müstəqil daxili və xarici siyasət həyata keçirərək iqtisadi inkişaf, regional sabitlik və beynəlxalq əməkdaşlıq istiqamətində mühüm nailiyyətlər əldə etmişdir.

Fevralın 15-də Prezident İlham Əliyevin Serbiyaya rəsmi səfəri iki ölkə arasında münasibətlərin yüksələn inkişaf dinamikasını bir daha nümayiş etdirdi. Səfər çərçivəsində Prezident İlham Əliyev Serbiya Prezidenti Aleksandar Vučić ilə birgə mətbuat konfransı keçirərək Azərbaycan–Serbiya münasibətlərinin gələcək inkişaf strategiyası ilə bağlı mühüm bəyanatlar verdi.
Dövlət başçısı çıxışında vurğuladı ki, Azərbaycan və Serbiya iki dost ölkədir və beynəlxalq müstəvidə bir-birini daim dəstəkləyir. Prezident İlham Əliyev Serbiyanın Dövlətçilik Gününü səmimi təbrik edərək, ölkələrimiz arasında uzunmüddətli və etibarlı münasibətlərin formalaşdığını qeyd etdi.
Son illərdə Azərbaycan–Serbiya münasibətləri yüksələn xətlə inkişaf edir və bu prosesin əsas dayaqlarından biri beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı əməkdaşlıqdır. Münasibətlər artıq strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Serbiya üçün Azərbaycan mühüm strateji tərəfdaşdır. Azərbaycan hazırda Avropanın 16 ölkəsi ilə təbii qaz ixracı sahəsində əməkdaşlıq edir və Serbiya da bu ölkələr sırasındadır.
İki ölkə arasında əlaqələr çoxşaxəlidir. Siyasi və iqtisadi əməkdaşlıqla yanaşı, təhlükəsizlik sahəsində də qarşılıqlı fəaliyyət dərinləşir. Siyasi baxımdan tərəflərin bir-birinin ərazi bütövlüyünə hörmətlə yanaşması və müxtəlif beynəlxalq platformalarda qarşılıqlı dəstəyi xüsusi əhəmiyyət daşıyır.
Enerji təhlükəsizliyi və iqtisadi əməkdaşlıq münasibətlərin inkişafında əsas istiqamətlərdəndir. Azərbaycan zəngin enerji resurslarına malik olmaqla yanaşı, son illərdə qeyri-neft sektorunun inkişafına da xüsusi önəm verir. Sənaye parkları, nəqliyyat-logistika layihələri və rəqəmsal iqtisadiyyatın genişləndirilməsi ölkənin dayanıqlı inkişaf strategiyasının prioritet istiqamətlərindəndir. Azərbaycan, eyni zamanda, Avropa ilə Asiyanı birləşdirən mühüm nəqliyyat qovşağı kimi çıxış edir.
Serbiya isə Balkan regionunda sənaye, kənd təsərrüfatı və informasiya texnologiyaları sahələrində artım tempini qoruyur. Xarici investisiyaların cəlb edilməsi, infrastruktur layihələrinin reallaşdırılması və istehsal sektorunun genişləndirilməsi ölkənin iqtisadi dinamizmini daha da artırır.
Səfər zamanı enerji əməkdaşlığının genişləndirilməsi ilə bağlı mühüm qərarlar qəbul edildi. Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycan artıq Serbiyaya təbii qaz ixrac edir və gələcəkdə bu həcmlər artırılacaq. Qazın Serbiyada elektrik enerjisinə çevrilərək daha təmiz enerji mənbəyi kimi istifadə olunması da əməkdaşlığın strateji əhəmiyyətini göstərir.
Səfər çərçivəsində Azərbaycan–Serbiya Strateji Tərəfdaşlıq Şurasının ilk iclasının keçirilməsi münasibətlərin yeni və daha yüksək mərhələyə qədəm qoyduğunu nümayiş etdirdi. Bu platforma siyasi dialoqun dərinləşdirilməsi, iqtisadi və enerji sahələrində əməkdaşlığın genişləndirilməsi, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin davam etdirilməsi baxımından mühüm mexanizm rolunu oynayacaq.
Azərbaycan və Serbiya müasir dövrdə müstəqil siyasət yürüdən, çoxşaxəli inkişaf strategiyası həyata keçirən və regional sabitliyə töhfə verən dövlətlər kimi çıxış edirlər. Onların təcrübəsi göstərir ki, milli maraqlara söykənən balanslı siyasət və ardıcıl iqtisadi islahatlar davamlı inkişafın əsas şərtlərindəndir.

Malik Mirzəyev
YAP Lerik rayon təşkilatının sədri

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:92
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 18 Fevral 2026 11:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see576

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see238

Türkiyə və Pakistan ordu yeridir İran “nəzərə alacaq”?

08 Oktyabr 2026 07:01see225

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see213

Face Studionun yaradıcısı: Amerikaya köçməyim deyə valideynlərim salon açıb məni direktor qoydular

08 Oktyabr 2026 02:25see209

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see203

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see202

Qətər sahillərində neft tankerinə hücum Ölən və yaralananlar var

08 Oktyabr 2026 03:55see196

“Real” Holand transferində “Barselona”nı qabaqlayır

07 Oktyabr 2026 23:56see190

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see189

Trampdan FTB yə biabırçı ittiham Həyat yoldaşımı və oğlumu...

08 Oktyabr 2026 00:00see180

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see178

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see177

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see174

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see173

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see171

Kadırova Rusiya Federasiyasının Fəxri Memarı adı verildi

08 Oktyabr 2026 03:25see171

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see170

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see169

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri