“DigiDOST” altproqramına qeydiyyat başlayıb
Icma.az bildirir, Sia Az saytına əsaslanaraq.
Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST) “Könüllü DOST” proqramının “DigiDOST” altproqramına qeydiyyat başlayıb. DOST-un mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, indiyədək müxtəlif sosial sahələrdə fəaliyyət göstərən “Könüllü DOST” proqramı bu dəfə gəncləri texnologiya və rəqəmsal bacarıqlar sahəsində inkişaf etməyə dəvət edir.
“DigiDOST” gənclərə rəqəmsal alətlər, texnologiya və onlayn platformalardan daha səmərəli istifadə etmək, proseslərin təkmilləşdirilməsi, məlumat bazalarının formalaşdırılmasını öyrənmək imkanı tanıyacaq .
Proqramın iştirakçıları DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin fəaliyyət sahələrində uyğun sorğuların cavablandırılması, məlumat bazaları ilə iş, proseslərin təkmilləşdirilməsi, rəqəmsal savadlılığın artırılması və s. istiqamətlərdə fəaliyyət göstərəcəklər.
Proqramda iştirak etmək istəyən şəxslər bu linkədaxil olaraq qeydiyyatdan keçə bilərlər.
Qeyd edək ki, hazırda “Könüllü DOST” proqramı çərçivəsində 7 altproqram (“Gənc DOST”, “Gümüşü DOST”, “Korporativ DOST”, “İnklüziv DOST”, “Distant DOST”, “DigiDOST”, “TeleDOST”) icra edilməkdədir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:155
Bu xəbər 11 Dekabr 2024 12:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















