Icma.az
close
up
RU
Direktorların işə qəbulu üzrə qeydiyyat başlayıb

Direktorların işə qəbulu üzrə qeydiyyat başlayıb

Icma.az, Ayna portalına istinadən məlumat yayır.

Yalnız tələblərə cavab verən ərizələr təsdiqlənəcək

Bu gün saat 12:00-dan etibarən şagird sayı 500 nəfərdən çox olan və vakant direktor vəzifəsi mövcud olan ümumi təhsil müəssisələri üçün elektron qeydiyyat mərhələsinə start verilib.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən AYNA-ya verilən xəbərə görə, müsabiqədə ali təhsilli, pedaqoji və ya idarəetmə ixtisas sahələri üzrə ixtisaslaşmış, minimum 5 il (təhsilin təşkili və idarə olunması ixtisası üzrə elmi dərəcəsi və elmi adı olduqda 3 il) pedaqoji staja malik və hazırda ümumi təhsil müəssələrində pedaqoji fəaliyyətlə məşğul olan şəxslər iştirak edə bilərlər.

Bildirilib ki, namizədlərin təqdim etdiyi məlumatların müsabiqə şərtlərinə uyğunluğu yoxlanıldıqdan sonra yalnız tələblərə cavab verən ərizələr təsdiqlənəcək.

Direktorların işə qəbul müsabiqəsi namizədlərin bilik və bacarıqlarını qiymətləndirmək məqsədilə iki mərhələdə – yazılı imtahan və müsahibə mərhələsində keçiriləcək. Müsabiqənin yazılı imtahan mərhələsində namizədlər test və esse yazı imtahanında iştirak edəcəklər. Test üsulu ilə keçiriləcək ilk hissədə iştirakçılara pedaqogika və metodika üzrə 20, idarəetmə və hüquqi baza, təhsil qanunvericiliyi, liderlik və menecment, riyazi məntiq üzrə hər biri 10 olmaqla ümumilikdə 60 test tapşırığı təqdim olunacaq. Test imtahanını uğurla başa vuran namizədlər esse yazı imtahanına dəvət ediləcək. Burada tələb olunan balı toplayan namizədlər son mərhələ olan müsahibə mərhələsinə keçid hüququ qazanacaqlar. Müsahibə mərhələsində namizədlərin emosional intellekti, kommunikasiya və komanda qurma bacarıqları, təqdimetmə, liderlik və problem həll etmə qabiliyyətləri qiymətləndiriləcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:228
embedMənbə:https://ayna.az
archiveBu xəbər 04 Dekabr 2024 15:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see587

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see418

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see298

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see276

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see270

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see265

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see254

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see254

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see252

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see234

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see226

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see206

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see199

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see199

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see194

Sofiya Qubaydulinanın 95 illiyinə həsr olunmuş “Sükutun bəstəkarı” adlı konsert keçirildi (Foto)

27 Oktyabr 2026 21:39see183

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see183

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see179

Nigeriya 21,7 milyard dollarlıq borclanacaq

28 Oktyabr 2026 01:56see171

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri