Dik: Azərbaycanla bağlı bu xəbər bizi çox həyəcanlandırdı
Axar.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Azərbaycanı Avroviziya-2025 mahnı müsabiqəsində yəhudi müğənni təmsil edəcək.
Axar.az xəbər verir ki, bunu İsrailin Bakıdakı səfiri Corc Dik deyib.
“Azərbaycan yəhudisi Asəf Mişiyevin öz istedadlı qrupu “Mamagama” ilə ölkəsini “Avroviziya” səhnəsində təmsil edəcəyini eşidəndə çox həyəcanlandıq. Azərbaycan bizim yaxın dostumuzdur. Bu, müsəlmanların, xristianların və yəhudilərin bir yerdə yaşadığı ölkədir və bu, ilk dəfə deyil ki, yəhudi və ya xristian nümayəndələri onu beynəlxalq səhnədə – idmanda, incəsənətdə və mədəniyyətdə təmsil edir. Uzun və çətin ilkin seçim prosesindən sonra Asəfin və komandasının seçilməsi Azərbaycanın açıq və ruhlandırıcı ruhunun daha bir sübutudur. Asəfə, qrupa və bütün Azərbaycana öz adımdan və İsrail xalqı adından böyük uğurlar arzulayıram”, - o bildirib.
Qeyd edək ki, İsveçrənin Bazel şəhərində keçiriləcək Avroviziya-2025 musiqi yarışmasında Azərbaycanı “Mamagama” qrupu təmsil edəcək. “Mamagama” 3 nəfərdən ibarətdir: Asəf (Frontmen və əsas vokalçı), Hass (Gitara ifaçısı) və Arif (Zərb alətləri).
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 12 Fevral 2025 12:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















