Türkiyədə Azərbaycanla bağlı xoşagəlməz xəbər yayıldı
GlobalInfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Türkiyənin bəzi media subyektləri və sosial media hesablarında Azərbaycan dövləti adından “Avroviziya-2026-da İsrail yoxdursa, biz də yoxuq” başlığı ilə tirajlanan xəbərlər həqiqətə uyğun deyil.
Globalinfo.az APA-ya istinadən xəbər verir ki, Dubrovnik şəhərində 15–16 sentyabr tarixlərində keçirilən tədbirdə 6 ölkə – İspaniya, Niderland, Sloveniya, İslandiya, İrlandiya və Belçika yayımlayıcıları rəsmi şəkildə bəyanat verərək bildiriblər ki, əgər İsrail yarışmaya buraxılarsa, onlar iştirakdan imtina edəcəklər.
Tədbir çərçivəsində bu kontekstdə hər hansı bir müzakirə aparılmayıb, eyni zamanda, digər ölkələr və Azərbaycan tərəfdən də qeyd olunan təkliflə bağlı hər hansı açıqlama və ya başqa şərh verilməyib.
2–4 dekabr tarixlərində Cenevrədə keçiriləcək EBU-nun Baş Assambleyasında İsrailin iştirak məsələsi üzv ölkələrin səsverməsinə çıxarılacaq.
Beləliklə, qərar müsabiqə rəhbərliyi tərəfindən deyil, məhz EBU üzvləri tərəfindən veriləcək.
Elə bu səbəbdən də təşkilatçılar yarışmadan maliyyə cəriməsi olmadan imtina üçün son tarixi 10 dekabradək uzadıblar.
Qeyd edək ki, Türkiyənin “Akit” televiziyası və ən böyük sosial media kanallarından olan “Baho” Azərbaycanın “Avroviziya 2026-da İsrail yoxdursa, biz də yoxuq” xəbərini paylaşıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 22 Sentyabr 2025 02:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















