Icma.az
close
up
RU
Dik baxdığımız gələcək │ Vüsal Məmmədovun yazısı

Dik baxdığımız gələcək │ Vüsal Məmmədovun yazısı

Azvision saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Normalda kinoteatrların ekranı enli olur - blokbasterlər və epik filmlər 2.39:1, komediya və dramlar 1.85:1 nisbətinə malik ekranda göstərilir. Standart IMAX formatı 1.90:1 şəklindədir. Nolanın seçdiyi 1.43:1 formatı kino ekranını köhnə televizorların kvadrat ekranına daha çox yaxınlaşdırır.
Niyə rejissor belə edib? Axı illərdir elə ilk növbədə rejissorlar bizə deyirlər ki, enli ekranda göstərilən kino insan gözünün real həyatda gördüyünə daha yaxındır. Bu həqiqətən belədir. İnsanın gözləri şaquli yox, üfiqi xətt üzrə yerləşir. Bioloji növün sağ qalması üçün məhz belə görmə daha effektivdir. Gözlərimiz alt-üst yerləşsəydilər, biz yuxarı və aşağını daha geniş, sağı və solu dar bucaq altında görəcəkdik. Amma biz sağı və solu geniş bucaqdan görürük. Müasir kino da məhz belə görünüş təklif edir.
Amma sonra qəfildən smartfonlar, şaquli ekranlar erası başladı. Üfiqi videolar şaquli ekranda olduqca narahat görünür. İnsanlar kütləvi şəkildə şaquli video çəkməyə girişdilər. İlk dəfə bu trendi tutan TikTok qlobal fenomenə çevrildi. Hərçənd, dikinə video insanın fizioloji quruluşuna ziddir - o sadə səbəbdən ki, dediyimiz kimi, gözlərimiz, şaquli yox, üfiqi xətt üzrə yerləşib. Əgər gözlərimiz sifətimizin ortasında alt-üst yerləşsəydilər, şaquli video formatı insan üçün normal və təbii olardı.
Beləcə, videoformatların təkamülü təsinə çevrildi. Onillərlə video enli, geniş ekran formatına doğru gedirdi. Amma qəfildən ensiz, dik ekranlar gəldi. Müasir insan üçün ensiz video əsas standarta çevrilməyə başlayır. “Tesla” maşınlarındakı monitorların dikinə formatı istehsalçıların bu trendə uyğunlaşmağa başladığını göstərir.
Yaxın gələcəkdə evlərimizdə dikinə televizor ekranları görəcəyikmi? Tamamilə mümkündür! Artıq televiziya kanallarında dikinə çəkilmiş videoların yanlarındakı qara zolaqlarla efirə getməsi adi hala çevrilir. Çox pinti görünür, amma trend budur. Formatların yarışında qalib gələn ölçü ilə hesablaşmağa məcburuq. İnsanlar eninə video çəkmək istəmədikləri üçün televizorlar onlara boyun əyib, özləri dikələcəklər. Gələcək enlilərin yox, dik duranlarındır.
Kristofer Nolan da bir vizoner kimi ya məqsədli şəkildə, ya da hansısa sövq-təbii hissin təsirilə enli ekrandan qaçmağa çalışıb. Çox heyif! Sadəcə ümid etməkl qalır ki, bu hələ son deyil və enli ekran gələcəkdə revanş götürə biləcək. “Gələcəyin üzünə dik baxmağı bacarmaq lazımdır” deyəndə müdriklər bunu nəzərdə tutmamışdılar.
Vüsal Məmmədov

AzVision.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:176
embedMənbə:https://azvision.az
archiveBu xəbər 27 İyul 2026 12:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see294

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see290

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see280

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see267

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see260

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see256

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see243

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see231

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see224

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see217

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see212

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see212

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see211

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see208

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see203

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see194

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see194

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see183

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see178

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri