Icma.az
close
up
RU
Silikonlu məqalə Vüsal Məmmədovun yazısı

Silikonlu məqalə Vüsal Məmmədovun yazısı

Azvision saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

14-cü element
Dilimizdə onun adı Silisiumdur. Amma ingilislər bu elementə “Silicon” deyirlər. Özü də necə deyirlərsə, əks-sədasını yığıb-yığışdırmaq olmur.
Kaliforniyada, San-Fransiskonun cənubunda yüksək texnoloji şirkətlərin sıx yerləşdiyi klaster “Silicon Valley” adlanlır. Çünki “yüksək texnologiya” deyəndə dərhal ağla yarımkeçiricilər, ilk növbədə çiplər gəlir. Çip (əvvəllər biz ona “mikrosxem” deyirdik) isə silisiumdan düzəldilir. Buna görə də yüksək texnoloji şirkətlərin yerləşdiyi ərazi “Silisium vadisi” adlandırılıb.
Hər şey çox sadədir, amma nəyə görəsə, bu sadəni bizim xalqa izah etmək çox mürəkkəbdir. Ruslar da əvvəllər bizim kimi naşı tərcümənin nəticəsi olan “silikonovaya dolina” terminindən istifadə edirdilər, amma artıq onlarda bu ifadəyə demək olar, rast gəlinmir. “Silicon”un öz dillərində “kremnium” adlandığının fərqinə varandan sonra ruslar elliklə “Kremnieveya dolina” termininə keçiblər. Amma biz hələ də “silikon” deyib dirəşirik.
İroniya ondadır ki, silisiumun ingiliscə adı olan “silicon” sözü bizim dilimizə arxa qapılardan başqa şəkillərdə də soxulub. Məsələn, plastik cərrahiyyədə istifadə olunan implantlar “silikon” adlanır. Tikinti və təmir işlərində tətbiq edilən hermetik yapışqana da “silikon” deyirik. Çünki onlar da silisiumun birləşmələrindən düzəldilir. Bəli, kompüterlərin bərk yeri ilə Kəmalə Günəşlinin yumşaq yerinin eyni maddədən ibarət olması inandırıcı görünməyə bilər. Amma həqiqətin heç kimə inandırıcı görünmək borcu yoxdur. Bu yerdə belə bir psevdofəlsəfi ricətə keçmək olar ki, eyni maddədən gör, kim harası ilə istifadə edir! Silisium həmin silisiumdur, amma nə baş həmin başdır, nə də göz həmin göz.
11-ci element
Dilimizdə onun adı Natriumdur. Amma ingilislər bu elementə “Sodium” deyirlər. Buradan bəzi dolaşıqlıqlar yaranır, çünki dilimizdə “soda” sözü də var. Mətbəxlərimizdəki “çay sodası” dediyimiz maddə əslində zəif qələvi olan natrium hidrokarbonatdır. Sadəcə, natriumun ingilis deyilişi ilə “soda” adlandırırıq. Onun çay ilə heç bir əlaqəsi yoxdur. Sovet dövrünün qıtlıq illərində çayın rəngini tündləşdirmək üçün bəziləri ona qida sodası qatırmışlar, ad da oradan qalıb.
Fərasətli evdar qadının bu maddənin köməyilə görə bilməyəcəyi iş yoxdur. Ondan fərqli olaraq, “kaustik soda” deyilən natrium hidroksid isə güclü qələvidir.
Amma bizi ən çox Türkiyə dilində qazlı su ilə bağlı işlədilən “soda” sözü çaşdırır. Məntiqlə tərkibində natriumun miqdarı çox olan mineral suya “sodalı su” demək doğrudur. Fəqət türkiyəlilər mineral suya “maden suyu” deyirlər. “Soda” isə karbon dioksid vurularaq qazlaşdırılmış saf sudur. Ona dad və rəng qatanda isə olur “qazoz”. Bütün bu dolaşıqlıqdan sonra adamın köks ötürərək, qısa və aydın şəkildə “Abi, lütfən, bana bir sok” deməyi gəlir.
19-cu element
Biz “Kalium” deyirik, əcəmlər isə “Potassium”. Dilimizdəki “potaş” sözü buradandır. Zeytunu konservləşdirmək istəyən evdar xanımların axtardıqları potaş əslində kalium xloriddir. Kalium gübrələrinə də çoxları “potaş” deyir.
Əslində burada yekunlaşdırmaq olardı, amma maraq üçün daha 1-2 əlavə edim. Civənin ingiliscə adı “Mercuri”dir. Bizim “volfram” dediyimiz metal isə “Tanqsten” adlanır. Volfram - almanca “qurd” və “qoyun” sözlərinin birləşməsindən yaranıb. Beləliklə, sizdən nə vaxtsa soruşsalar ki, qurd ilə quzu harada bir yerdə otlayır, əminliklə deyə bilərsiniz: Mendeleyev cədvəlinin 74-cü xanasında!
Vüsal Məmmədov
AzVision.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:182
embedMənbə:https://azvision.az
archiveBu xəbər 24 Noyabr 2025 16:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see353

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see340

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see327

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see320

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see313

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see302

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see294

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see289

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see260

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see245

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see240

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see228

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see224

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see208

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see199

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see197

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see192

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see184

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see181

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri