“Dil bilmək insanın peşəkar səviyyəsini avtomatik müəyyən etmir”
Icma.az bildirir, Adelet.az saytına əsaslanaraq.
“Çox vaxt yeni komanda formalaşdıranlar elə təsəvvür yaradırlar ki, ingilis dilini bilmək avtomatik olaraq yüksək savad və peşəkarlıq deməkdir. Halbuki, əgər peşəkarlığın əsas meyarı yalnız ingilis dili olsaydı, o zaman ingilislər, amerikalılar və irlandlar dünyanın ən savadlı xalqları və ən peşəkar işgüzar komandaları hesab olunardı. Axı həmin ölkələrdə yaşayanların alimi də, fəhləsi də, hətta ölkələrində ən savadsız və bacarıqsız kimi tanınnanları da ingilis dilini ana dili kimi bilir. Amma onların hamısı eyni səviyyədə bilik, analitik düşüncə və peşəkarlığa malik deyil”.
Adalet.az xəbər verir ki, bunu iqtisadçı Eldəniz Əmirov deyib.
“Deməli, dil bilmək insanın peşəkar səviyyəsini avtomatik müəyyən etmir. Çünki dil bacarığı peşəkarlığın çoxsaylı elementlərindən sadəcə biridir. Əsl peşəkarlığı müəyyən edən parametrlər isə analitik düşüncə, peşə biliyi, təcrübə, məsuliyyət, qərarvermə qabiliyyəti, komanda idarə etmə və nəticə yaratmaq bacarığıdır. Xarici dil isə bu bacarıqları daha geniş mühitdə tətbiq etməyə imkan verən üstünlüklərdən sadəcə biridir. Söhbət dil öyrənib, öyrənməməkdən getmir. Şübhəsiz ki, ingilis dilini bilmək vacibdir və bu dil öyrənilməlidir. Ancaq kadrı yalnız bu meyar əsasında qiymətləndirmək düzgün yanaşma deyil”, - deyə o, bildirib.
Vasif ƏLİHÜSEYN
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:81
Bu xəbər 20 İyul 2026 11:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















