Icma.az
close
up
RU
Menu

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

Bankların keşbek faizləri Yanvar 2026

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

Qızılın bahalaşması davam edir

Məni yandıracaqsan, yandır da Yanacaqdoldurma məntəqəsində baş verən faciənin TƏFƏRRÜATI

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

Xətaidə yaşayış binalarının ümumi əmlakı mənimsənilib? RƏSMİ CAVAB

İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

Dilçilik institutları yalnız tərifçiliklə məşğul olurlarsa, onda tənqidə ehtiyac qalmır

Dilçilik institutları yalnız tərifçiliklə məşğul olurlarsa, onda tənqidə ehtiyac qalmır

Icma.az, Redaktor.az portalına istinadən məlumat yayır.

Ana dilimiz haqqında saysız-hesabsız kitablar, məqalələr yazılıb. Dilimizin fəlsəfəsi haqqında yazılan əsərlərin sayı yox səviyyəsindədir. Bu təbidir. Əgər Ali məktəblərdə “Fəlsəfə” fənninin tədrisi məhdudlaşdırılıbsa, dilin fəlsəfəsindən danışmağa dəyməz. Ali məktəblərdə “Analitik fəlsəfə”nin tədrisi vacibdir. Ana dilimizin fəlsəfəsini Əhməd bəy Ağaoğlunun, Məhəmməd Əmin Rəsulzadənin, Mirzə Cəlilin, Firudun bəy Köçərlinin, Yusif Vəzir Çəmənzəminlinin, İsa Hüsüynovun və digər yazıçı mütəfəkkirlərin əsərləri vasitəsilə qavramaq mümkündür. Xarici klassiklərin əsrlərinin dilimizə səhih tərcüməsi dilimizin zənginliyindən xəbər verir, dilin gözəlliyinə heyran olursan. Burada Çərkəz Qurbanlının, Vilayət Hacıyevin, Aydın Məmmədovun, Natiq Səfərovun, Qorxmaz Quliyevin tərcümələri mütləq qeyd olunmalıdır. Dilin təbiliyi qorunurmu?

Təbii və süni dil!

2500 il bundan öncə Platon “Kratil” dialoqunu dilin fəlsəfəsinə həsr edib. Kratillə Germogen dil haqqında mübahisə edirlər. Kratil adların təbiliyini, yəni onların nəsnələrin təbiətinə uyğun gəldiyini israr edir. Nəsnələr doğulur, yaranır, yaxud kəşf olunur. Onun adı, yarandığı andan etibarən mahiyyəti ilə uyğunluq təşkil edir. Germogen isə hesab edir ki, adlar nəsnələrə insanlar tərəfindən təsadüfən verilir. Nəsnələr insanın qarşısında peyda olur və ya ona təqdim edilir, o da ilk dəfə gördüyü predmetə ad verir. Kratilin tutduğu mövqe insanlar arasında tarixən qərarlaşmış təbii dilə, Germogenin fərziyyəsi isə ondan fərqli olaraq, tarixi və psixoloji ənənələrdən kənar və məqsədli surətdə yaradılan süni dilə uyğun gəlir. Zaman ötdükcə süni dilin təbii dil üzərində fəallaşan eroziya prosesi dirini öldürmək, təbii olanı süniləşdirmək kimi təhlükələr yaradır.

Əsl filosof, əsl şair, əsl yazıçı dilə, onun təmiz səsinə qulaq asır, onu özündə üzə çıxarır. Bu zaman onların dedikləri boşboğazlıq yox, yaradıcılıq, dünyanın yeni, hələ bu vaxta qədər görünməmiş tərəflərinin açılmasıdır. Təsadüfi deyildir ki, dilin saflığı “ilkin poeziyada” axtarılır.

Dilimizdə xarici terminlərin istifadəsi dilin təbiliyinə xələl gətirimi? Dilçi alimlər bu məsələni tədqiq etməlidirlər. Bu problemin iclaslar səviyyəsində qaldırılması azdır. Məsələn, mən deyirəm: “Anar məktəbi bitirib yığışıb evdən getdi.” Bizim çoxumuz bu cümlədəki mənanı başa düşməyəcəyik. Lakin desəm ki, Anar “abitureyent” oldu. Onda söhbətin nədən getdiyini hamımız başa düşəcəyik. Abitureynt-latın dilində “yığışıb gedirəm” mənasını verir. Dilimiz digər dillər kimi xarici terminlərə həssasdır, lakin həmin terminləri işlətmək qaydalarına mütləq riayət olunmalıdır.

İnsan dil hesabına insandır, əlbəttə ki, burda metafora xüsusi yer tutur. Sözdə metafora məxsusi rol oynayır, dili gözəlləşdirir. Dil istər - istəməz metaforanın kristalına düşür. Təəssüflər olsun ki, metafora mövzusuna elmi tədqiqatlarda az rast gəlinir.

Bütün dillərin təkamül tarixi sadə cümlələrin qurulması ilə başlayır və zaman keçdikcə, həm sintaksis, həm də semantik məzmun baxımından mürəkkəbləşən mərhələyə qədər davam edir. Sadədən mürəkkəbə doğru bu irəliləyiş zamanı ünsiyyət üçün öncə ən ağır yük feillərin üzərinə düşür. Daha sonra isim, sifət, zərf əlavə olunur və cümlənin həcmi artır. Və ilk sözün zərurətdən irəli gələrək, felin əmr formasında yarandığını düşünə bilərik. Əmr forması ünsiyyət zamanı böyük rol oynayır və ondan istifadə edərkən, çox ehtiyatlı olmağı tələb edir. Düzgün istifadə edilmədikdə isə bu, arzuolunmaz nəticələrə gətirib çıxara bilir.

Dilçilik təlimi cəmiyyətdə yaranır və yazıçılar tərəfindən müəyyənləşir, təsdiq edilir, əksər hallarda dilçilik institutları tərəfindən tənzimlənir, nizama salınır yönəlidilir. Cəmiyyət, yazıçılar, dilçilik institutları üzrələrinə düşən vəzifələri heç də hər zaman yerinə yetirmirlər. Son həlledici faktor dövlətdir.

Dilçilik institutları yalnız tərifçiliklə məşğul olurlarsa, onda tənqidə ehtiyac qalmır.

Dillər son dərəcə rəngarəng ifadə vasitələrinə malikdir və bir dildə kəskin emosional mənaya malik olan söz digər dildə neytral xarakter daşıya bilər. Məsələn, “sən yaşamağı bacarmırsan” Çin dilində ağır söyüşdür. Azərbaycan dilinə birbaşa tərcümədə isə nəsihət kimi qəbul oluna bilir. Dil özünə dialektik münasibət tələb edir: bir tərəfdən sadələşməyi, digər tərəfdən mürəkkəb fikirlərin ən incə çalarlarını əks etdirməyi... İstənilən mədəniyyətin deqradasiyası dilin primitivləşməsinə səbəb olur. Yüz il bundan əvvəl yaşamış ziyalılarımız indiki qəzetləri oxusaydılar, bəlkə də, deyərdilər ki, bu, Azərbaycan dili deyildir.

XX əsrin əvvəllərində minillik mədəniyyətimizin ənənələrini dövrün tələbləri ilə üzvi vəhdətdə birləşdirən ziyalılarımızın həmin əsrin 30-cu illərində kütləvi şəkildə məhv edilməsi dilimizə ağır zərbə vurdu. Bugünkü təhsil sistemimizin yetişməkdə olan gənc nəsildə formalaşdırdığı dil yarımsavadsızlığı bu prosesi dərinləşdirib uçurum səviyyəsinə çatdırmışdır. Yeganə çarə inkişafın yeni məqamında klassiklərimizə qayıtmaq, insan hisslərinin və düşüncələrinin ən incə çalarlarını ifadə etmək qabiliyyəti ilə kompüter ifadə tərzinin dəqiqliyini birləşdirən bir dilə nail olmaqdır. Bütün sahələrdə ədəbiyyat qıtlığı var. Aclıqdır…

Dil haqqında ən müəkəmməl aforizm isə böyük alman filosofu Martin Haydeggerə məxsusdur: “Dil varlığın evidir!”

Bizim varlığımızın da evi dilimizdir. Evimizi və dilimizi qoruyaq!

Etibar ƏLİYEV,

təhsil eksperti

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:53
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 03 İyul 2025 15:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see416

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see190

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see182

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see161

Bankların keşbek faizləri Yanvar 2026

05 Yanvar 2026 14:11see158

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

05 Yanvar 2026 22:54see157

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see157

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see154

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see152

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see150

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see150

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see149

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

05 Yanvar 2026 18:50see148

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see144

Məni yandıracaqsan, yandır da Yanacaqdoldurma məntəqəsində baş verən faciənin TƏFƏRRÜATI

05 Yanvar 2026 20:26see143

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

05 Yanvar 2026 23:13see141

Xətaidə yaşayış binalarının ümumi əmlakı mənimsənilib? RƏSMİ CAVAB

05 Yanvar 2026 18:50see139

İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib

05 Yanvar 2026 16:10see137

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see137

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri