Icma.az
close
up
RU
“Dilimiz gözəldir, amma praqmatik böhran yaşayır” Təhsil eksperti

“Dilimiz gözəldir, amma praqmatik böhran yaşayır” Təhsil eksperti

Icma.az bildirir, Sherg.az saytına əsaslanaraq.

"Humanitar və təbiət elmləri arasında “anlaşılmazlıq divarı” var"

"“Ananın südü bədənin mayəsi olduğu kimi, ananın dili də ruhun qidasıdır”. Bunu Firudun bəy Köçərli deyir. Hər bir dilin 3 təməl elementinin olduğu irəli sürülür. Bu 3 təməl element sintaksis, semantika və praqamatika kimi tanınır. Sintaksis, bir dilin istifadəsini müəyyən qaydalar komleksidir. Məsələn Azərbaycanca dil bilgisi, Azərbaycan dilinin sintaksisidir. Semantik element isə məna problemi ilə bağlıdır. Dilin sintaksisi, dilin simvolları arasında necə əlaqə qurulduğunun qaydalarını təmin edər, semantikası isə simvolların və simvol qruplarının mənalarını əhatə edir". 

Sherg.az xəbər verir ki, bu sözləri sabiq deputat, təhsil eksperti Etibar Əliyev deyib. Onun sözlərinə görə, bu çərçivədə, dilin sintaksis və semantik elementlərinin sosial göstəriciləri müəyyən etdiyi irəli sürülür:

"Praqmatika isə insanın yəni fərdin dilin işlətmə azadlığı kimi müəyyən edilir. İnsanlar aralarında anlaşa bilmələri üçün bir qayda və məna müştərəkliyinə və ya uzlaşmasına ehtiyac duyurlar; amma eyni zamanda, fərd dili nisbi azadlıq içində işlədə bilməkdədir, məsən bir fərd sırf özünəməxsus metaforalarla mənalandırma, yaxud təyinetmə edə bilməkdədir. İnsanın dili istifadə etməsindəki bu azadlıq həm lazımlıdır həm də qaçılmazdır. 

Etibar Əliyev qeyd edir ki, sonrakı mərhələdə dilin fəlsəfəsi mühüm rol oynamalıdır:

"Bu paradiqma ola bilsin ki, sadə görünsün: dil təkcə təsvir etmir, həm də şüuru və təfəkkürü formalaşdırır. Qərbdə orta məktəblərdə “Məktəbli fəlsəfəsi” fənni tədris olunur. Bu fənn şagird təfəkkürünün formalaşmasında mühüm rol oynayır. 

Bəli bizim dilimiz gözəl dildir. Ancaq praqmatik elementdə ciddi problemlər var. Humanitar elmlərin nümayəndələri ilə təbiət elmlərinin nümayəndələri arasında anlaşılmazlıq divarı mövcuddur. Konfranslara və keçirilən iclaslara diqqət edin. Oxşar çıxışlar, hamının bildiyi şablon ifadələr adamı yorur. Dil ilə bağlı keçirilən bütün iclaslarda eyni şəxslərin çıxış etmələri dilin praqmatikliyinə mənfi təsir göstərir. Polimat (çxoelmlilik) insanların dinlənilməsi dilə yeni nəfəs verə bilər".

Bəs, dilimizin mənəvi saflığının qorunmasının məsuliyyətini kim daşımalıdır?

Təhsil eksperti vurğulayır ki, dilçilik təlimi cəmiyyətdə yaranır və yazıçılar tərəfindən müəyyənləşir, təsdiq edilir, əksər hallarda dilçilik institutları tərəfindən tənzimlənir, nizama salınır yönəlidilir:

"Cəmiyyət, yazıçılar, dilçilik institutları üzrələrinə düşən vəzifələri yerinə yetirə bilirlərmi? Son həlledici faktor dövlətdir. İntensiv diskussiyalar Dövlət başçısı cənab İlham Əliyevin çağırışlarından sonra intensivləşib. Dövətin dilə qayğısı göz önündədir...

Etibar Əliyev zəruri qeydini də edir: "Dilin fenomenologiyası da düşündürücü mövzudur. Yaxın günlərdə bu mövzu barədə yazmağı düşünürəm".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:161
embedMənbə:https://sherg.az
archiveBu xəbər 21 Fevral 2026 23:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see434

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see372

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see290

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see276

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see258

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see251

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see248

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see237

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see230

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see226

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see222

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see220

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see218

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see218

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see211

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see210

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

20 Oktyabr 2026 22:35see208

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see207

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see202

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri