Icma.az
close
up
RU
Ana dilimiz diriliyimiz

Ana dilimiz diriliyimiz

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Milli Məclisin deputatı Səttar Möhbalıyev qarşıdan gələn Azərbaycan əlifbası və Azərbaycan dili günü ilə bağlı duyğu və düşüncələrini “XQ” üçün açıqlayıb. O deyib ki, ana dilimizin qorunması və zənginləşdirilməsi məqsədilə ulu öndər Heydər Əliyevin müəyyən etdiyi strateji kurs bu gün də mühüm istiqamətlərdən biri olaraq qalır.

Sonra deputat Ümummilli liderin respublikaya rəhbərlik etdiyi hər iki tarixi dövrdə ana dilimizin qorunması və inkişaf etdirilməsi məqsədilə atdığı addımları xatırladıb: “Ulu öndər deyirdi: “Mən fəxr edirəm ki, türk dillərinə mənsub olan Azərbaycan dili bu qədər zəngindir, bu qədər bədii ifadələrlə doludur və biz həyatın bütün sahələrinə aid olan fikirlərimizi öz ana dilimizdə ifadə edə bilirik”. Hələ sovet dönəmində Heydər Əliyev xalqın öz müstəqilliyinə nail olması üçün vacib amillərdən biri olan milli ideologiyanın formalaşdırılması üzərində çalışarkən, bu məsələdə ana dilinin həlledici rolunu düzgün qiymətləndirir və onun qorunması üçün gərəkən addımları atırdı. Məhz özünün gərgin səyləri nəticəsində Ulu öndər keçmiş SSRİ-də ögey münasibət bəslənilən, sıxışdırılan Azərbaycan dilini bütünlüklə unudulmaq və məhv olmaq təhlükəsindən xilas etdi. Heydər Əliyev dühasının zəngin təcrübəsi, yüksək intellekti, milli mədəniyyətimizə və mənəviyyatımıza dərindən bələd olması və bağlılığı sayəsində ötən əsrin 60-cı illərinin sonlarından başlayaraq müəyyən edilən siyasi kurs doğma dilimizin günbəgün saflaşmasına, zənginləşməsinə və inkişaf etməsinə şərait yaratdı”.

Fikirlərini davam etdirən millət vəkili bildirib ki, Ulu öndər Azərbaycan respublikasının rəhbəri olduğu ilk illərdən ana dilinin sosial-siyasi, ideoloji problemləri ilə bilavasitə məşğul olub və bu sahədə qısa müddət ərzində misilsiz nəticələr əldə edib: “Hələ Sovet Azərbaycanına rəhbərlik etdiyi illərdə Heydər Əliyev həqiqətən tarixi əhəmiyyət kəsb edən vacib məsələlərin həllinə, o cümlədən Azərbaycan dilinin qorunub-saxlanmasına, inkişafına və nəhayət, dövlət dili statusu almasına nail olub. Məhz onun mislisiz səyləri nəticəsində ana dilimizin bu ali statusu Azərbaycan SSR-in Konstitusiyasında və digər müvafiq qanunvericilik aktlarında öz əksini tapıb. Bununla da Moskvanın kəskin etirazlarına baxmayaraq, respublikamızda rus dili ilə yanaşı, Azərbaycan dilinin də rəsmiliyi təmin edilib. Ümummilli lider Heydər Əliyevin keçən əsrin 70-80-ci illərində fəal və ardıcıl şəkildə həyata keçirdiyi dil siyasəti Azərbaycanda milli özünəqayıdış, milli özünüdərk və milli azadlıq ruhunu yüksəltdi”.

S.Möhbalıyev Azərbaycan dilinə dövlət dili statusunun verilməsini Ümummilli liderin xalq qarşısında olan ən böyük tarixi xidmətlərindən biri kimi dəyərləndirib. O deyib ki, Ulu öndərin səyləri ilə respublikada Azərbaycandilli təhsilin və maarifin inkişafına xüsusi qayğı göstərilib, bir sıra digər sovet respublikalarından fərqli olaraq, Azərbaycanda gəncliyin ana dilində təhsilinə üstünlük verilib. “Azərbaycan dilində mətbuatın, elm və mədəniyyətin tərəqqisi üçün mühüm tədbirlər həyata keçirilib, Azərbaycanın böyük yazıçıları öz əsərlərini, demək olar ki, yalnız ana dilində yazıb, Azərbaycan Yazıçılar İttifaqının aparıcı mətbuat orqanları Azərbaycan dilində nəşr edilib. Ən əsası, Ümummilli liderimiz özü bütün rəsmi və qeyri-rəsmi tədbirlərdə Azərbaycan dilində danışmaqdan çəkinməyərək, ana dilimizə verdiyi yüksək dəyəri hər zaman vurğulayıb, dilimizin ictimai-siyasi mövqeyinin yüksəlməsinə zəmin yaradıb.”

Daha sonra S.Möhbalıyev artıq müstəqillik illərində ana dilimizin qorunması və inkişafı üçün Ulu öndərin atdığı addımların əhəmiyyətini vurğulayaraq bunları deyib: “Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra dil məsələsi yenidən gündəmə gəldi. Ana dilinin böyük təəssübkeşi olan ümummilli lider Heydər Əliyevin şəxsi təşəbbüsü ilə 31 oktyabr – 11 noyabr 1995-ci il tarixləri arasında dövlət dili məsələsi Milli Məclisdə müzakirə olundu və yekdilliklə müstəqil Azərbaycan Respublikasının dövlət dili olaraq Azərbaycan dili qəbul edildi. Beləliklə,

12 noyabr 1995-ci ildə qəbul olunan Azərbaycan Respublikasının yeni Konstitusiyasının 21-ci maddəsi Azərbaycan dilini Azərbaycan Respublikasının dövlət dili elan etdi.

Bütün bunlarla yanaşı, Ümummilli lider doğma dilimizi daha yüksək zirvələrə qaldırmaq məqsədilə bir sıra zəruri tədbirlər həyata keçirdi. Ulu öndər Heydər Əliyevin imzaladığı “Azərbaycan dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 18 iyun 2001-ci il tarixli fərmandan irəli gələn tələblərə uyğun olaraq ölkə ərazisində yaşayan hər kəs, bütün Azərbaycan vətəndaşları doğma dilimizi öyrənməli, bütün dövlət sənədləri bu dildə aparılmalıdır. Ulu öndərin “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” 2001-ci il 9 avqust tarixli fərmanına əsasən hər il avqustun 1-i ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir. Bir mühüm məqamı da qeyd etmək lazımdır ki, 2 yanvar 2003-cü ildə “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikası Qanunu”nun qəbul edilməsi dilimizin inkişafı istiqamətində Ümummilli liderin atdığı daha bir mühüm tarixi addım oldu. Beləliklə, Ulu öndər Azərbaycan dilinin qorunması və inkişaf etdirilməsi kimi tarixi missiyasını da bütünlüklə həyata keçirmiş oldu”.

Deputat sonda vurğulayıb ki, bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Ulu öndərin əsasını qoyduğu dövlət dili siyasətini müasir dövrün tələblərinə uyğun formatda genişləndirərək, uğurla davam etdirir. “Möhtərəm dövlət başçımız tərəfindən bu xüsusda imzalanmış sərəncam və fərmanların geniş əhatə dairəsi ana dilimizin zənginləşməsinə və tətbiq dairəsinin daha da genişlənməsinə əvəzsiz töhfələr verir. Buna misal olaraq, Azərbaycan dilində əvvəllər çap edilmiş dünya və Azərbaycan ədəbiyyatının ən yaxşı nümunələrinin latın qrafikalı əlifba ilə yenidən nəşr edilməsini təmin edəcək sərəncamı nümunə kimi göstərmək olar. Ölkə Prezidenti cənab İlham Əliyevin 2004-cü il yanvarın 12-də imzaladığı “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” sərəncamı bu sahədə yarana biləcək boşluğu aradan qaldırdı və eyni zamanda da əlifba ilə bağlı ortaya çıxan digər texniki problemləri həll etdi. Öz çıxışlarının birində ölkə Prezidenti İlham Əliyev demişdir: “Bizi millət kimi qoruyub saxlayan məhz dilimiz, ədəbiyyatımız, tariximiz, ənənələrimizdir”. Dövlət başçımızın 2018-ci il noyabrın 1-də imzaladığı “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” fərman da ölkəmizdə ana dilimizə qayğının ən yüksək səviyyədə olduğunu bir daha təsdiqləyir”, – deyə Səttar Möhbalıyev fikirlərini tamamlayıb.

Ə.ƏLİYEV
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:87
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 31 İyul 2025 00:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

WUF13 ün Azərbaycanda keçirilməsi diplomatik qələbədir Fariz İsmayılzadə

19 May 2026 17:50see315

ADY Bakı Tbilisi qatarına olacaq biletin qiyməti barədə məlumat yaydı

19 May 2026 13:22see260

Azərbaycanın urbanistika idarəçiliyində dönüş nöqtəsi

20 May 2026 11:24see255

Tikinti şirkəti 1 milyonluq əmlakı sahibinə vermir “İnter” MMC yə dair məhkəmə aktları niyə icra olunmur? (ARAŞDIRMA)

20 May 2026 11:35see239

Lənkəran və Lublin arasında bəzi məsələlər müzakirə edildi FOTOLAR

20 May 2026 13:49see200

Belarusla əlaqələrimiz genişləndirəcəyik

19 May 2026 14:06see191

Hikmət Hacıyev: Azərbaycan postmünaqişə bərpa və yenidənqurma sahəsində qazandığı təcrübəni bölüşməyə tam hazırdır

19 May 2026 14:04see186

ABŞ Senatı Müharibə Səlahiyyətləri Qətnaməsini irəli sürülməsində irəliləyiş əldə edib

20 May 2026 03:27see183

Oğlu Mango nun qurucusunun qətlində şübhəli bilinir Həbs olundu

19 May 2026 14:05see181

Temu adı ilə dələduzluq

20 May 2026 20:27see174

WSJ: ABŞ İranla əlaqəli olduğu iddia edilən neft tankerini ələ keçirib

20 May 2026 01:41see174

Avropa İttifaqı onları sanksiya siyahısından çıxardı

20 May 2026 05:01see171

Android istifadəçilərinə pis xəbər: “Gemini Intelligence” çox telefonda işləməyəcək

20 May 2026 05:42see168

Qrizmann Atletiko Madrid azarkeşləri üçün vida mesajı yayımlayıb

20 May 2026 04:11see167

İlqar Məmmədov: “Bakı Tbilisi qatarında ya baha qiymət olacaq, ya da…

19 May 2026 11:43see165

15 nəfərin öldüyü təyyarə qəzasının Anbaan görüntüləri

20 May 2026 04:36see163

“Google”da 25 il sonra Yeni dövr

20 May 2026 04:32see159

Novxanıda hotel yanır

19 May 2026 19:10see159

Rubio mayın 23 dən 26 dək Hindistana səfər edəcək

20 May 2026 01:45see155

Konte “Napoli”dən ayrılır

20 May 2026 05:51see154
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri