Icma.az
close
up
RU
Dilimizə yad adlar dəb yoxsa təhlükə?

Dilimizə yad adlar dəb yoxsa təhlükə?

Icma.az bildirir, News24 saytına əsaslanaraq.

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA ) Nəsimi adına Dilçilik İnstitunda Media və Mülki Cəmiyyət İctimai Birliyi tərəfindən “Azərbaycan dili və mədəniyyəti: milli və bəşəri dəyərlər” mövzusunda yeni layihənin icrasına başlayıb.

News24.az xəbər verir ki, layihənin məqsədi Azərbaycan dilinin qorunması, inkişafı və düzgün istifadəsinin təşviqinə yönəlib.

Tədbirdə çıxış edən təşkilat sədri Xanoğlan Əhmədov bildirib ki,  layihə üzrə fəaliyyətlər Bakı şəhərində həyata keçiriləcək və 1 may–31 iyul tarixlərini əhatə edəcək.

Onun sözlərinə görə, dilimiz dövlətçiliyimizin əsas atributlarından biri olmaqla yanaşı, həm də milli-mənəvi dəyərlərimizin daşıyıcısıdır:

“Azərbaycan dilinin qorunması və inkişaf etdirilməsi hər bir vətəndaşın milli borcudur. Layihə çərçivəsində KİV-də, internet resurslarında və reklam daşıyıcılarında ədəbi dil normalarının pozulması hallarının müəyyənləşdirilməsi, bu sahədə mövcud vəziyyətin və problemlərin təhlili nəzərdə tutulur. Eyni zamanda, dilin təbliği və düzgün istifadəsinə dair tövsiyələr hazırlanacaq”, – deyə X.Əhmədov vurğulayıb.

O əlavə edib ki, sosial şəbəkələrdə, mediada və reklamlarda əcnəbi söz və ifadələrin geniş istifadəsi artıq dilin gözəlliyinə və zənginliyinə mənfi təsir edən ciddi problemə çevrilib. Bu hal, təkcə dil mədəniyyətinin deyil, ümumi mədəni səviyyənin də zəiflədiyindən xəbər verir.

Tədbirdə çıxış edən məruzəçi Fəlsəfə üzrə fəlsəfə doktoru dosent Mütəllim Rəhimov isə mağaza adları, obyekt lövhələri və reklam bannerlərində əcnəbi söz və ifadələrin geniş istifadəsi məsələsinə toxunub.

O qeyd edib ki, bu cür halların artması Azərbaycan dilinin ictimai məkanlarda təhrif olunmasına və milli terminoloji bazanın zəifləməsinə səbəb olur.

M. Rəhimov son illər valideynlərin uşaqlarına qeyri-ənənəvi, Azərbaycan dilinə yad səslənən adlar qoymasını da dilin saf qalmasına və milli-mədəni dəyərlərin yaşadılmasına zərbə vurmaq kimi qiymətləndirib.

Layihə çərçivəsində Azərbaycan dilinin leksik və qrammatik normalarının pozulması, əcnəbi sözlərin qeyri-məqbul istifadəsi, Azərbaycandilli mətbuatın vəziyyəti kimi məsələlər təhlil olunacaq, monitorinqlər aparılacaq.

Bundan əlavə, dilçi alimlər, ekspertlər, KİV nümayəndələri və vətəndaş cəmiyyəti institutlarının iştirakı ilə ictimai müzakirələr təşkil olunacaq.

Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:156
embedMənbə:https://news24.az
archiveBu xəbər 25 İyun 2025 17:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see326

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see317

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see307

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see293

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see291

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see259

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see249

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see247

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see229

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see227

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see226

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see224

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see213

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see210

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see209

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see194

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see184

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see167

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see167

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri