Icma.az
close
up
RU
Menu

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

Yenidən məhkəmədə üz üzə gələcəklər

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

Ana dilimizə dövlət qayğısı

Ana dilimizə dövlət qayğısı

Sherg.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan dili türk dilləri ailəsinin ən zəngin və ifadəli dillərindən biri olaraq, xalqımızın tarix boyu qoruyub yaşatdığı ən qiymətli sərvətdir. Bu dil təkcə ünsiyyət vasitəsi deyil, həm də milli kimliyimizin əsas daşıyıcısıdır. Azərbaycan dili əsrlər boyunca xalqımızın fikir mübadiləsinə, mədəni inkişafına və cəmiyyətin formalaşmasına mühüm töhfə vermişdir. 

O, insanları bir-biri ilə bağlayan, tarixi irsi gələcək nəsillərə ötürən güclü vasitədir.

Zəngin leksik fonduna, ahəngdar səslər sisteminə və geniş ifadə imkanlarına malik olan Azərbaycan dili, təkcə gündəlik ünsiyyətdə deyil, elmi, bədii və diplomatik sahələrdə də öz əhəmiyyətini sübut etmişdir. Dilimizin inkişafı, xalqımızın sosial-iqtisadi və mədəni tərəqqisi ilə paralel olaraq daha da genişlənmiş, onun tətbiq sahələri artırılmışdır. Bu dilin gücü ilə diplomatik sənədlər hazırlanmış, yüksək səviyyəli bədii və publisistik əsərlər qələmə alınmışdır.  

Azərbaycan dili öz keçmişindən gələcəyə uzanan bir körpüdür və bu gün dilimizin qorunması, inkişafı dövlət siyasətinin əsas prioritetidir. Dilimizə göstərilən qayğı onun zənginliyini yaşatmaq və nəsillər boyunca inkişafını təmin etmək məqsədi daşıyır. Ümummilli lider Heydər Əliyev dilimizin qorunması və inkişaf etdirilməsi üçün tarixi addımlar atmışdır. Onun rəhbərliyi ilə Azərbaycan dili 1978-ci ildə qəbul edilən Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasına dövlət dili olaraq daxil edilmişdir. Bu, SSRİ dönəmində Azərbaycan dilinin varlığına yönəlmiş təzyiqlərə baxmayaraq, dilimizin qorunub saxlanılması istiqamətində mühüm bir addım idi.

Heydər Əliyev hər zaman vurğulayırdı ki: “Xalqı xalq edən, milləti millət edən ana dilidir. Hər bir azərbaycanlı öz ana dilini bilməlidir, bu dildə səlis danışmalıdır və bu dili sevməlidir.” Onun təşəbbüsü ilə müstəqillik qazandıqdan sonra Azərbaycan dilinin dövlət dili kimi statusu daha da möhkəmləndirildi və hüquqi baxımdan qorundu.

Azərbaycan Respublikasının 1995-ci il Konstitusiyasında Azərbaycan dilinin dövlət dili statusu təsbit edilmişdir. Konstitusiyanın 21-ci maddəsində qeyd olunur: “Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını təmin edir.” Bu, ana dilimizə göstərilən dövlət qayğısının ən mühüm hüquqi təminatıdır. Azərbaycan dövlətinin dil siyasəti yalnız ölkə daxilində deyil, həm də beynəlxalq arenada ana dilimizin mövqeyinin gücləndirilməsinə yönəlib. Ana dilimizdə beynəlxalq tədbirlərin keçirilməsi, Azərbaycan dilində çıxış edən rəsmilərimizin dünyada ölkəmizi təmsil etməsi dilimizin nüfuzunu artıran amillərdir. Eyni zamanda, xaricdə yaşayan azərbaycanlıların dilimizi qoruması və gənc nəsillərə ötürməsi istiqamətində dövlət xüsusi proqramlar həyata keçirir. Dilimizin yaşadılması və gələcək nəsillərə ötürülməsi milli siyasətin əsas istiqamətlərindən biridir.

Azərbaycan dilinin tədrisi bütün təhsil müəssisələrində əsas fənlərdən biri kimi yer alır. Eyni zamanda, dilçilik sahəsində elmi araşdırmaların aparılması, akademik nəşrlərin hazırlanması və mütəxəssislərin yetişdirilməsi üçün ciddi proqramlar həyata keçirilir. Ana dilimizin zənginliyini qorumaq və onu daha geniş yaymaq məqsədilə ədəbiyyatın, daha dəqiq desək poeziyanın və milli yaradıcılığın inkişafına dövlət tərəfindən xüsusi dəstək verilir. Tarixi və müasir əsərlərin nəşri, onların geniş auditoriyaya təqdim olunması bu sahədə əsas fəaliyyət istiqamətlərindəndir.

Azərbaycan dilinin elmi əsaslarla qorunmasını və düzgün istifadəsini təmin etmək məqsədilə müvafiq qurumlar fəaliyyət göstərir. Bu institutlar dilimizin qrammatik və leksik inkişafına yönəlik yeni yanaşmalar irəli sürür, araşdırmalar aparır və dilimizin standartlaşdırılması istiqamətində vacib işlər görür.

Dilimizin təbliği əsasən kütləvi informasiya vasitələrində geniş şəkildə həyata keçirilir. Televiziya kanalları, qəzetlər, jurnallar və onlayn platformalar vasitəsilə Azərbaycan dilində yayımlar təşkil edilir, ana dilimizdə keyfiyyətli və informativ materiallar hazırlanır.

Məktəblərdə, ali təhsil ocaqlarında, mədəniyyət mərkəzlərində və diaspor fəaliyyətlərində də ana dilinin təbliği geniş vüsət alıb. Dövlət tərəfindən dərsliklərin nəşri, uşaq ədəbiyyatının yayılması və multimedia resurslarının hazırlanması ilə dilimizin həm qrammatik, həm də mənəvi aspektdə yaşadılması və inkişafı təmin edilir. Ümummilli lider Heydər Əliyevin dilimizə olan diqqət və qayğısı onun irsinin əhəmiyyətli bir hissəsidir. O, dilimizi təkcə qoruyub saxlamaqla kifayətlənməmiş, onu inkişaf etdirmək, zənginləşdirmək və gələcək nəsillərə əmanət etmək üçün çalışmışdır. Onun irəli sürdüyü milli ideologiya sayəsində Azərbaycan dili bugünkü dövlətçiliyimizin və milli birliyimizin təməl daşına çevrilib.

Azərbaycan dilinə dövlət qayğısı xalqımızın milli kimliyinin qorunması və inkişaf etdirilməsi üçün ən mühüm vasitələrdən biridir. Bu qayğı, tariximizə olan ehtiramımızın və gələcək nəsillərə olan məsuliyyətimizin təzahürüdür. Ana dilimizi qoruyaraq və onu təbliğ edərək, biz milli ruhumuzu və mənəvi dəyərlərimizi yaşatmağa davam edirik. Ana dilimiz bizim varlığımızın əsasını təşkil edir və Heydər Əliyevin bu istiqamətdəki xidmətləri əbədi olaraq yaddaşlarda qalacaq. 


Mətanət Əmrahova, 

 Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC)

“Azərbaycan dili” kafedrasının dosenti 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:210
embedMənbə:https://sherg.az
archiveBu xəbər 30 Aprel 2025 19:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see717

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see681

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see680

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see517

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see492

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see485

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see473

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see415

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see367

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see358

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see357

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see349

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see346

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see339

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see337

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see334

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

07 Oktyabr 2026 16:40see330

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see328

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see319

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

07 Oktyabr 2026 15:33see307
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri