Icma.az
close
up
RU
Dilin və bədii sözün fədakar tədqiqatçısı

Dilin və bədii sözün fədakar tədqiqatçısı

Icma.az bildirir, 525.az portalına istinadən.

Məmməd ƏLİYEV,
Filologiya elmləri doktoru, professor

Azərbaycanda yaranması Xətib Təbrizinin (XI əsr) adı ilə bağlı olan filologiya həm dil, həm ədəbiyyat mütəxəssislərini ehtiva edən elmi anlayışdır. Azərbaycanda ayrı-ayrılıqda peşəkar dilçi və ədəbiyyatşünaslar olduğu kimi, hər ikisini özünəməxsus tədqiqatçılıq keyfiyyətləri və səriştəsi ilə birləşdirmiş alimlərimiz də az olmayıb. Belə alimlərimizdən biri də filologiya elmləri doktoru, professor Akif İmanlıdır. Akif müəllimin dilçilik və ədəbiyyatşünaslıq əsərləri, habelə bu iki elmin qovşağında yazılmış məqalələri, kitabları bizim filoloji fikrimizdə diqqətəlayiq nümunələrdir. Onun sonuncu kitablarından biri - "Bədii, elmi-publisistik mətnlərdə obraz, şəxs, məkan adlarının semantikası və üslubi xüsusiyyətləri (Məqalələr. Bakı, "Şirvannəşr", 2024, 96 səh.) AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elmi Şurasının 16 yanvar 2024-cü il tarixli qərarı ilə (protokol №01) çapa tövsiyə edilib. Elmi redaktoru akademik İsa Həbibbəyli, rəyçilər professor Tahirə Məmməd, dosent Elşad Abışovdur.

Müəllif kitabda görkəmli yazıçı və dramaturq Əbdürrəhim bəy Haqverdiyevin nəsri və tanınmış ədəbiyyatşünas, tənqidçi Rasim Nəbioğlunun məqalələri əsasında surət-şəxs və məkan adlarının semantikasına diqqət yetirib, ətraflı araşdırmalar apararaq onların üslubi xüsusiyyətlərini izah edib. Eyni zamanda, kitaba professor Akif İmanlının 75 illik yubileyi ilə bağlı məqalələr də əlavə olunub: "Yaradıcılıq və maarifçiliyin vəhdəti - professor Akif İmanlı" (T.Məmməd); "Ömrün müdrik çağı" (A.Dadaşzadə); "Dağ havasıyla pərvazlanan alim ömrü" (İ.Yusifoğlu).

Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (DPİ) Naxçıvan filialının Azərbaycan dili və ədəbiyyat ixtisası üzrə məzunu olan Akif müəllimin bioqrafiyası ilə tanışlıqdan öyrənirik ki, onun əmək fəaliyyəti və pedaqoq, dilçi, ədəbiyyatşünas, yazıçı, publisist kimi çoxşaxəli yaradıcılığı1971-ci ildə Şərur rayonunun Şəhriyar kənd məktəbində başlayıb. 1977-ci ildən Naxçıvan DPİ-də, daha sonralar Naxçıvan Müəllimlər İnstitutunda müəllim və prorektor kimi elmi-pedaqoji fəaliyyətlə məşğul olub. 1988-ci ildə pedaqogika üzrə fəlsəfə, 2010-cu ildə isə filologiya elmləri doktorluğu dissertasiyalarını müdafiə edib. Hazırda Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda baş elmi işçidir, professordur, Naxçıvan MR Əməkdar müəllimidir. O, "Qabaqcıl təhsil işçisi" döş nişanı ilə təltif olunub. Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü, 25 kitabın, 200-dən yuxarı elmi məqalənin müəllifidir.

Akademik, AMEA-nın prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş direktoru İsa Həbibbəyli Akif müəllim haqqında ürək sözlərini belə ifadə edir: "60 ilə yaxındır ki, Akif İmanlı ilə dostluq edirəm. Mən professor Akif İmanlını etibarlı dost, əsl pedaqoq, dilçi-alim, Mirzə Cəlil ruhlu yazıçı kimi tanıyıram. O, mənə həmişə əziz və doğmadır".

Akademik, AMEA-nın Naxçıvan bölməsinin sədri İsmayıl Hacıyev isə bildirir: "Akif İmanlı ilə uzun illər eyni ali məktəbdə müəllim işlədiyim kimi, eyni binada da qonşu yaşamışıq. Onda olan sadəlik qəlbimdə həmişə qürur hissi doğurubdur".

Sözügedən kitabda Ə.Haqverdiyevin yaradıcılığına iki məqalə həsr edilib: 1. "Bədii əsərlərdə surət və məkan adlarının semantikası (Haqverdiyevin "Ata və oğul" hekayəsi nümunəsində)..." 2. "Ə.Haqverdiyevin hekayələrində surət adlarının (antroponimlərin) semantikası və üslubi xüsusiyyətləri".

Azərbaycan bədii nəsrinin inkişafında misilsiz xidmətləri olan Ə.Haqverdiyevin hekayələri onomastik vahidlərlə, xüsusən antroponimlərlə çox zəngindir. Tədqiqatçı Haqverdiyevin əsərlərindəki real və müəllif yaradıcılığının məhsulu olan adların, antroponim və oykonimlərin semantik funksiyasını araşdırmaqla, öyrənməklə bərabər, yazıçının obraz və məkanları adlandırarkən nümayiş etdirdiyi fərdi üslubu, müəllif mövqeyini də üzə çıxarır. Görkəmli ədibin adlara onu daşıyan obrazların peşələrini əlavə etməsi, ayamalardan istifadə, yer adlarının bir qisminin real, bir qisminin isə uydurma şəkildə verilməsi problemlərinə diqqəti cəlb edir.

Bədii ədəbiyyatın ötürdüyü informasiyada surət və məkan adlarının xüsusi funksional rolu var. Bu mənada Ə.Haqverdiyevin hekayələrindəki surət və məkan adları diqqəti cəlb edir. Müəllif yazır: "İstedadlı yazıçı kimi Ə.Haqverdiyev də əsərlərinə gətirdiyi həyat hadisələrini müşahidə bacarığı sayəsində öyrənmiş, öz dünyagörüşünə uyğun şəkildə bədii üslubun gücü ilə əks etdirmişdir. Ədibin "Ata və oğul" hekayəsinin birinci hissəsinin əsas ideyası belədir: insanın taleyi onun öz əməlləri sayəsində müəyyən olunur və müəllifin oxucularına təlqin etdiyi bu fikir Hacı Xəlilin timsalında reallaşır".

Şəxs - sürət adları sözlərlə ifadə olunduğu üçün A.İmanlı onların morfoloji quruluş formalarına da, yazı prosesində onomastik vahidlərin, yəni xüsusi adların üslubi xüsusiyyətlərinin bəzi cəhətlərinə də diqqət yetirməyə çalışır. Adlarin semantikası ilə mətnin məzmunu, ideyası arasındakı əlaqələri araşdıraraq müəllif mövqeyinin müəyyənləşdirilməsində və ötürülən informasiyada adlandırmanın funksiyasını açan təhlillər aparır.

Müəllif belə bir məqamı xüsusi olaraq vurğulayır ki, Ə.Haqverdiyevin nəzərdən keçirdiyimiz hekayələrindəki surət - şəxs adları ərəb və ərəblər vasitəsi ilə bizim cəmiyyətə, oradan da bədii ədəbiyyata keçən ərəb, yəhudi mənşəli antroponimlərdir. Surət adları içərisində rus və Avropa kökənli adlara da rast gəlinir. Bir çoxu isə eyni zamanda ədəbi əsərlərdəki surətlərdən keçən adlardır. Hər bir şəxs adının semantikasında konkret mənaya malik olan ümumi sözlər - apelyativlər dayanır. Ə.Haqverdiyevin bədii nəsrində xarakterlə adın semantikası uyğunlaşdırılır ki, bu da düşünülmüş üslubi mahiyyət kəsb edir. Yazıçının fərdi üslubunda xüsusi mövqeyə malik olan surət adları və ləqəblər komik effekt yaratmaqda, obrazların daxili aləminin açılmasında vasitə kimi istifadə olunur.

"Elmi məqalələrdə yad edilən insan və yer adlarının semantikası" məqaləsi Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə doktoru, fəxri professor (Rostov-Don şəhəri), Avrasiya İnzibati Elmlər Akademiyasının (Moskva şəhəri) müxbir üzvü Rasim Nəbioğlunun (Rasim Nəbi oğlu Qurbanovun) "Şərq ədəbiyyatında islami mövzu, süjet və obrazlar" adlı elmi məqaləsinə həsr edilib. Burada xalqımızın ehtiramla yad etdiyi, xatırladığı məşhur şair və yazıçıların, həmçinin İslam dininin banisi Məhəmməd peyğəmbərin, digər dini-tarixi şəxsiyyətlərin və mifik obrazların ad, ata adı və soyadlarını təşkil edən apelyativlərdəki leksik-semantik mənalarının açılmasından bəhs olunur. Bu adların tarixi-linqvistik inkişafı və formalaşma prosesi də nəzərdən keçirilir. Hər hansı bir ad əgər alınma və ya arxaik sözlər əsasında formalaşıbsa, onun mənşəyi, mənası aydınlaşdırılır.

"Bir elmi məqalədə xatırlanan şəxs və məkan adlarının semantikasına dair" məqaləsi Rasim Nəbioğlunun 70 illik yubileyi münasibətilə qələmə alınıb. Burada onun akademik Məmməd Arif Dadaşzadənin (1904-1975) həyat və yaradıcılığına həsr etdiyi "Klassika və müasirliyin ədəbi-elmi qovşağında" adlı məqaləsi araşdırılır; müəllif məqalədə Azərbaycanın bir çox görkəmli elm xadimləri, yazıçı və şairlərinin əsas ad kateqoriyasına daxil olan adlar, ata adları, soyadları və əsas ad kateqoriyasına daxil olmayan ləqəb və təxəllüslərinin semantikasmdan bəhs edir. Adların və təxəllüslərin bir çoxu öz dilimizin daxili imkanları əsasında yaransa da, böyük əksəriyyəti alınmalar, xüsusən, ərəb və fars sözləri əsasında formalaşdığından məqalədəki bir sıra adların izahına zərurətyaranıb.

Məqalədə M.Hüseyn, Ə.Şərif, H.Əfəndiyev, Ə.Ağayev, A.Şaiq və bir çox başqaları da xatırlanan adlardandır. Şübhəsiz ki, özgə dillərdən, xüsusilə ərəb və fars mənşəli apelyativlərdən yaranan və onomastik mahiyyət daşıyan şəxs adlarının hər biri ayrılıqda leksik mənaya malikdir. Ə.Şərif, A.Şaiq antroponimlərini nəzərdən keçirsək aydın olar ki, müasir Azərbaycan dilində antroponimik kateqoriyalar əsas adlar və köməkçi adlar olmaqlaiki formada işlənir. Köməkçi adlar kateqoriyasına ləqəb, təxəllüs və titullar daxildir. Məsələn, Şaiq (ərəbcə "şövqlü, həvəsli, ilhamlı") Abdulla Mustafa oğlu Talbzadənin təxəllüsüdür. Abdulla islam peyğəmbəri Məhəmmədin atasının adı olmuşdur. "Əbd" (ərəbcə qul, kölə, adam, insan) və "ulla" (Allah) sözlərinin birləşməsindən yaranıb. "Allahın bəndəsi, qulu, köləsi" mənasını verir.

R.Nəbioğlunun məqaləsində Moskva, Bakı, Tehran və Şurabad toponimləri - məkan adları da xatırlanılır. Şuraabad şura və abad komponentlərinin birləşməsindən yaradılan süni adlardandır. Şura (sovet) hökumətinin yarandığı illərdə yeni salınan, yaxud adı dəyişdirilən bir çox kəndə rəmzi mənada verilən addır. Şura ərəb mənşəli sözdür, Quranda "Şura" adlı surə də vardır. Mənası "müzakirə; müşavirə, sovet" deməkdir. "Abad" fars dilindəki abadə sözündən olub "tir-tikintisi olan" mənasındadır; abad, adətən, kənd, qəsəbə, şəhər adlarına artırılır.

Professor Akif İmanlının tədqiqatlarının bir istiqamətini də ədəbiyyatşünaslığa aid əsərləri təşkil edir. Akif müəllimin ədəbiyyatşünaslığa aid əsərləri içərisində "Bədii ədəbiyyatda obraz və məkan adlarının semantikası (Ə.Haqverdiyevin nəsri nümunəsində)" monoqrafiyası probleminin aktuallığı ilə fərqlənir. Bu əsər müəllifin Vətən müharibəsindəki qələbəmizə, həm də Ə.Haqverdiyevin 150 illik yubileyinə töhfəsidir. Onun Naxçıvan ədəbi mühitinə, onun təmsilçilərinin yaradıcılığına aid çoxsaylı məqalələri də vardır.

Akif İmanlı bədii yaradıcılıqla da məşğul olur. Onun hekayələrində milli adət-ənənələrimizi, mədəni-genetik yaddaşımızı qoruyub yaşatmaq, gələcək nəsillərə ötürmək ideyası qabarıqdır. Akif müəllim bir alim olaraq dilçilik araşdırmalarında oykonimlərin geniş türk coğrafiyasında yayılmasını izləməklə yanaşı, bir yazıçı kimi hekayələrində də tarixi şəxsiyyətlərin fərqli, rəngarəng məkanlarda xidmətlərini obrazlı şəkildə verərək böyük ümumtürk birliyi idealına xidmət edir.

Tanınmış dilçi-alim bu gün də dilimizin saflığı üçün var qüvvəsi ilə çalışır. O, Azərbaycan Respublikası Milli Məclisində fəaliyyət göstərən "Toponimika" komissiyasının üzvü kimi bu sahədə öz fikir və məsləhətlərini bildirir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:238
embedMənbə:https://525.az
archiveBu xəbər 05 Yanvar 2026 15:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see1063

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see372

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see369

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see321

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see248

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see234

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see228

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see228

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see219

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see211

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see203

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see198

“Uzak Şehir” serialının aktrisası geyimi ilə gündəm oldu FOTO

10 Oktyabr 2026 22:53see194

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see192

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see187

“O hələ sağdır... onun poetikasının dünya ədəbiyyatına çıxışına şərait yaratmaq hələ də gec deyil...”

10 Oktyabr 2026 20:32see185

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see177

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see176

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see171

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri