Icma.az
close
up
RU
Bədii sözün qüdrəti

Bədii sözün qüdrəti

Yeniazerbaycan saytından alınan məlumata görə, Icma.az bildirir.

Gələcək uğurlarına daha böyük ümid bəslədiyim istedad sahibi Miraslan Bəkirlinin yarıməsrlik həyat yoluna bir nəzər

Bu qeydlər çox-çox əvvəllər istedadlı qələm sahibi, tanınmış yazıçı Miraslan Bəkirlinin yarıməsrlik doğum günü münasibətilə qələmə alınmış təəsüratlardır. Ancaq məqalə o vaxtlar heç bir mətbu orqana təqdim edilmədi, köhnə yazılar arasında qaldı. Bu yaxınlarda dəyərli ziyalı, filologiya elmləri doktoru, professor Almaz Ülvi Binnətovanın imzası ilə “Yeni Azərbaycan” qəzetinin 13 dekabr 2024-cü il sayında (230) dərc olunan maraqlı məqaləni oxuduqda keçmiş yazını eyni adlı qəzet səhifələrinə çıxarmağı vacib saydım. Bu qeydlər Miraslan Bəkirli şəxsiyyətinin, onun orijinal yaradıcılıq yolunun bir sıra maraqlı cəhətlərinə əlavə işıq salardı...

Təxminən 20-25 il əvvəlin söhbətidir. Kiçik bir kollektivlə “Sovet Ermənistanı” deyilən respublika qəzetini buraxırdıq. Mənə məsul katib vəzifəsi etibar olunmuşdu. Qəzetin çapı ilə bağlı çox şey bu “bərədən” keçirdi.

Ştatlı işçilərlə yanaşı, “yerdən” yazanlarımız da vardı. Böyük əskəriyyəti ziyalılar, müəllimlər idi. Məktəblilər, ələlxüsus da öz gələcək həyatını jurnalistliklə bağlamağa meyl göstərən yuxarı sinif şagirdləri, məzunlar da qəzet səhifələrində görünməyə can atır, əksər hallarda da buna müvəffəq olurdular. Bu, həm də həyatın tələbindən irəli gəlirdi: qəzet yazısı jurnalist olmağa hazırlaşan abituriyent üçün ən yaxşı zəmanət hesab olunurdu...

Bir gün redaksiyaya ortaboylu, ağbəniz, arıq bir oğlan gəldi. Əlində bir dəstə şəkil tutmuşdu. Tanış olduq. Utana-utana: -Miraslan Bəkirov,-dedi. Sonra şəkilləri stolun üstünə qoydu. Respublikanın iri maldarlıq rayonu kimi tanınan Kalininodan (keçmiş Cəlaloğlu) idi. Tanıdım. Qəzetdə ara-sıra informasiyalarla çıxış edirdi, bir-bir şəkil də göndərirdi. Onun bu cəsarəti xoşuma gəldi.

Miraslanın şəkilləri bir o qədər də təkmil deyildi, adi aparatla çəkilmişdi. Ancaq “yerdən gələn səs”, “azərbaycanlı həyatının təsviri” baxımından diqqət cəlb etməyə bilməzdi. Çünki fotoqrafımız qeyri millətin nümayəndəsi idi, özü də rayona çıxmağa bir o qədər də meyl göstərmirdi. Nəticədə Azərbaycan dilində çıxan qəzetdə illüstrasiya nisbəti pozulurdu... Bu “boşluğu” azca da olsa azaltmaq mənasında gənc fotoqrafın “işlərindən” bir neçəsini seçdim, tövsiyələrimi verdim, redaksiyanın tələbini izah etdim. Bu görüşdən sonra Miraslan qəzetin həyatında daha fəallıq göstərməyə başladı.

Növbəti gəlişlərin birində Miraslan foto-şəkillərlə yanaşı, stolun üstünə bir neçə vərəq də qoydu. Hekayə idi. Oxudum. Yazı məni yamanca tutmuşdu. Bir də oxudum. Çox xoşuma gəldi. Adi yazılardakı şablon süjet, müəllifin subyektiv “məni” görünmürdü. Dili rəvan və axıcı idi... Düzü, az qala gözlərimə inanmadım, haradasa ürəyimdən şühbəyəbənzər bir fikir də keçdi (belə hallar olurdu).

Redaksiya adətən çoxlu məktub alırdı. Əksəri Şer nümunələri olardı. Ara-sıra hekayə, yumoresko xarakterli yazılara da rast gəlirdik. Əməkdaşlar arasında bu “boşluğu” doldurmağa can atanlar da var idi. Həm də redaktorumuz-gözəl təşkilatçı, praktik jurnalisti, çox obyektiv və prinsipial partiya işçisi Cahangir Əliyev qəzetin keyfiyyətini yüksəltmək, yazıların kəsərini artırmaq üçün janr rəngarəngliyini həmişə diqqət mərkəzində saxlayırdı, ədəbi qüvvələri həvəsləndirmək üçün ayda azı 2 dəfə sonuncu səhifəni onların ixtiyarına verirdi. Vaxt ötdükcə Miraslanın hekayələri də bu “sonuncu səhifələrə” yol tapdı.

Nəsr nümunləri içərisində Miraslan Bəkirovun yazısını fərqləndirən nə idi? Hər şeydən əvvəl yüksək bədiilik, həyatilik, xarakterik faktları, epizodları bədii sözün qüdrəti ilə yüksəyə qaldırmaq, ülviləşdirmək! Əlimə keçən ilk nümunədəncə hiss etdim ki, Miraslan özünü, müəllifi hadisələrin, “ideya daşıyıcısının” ruporuna çevirmir, “fəal tərəfi”, “güclü amili” (öz “mənini”) yedəyinə alıb qabağa qaçmır, əksinə, hadisələri bədii yolla, təhkiyə üsulu ilə, özünəməxsus bir səmimiyyətlə, sadə xalq dilində obrazın təfəkkür tərzinə uyğun şəkildə, xalq deyimləri ilə “bəzəyərək” ortaya qoyur, təsvir və təqdim edir və sanki oxucuya deyir: Budur, əzizim, mənim məhsulum, “mətahım”, buyur, dadına bax...

Tam səmimiyyətlə, üzgörənlikdən (iraq olsun!) kənar Miraslan hekayəsindən aldığım təəssürat, gəldiyim ilk qənaət belə olub. Həm də bu fikir, bu qənaət indi də məni tərk etməyib və bir qədər də irəliyə gedib deyim ki, çox şükür, Miraslan Bəkirli bu amala, bu sevgiyə, bu ənənəyə, demək olar ki, bütün yazılarında sadiq qalmış, qalır və yəqin ki, gələcəkdə də sadiq qalacaqdır. Nəticəsi isə oxucunu sevindirən gözəl sənət əsərləri olacaqdır.

Doğrusu, bu istəyi, bu arzunu-yəqin Miraslanın özü də etiraf edər,-o vaxtlar, hələ 80-ci illərdə özünə demiş, bir ərkyanalıqla təkid də etmişdim: Gözəl oğlan, durma, yaz, vaxt itirmə, sənin qeyri-adi dəst xəttin var...

Bu söhbətdən azca sonra bizim qəzetdə Miraslanın “Giley”, “Kişisiz ev” kimi hekayələri dərc olundu, dərhal da oxucu rəğbəti qazandı, letuçkalarda təqdir edildi...

Məsələ var, deyərlər: “Say saydığını say...”. Miraslan tamambaşqa arzularla yaşayırdı. Birdən...bəxtinə “köçkünlük qisməti” düşdü. O, doğulub boya-başa çatdığı Cücəkənddən-şifahi və yazılı nitqinə, eləcə də bədii yaradıcılığına hakim kəsilmiş bu əyalət kəndindən köç edən həmkəndlilərin dəstəsində doğma yurdla vidalaşaraq Bakıya pənah gətirdi. Vəziyyət nə qədər ağır olsa da, Miraslan qələmi yerə qoymağı, televiziyada işləyə-işləyə bədii yaradıcılığını da davam etdirdi. “Çən qarısı”, “İstək”, “Kəndim-kədərim” kitabları işıq üzü gördü. “Azərbaycan” jurnalı onun iri həcmli romanını dərd etmişdir...

XXX

Miraslan Bəkirli nədən yazır-yazsın, onun seçdiyi “obyekt”, müraciət etdiyi sahə adi həyatımızın bir parçası, daim nəzər-diqqət tələb edən problemlərdir. Ancaq Miraslan öz “tədqiqat obyektini” elə təsvir edir, elə dillə, obrazın xarakteri ilə səsləşən ifadələrlə “bəzəyib” ortaya qoyur ki, nəticə etibarilə “iş” çox orijinal, təravətli, qaneedici alınır, oxucunu razı salır, müəllifinə hörmət qazandırır. Təkcə “Həsrət” hekayəsinin qəhrəmanı Məmişin təzadlı nakam taleyinə nəzər salmaq kifayət edər. İlk abzasdanca müəllif sanki oxucunu ovsunlayır, onu “tərksilah” edib arxasınca aparır, hadisələrin “axarından kənara buraxmır”. Bu kiçik parça o qədər təbii, o qədər inandırıcı, obrazlı verilib ki, “daş qəlbli” oxucu belə göz yaşını saxlaya bilmir, hönkür-hönkür ağlayır, özgə torpaqları tutmaq bəhanəsi ilə Qarabağ faciəsini meydana atanlara min-min lənət yağdırır. Həm də oxucu bu həyati, bu xarakterik epizodu bədii sözün siqləti ilə göylərə qaldıran, ülviləşdirən müəllifə istər-istəməz ürəyində təşəkkür sözləri bildirir... Hekayə sənədli film üçün çox gözəl süjetdir.

Miraslan cəfakeş, öz şəxsi hərəkəti, davranışı ilə nümunə göstərən yazıçıdır. Hələ 1996-cı ilin avqustunda ölümü gözləri altına alaraq doğma yurda-Cücəkəndə səfər etməsi, o yerləri obyektivə köçürərək “dolu çanta” ilə Bakıya qayıtması şəxsi fədakarlıqdan, yurd həsrəti yanğısından başqa bir şey deyil... Bu səfər nəticəsində “Kəndim-kədərim” povesti yarandı. Belə bir cəsarət, “partizanlıq” hələm-hələm hər oğula xas deyil. Doğma torpaq, ölülər və dirilər barəsində sənədli yazı və film ortaya qoymaq qəhrəmanlıqdır.

Bəkirlinin yaradıcılığında daha bir cəhət qabarıq şəkildə özünü göstərir: onun hekayə, povest, romanlarında yurd yerinin toponimikası hər addımbaşı oxucunun “rastına çıxır”, köçkün, didərgin, yazıçı, ziyalı, vətəndaş üçün, fərqi yoxdur, bu, çox önəmli haldır. Yoxsa, əsrlər ötəndən, nəsillər köç edəndən sonra bu coğrafi adlar da unudula bilər. Onları yaddaşlarda yaşatmaq üçün Miraslan müəllim gözəl priyom seçmişdir. Təqdirəlayiq haldır...

XXX

Bəkirli Miraslan, onun yaradlıcılığının bəzi xüsusiyyətləri, qazandığı uğurların sirləri barədə çox şey demək, daha tutarlı mülahizə yürütmək olar. Onun həyat amalı, əlimizin altında olan bədii nümunələri buna tam və dolğun əsas verir. Bu yazı da adi oxucu qeydi olduğu üçün burada fikrimizi tamamlayıb əvvəlki qaydada təkidlə israr edirəm: Yaz, yarat, Miraslan, səndə istedad da var, həvəs də var, xammal da, dərin müşahidə qabiliyyəti də, yüksək ümumiləşdirmə bacarığı da, gözəl dil də, bədii təsvir üsulları da.

Uğur olsun, 50 yaşın mübarək!

Sənə inanıram, əminəm ki, oxucu (bəlkə elə mən özüm də) Azərbaycan nəslini sayılıb-seçilən şah əsərlərini yarada biləcək beş-on samballı müəllif içərisində bir imza da görə biləcəkdir: Miraslan Bəkirli!

Bunun bir balaca geci-tezi ola bilər!

Əsgər Əsgərov,

Respublika Jurnalistlər Birliyinin üzvü

8 mart 2005-ci il

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:284
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 21 Dekabr 2024 10:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Optimal Electronika”nın böyük məbləğdə vergi borcu yığılıb

26 İyun 2026 22:42see228

Diabet riski yüksək olan QAN QRUPU açıqlandı

27 İyun 2026 04:52see227

Kadir İnanır vəfat etdi

26 İyun 2026 19:30see213

“Qarabağ” “Tirol” oyunu hansı kanalda nümayiş olunacaq?

27 İyun 2026 16:03see206

"Özəl klinikaları zəiflətmək Azərbaycan səhiyyəsinə zərbədir" Tanınmış cərrah VİDEO

26 İyun 2026 15:13see202

Leysan olacaq, dolu düşəcək XƏBƏRDARLIQ

27 İyun 2026 09:42see194

Mbappe DÇ 2022 nın yarımfinalından bəri ilk dəfə mundial matçında qol vurmayıb

27 İyun 2026 07:15see192

Rusiyanın “yuxusunu ərşə çəkən” adam milyonçu “Madyar“ kimdir...

27 İyun 2026 16:17see191

İspaniya Uruqvaya qarşı Yenilənir

27 İyun 2026 02:43see191

DÇ 2026: İspaniya və Kabo Verde yığmaları pley offda

27 İyun 2026 08:04see190

Araz dəhlizi nə vaxt açılacaq? “2 il yarım qalıb”

26 İyun 2026 16:03see187

Bu yayın ən şanslıları onlardır

28 İyun 2026 01:46see185

Sosial mediada yayılan maqnezium spreyi trendi Ekspert xəbərdarlığı

26 İyun 2026 23:05see177

Müharibədə təşəbbüsün Rusiyaya məxsus olduğu mərhələ başa çatdı Polşa

27 İyun 2026 14:24see174

DÇ 2026: Messi ehtiyatda: İordaniya Argentina Heyətlər

28 İyun 2026 05:07see173

Özbəkistanda keçirilən Muğam Sənəti Festivalında Azərbaycandan gələn hər iki qrup ayrılıqda birinci mükafata layiq görülüblər

27 İyun 2026 00:20see171

Azərbaycan: Xalq ordu dövlət birliyinin ən yaxşı nümunəsi

26 İyun 2026 11:42see167

NIPT testi: Körpənin genetik sağlamlığını qiymətləndirən müasir analiz

26 İyun 2026 22:43see167

Yarımçıq qalan böyük sevgi: Türkan Şorayla Kadir İnanır niyə evlənmədi?

27 İyun 2026 00:48see166

Almaniya məcburi hərbi xidməti nəzərdən keçirir

28 İyun 2026 01:40see154
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri