Icma.az
close
up
RU
Dillər və ədəbiyyatlar departamenti Bakı Yunus Emre İnstitutu ilə birgə seminar keçirdi

Dillər və ədəbiyyatlar departamenti Bakı Yunus Emre İnstitutu ilə birgə seminar keçirdi

Qaynarinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

27 fevral 2025-ci ildə Bakı Yunus Emre İnstitutunun təşəbbüsü və Xəzər Universiteti Dillər və ədəbiyyatlar departamentinin təşkilatçılığı ilə Nərimanov kampüsündə "Okumak, yazmak ve yaşamak üzerine” adlı seminar keçirilib.

Tədbiri giriş sözü ilə açan Dillər və ədəbiyyatlar departamentinin müdiri dos. Dilbər Zeynalova qonaqları salamlayaraq "Türkiyə və Türkoloji Koonferansları Dizisi- I” tədbirlər silsiləsinin ilk görüşünə ev sahibliyi etməkdən məmnunluğunu dilə gətirib.

Tədbirdə eyni zamanda Bakı Yunus Emre İnstitutunun rəhbəri Güvən Çolak, Dillər və ədəbiyyatlar departamentinin müəllim heyəti və universitet tələbələri də iştirak edib. Seminara moderatorluğu Dillər və ədəbiyyatlar departamentinin müəllimi Dr. Semiha Özel Yaman icra edib.

 Seminarda əsas mövzu üzrə Bakı Yunus Emre İnstitutunun "Türkiyə və Türkoloji Koonferansları Dizisi- I” layihəsinin ilk qonağı yazar Aykut Ertuğrul geniş və maraqlı çıxışı ilə yadda qalıb. O iştirakçıların, əsasən də tələbələrin diqqətini çəkən yazarlıq necə formalaşır, əsər yazarkən nədən ilhamlanmaq olar, yaradıcılığın psixologiyası və s. haqqında öz mülahizələrini bölüşüb. Qeyd edək ki, Aykut Ertuğrulun 2013-cü ildə yazdığı "Mümkün öykülerin en iyisi” kitabı Türkiyə Yazarlar Birliyinin təsis etdiyi "ən yaxşı hekayə kitabı” mükafatına layiq görülüb.

"Okumak, yazmak ve yaşamak üzerine” adlı seminarın davamında departamentin müəllimi dos. Ülvi Babasoyun müzakirə edilən əsas mövzu ilə bağlı çıxışı dinləyicilərdə maraq oyadıb. Daha sonra isə Aykut Ertuğrul tələbələri maraqlandıran sualları cavablandırıb.

Sonda Dillər və ədəbiyyatlar departamentinin müdiri dos. Dilbər Zeynalova Bakı Yunus Emre İnstitutunun rəhbəri Güven Çolak bəyə, tanınmış yazar Aykut Ertuğrul bəyə və seminar iştirakçılarına təşəkkür edib. O, bu əməkdaşlığın davamlı və səmərəli olacağını dilə gətirib. Seminar xoş təəsüratlarla yekunlaşıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:72
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 28 Fevral 2025 19:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see299

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see243

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see186

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see173

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see163

Aldadılaraq Ukraynaya göndərilən həmyerlimiz yardım istəyir FOTO

16 Yanvar 2026 16:58see158

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see146

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see146

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see136

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri