Icma.az
close
up
RU
DİM: 1500 nəfərdən çox namizəd dövlət qulluğu vəzifələri üzrə imtahan verib

DİM: 1500 nəfərdən çox namizəd dövlət qulluğu vəzifələri üzrə imtahan verib

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 26 sentyabr, AZƏRTAC

Dövlət İmtahan Mərkəzi (DİM) Bakı və Naxçıvan şəhərlərində dövlət qulluğu vəzifələrinin A və B növünə aid vəzifə qrupları üzrə test imtahanı keçirib.

DİM-dən AZƏRTAC-a bildirilib ki, imtahanda ümumilikdə 1548 nəfər iştirak edib. İmtahanın nəticələrinə əsasən, AB2 altqrupu üzrə 1 nəfər, AB3 altqrupu üzrə 2 nəfər, AB4 altqrupu üzrə 1 nəfər, AC1 altqrupu üzrə 9 nəfər, AC2 altqrupu üzrə 10 nəfər, AC3 altqrupu üzrə 31 nəfər, AC4 altqrupu üzrə 42 nəfər, BA1 altqrupu üzrə 5 nəfər, BA2 altqrupu üzrə 9 nəfər, BA3 altqrupu üzrə 15 nəfər, BA4 altqrupu üzrə 25 nəfər, BB1 altqrupu üzrə 48 nəfər, BB2 altqrupu üzrə 47 nəfər, BB3 altqrupu üzrə 87 nəfər, BB4 altqrupu üzrə 109 nəfər olmaqla, ümumilikdə 441 namizəd tələb olunan şərtləri ödəyərək uğur qazanıb.

Test imtahanından müvəffəqiyyətlə keçən namizədlər sertifikatı əldə etmək üçün senyabrın 26-dan oktyabrın 9-dək DİM-in portalında müraciət formasını doldurmalıdırlar. Namizədin təqdim etdiyi məlumatların düzgünlüyünün yoxlanılması məqsədilə aşağıda qeyd olunan sənədlərin skan edilmiş surətləri formaya əlavə edilir:

- ali təhsil haqqında sənədin surəti;

- əmək kitabçasının surəti (olduğu halda).

Müraciət formasına daxil edilmiş məlumatların və əlavə edilmiş sənədlərin düzgünlüyünün dövlət elektron informasiya vasitələri ilə yoxlanılması mümkün olmadığı halda, namizəd həmin sənədin (sənədlərin) müəyyən edilmiş qaydada təsdiq olunmuş surətlərini və ya eyniləşdirmə məqsədilə həmin sənədlərin əslini 5 (beş) iş günü müddətində DİM-ə təqdim etməlidir.

İmtahanların nəticələri ilə bağlı Apellyasiya Komissiyası sentyabrın 26-sı və 29-30-da saat 14:00-dan 17:00-dək DİM-in elektron imtahanlar korpusunda (Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi, 50) fəaliyyət göstərəcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:120
embedMənbə:https://azertag.az
archiveBu xəbər 26 Sentyabr 2025 10:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see621

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see497

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see475

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see324

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see313

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see305

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see304

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see300

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see293

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see287

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see263

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see261

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see257

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see254

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see254

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see253

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see249

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see248

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see246

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see222
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri