Icma.az
close
up
RU
525ci qəzet DİM: 3300dən çox namizəd dövlət qulluğu vəzifələri üzrə imtahan verəcək

525ci qəzet DİM: 3300dən çox namizəd dövlət qulluğu vəzifələri üzrə imtahan verəcək

Icma.az bildirir, 525.az portalına istinadən.

Dövlət İmtahan Mərkəzi (DİM) dekabrın 1-də dövlət qulluğunda inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid BA və BB qruplarına uyğun vəzifələr üzrə dövlət qulluğuna qəbul imtahanı keçirəcək.

DİM-dən 525.az-a bildirilib ki, imtahan kağız daşıyıcılar vasitəsilə Bakı və Naxçıvan şəhərlərində 14 binada təşkil olunacaq. İmtahanda iştirak etmək üçün BA qrupu üzrə 627, BB qrupu üzrə 2711 olmaqla, ümumilikdə 3338 namizəd qeydiyyatdan keçib. İmtahanın keçirilməsi üçün 14 ümumi imtahan rəhbəri, 39 imtahan rəhbəri, 311 nəzarətçi və 41 buraxılış rejimi əməkdaşı ayrılıb.

İmtahan bütün binalarda saat 11:00-da başlanacaq və 3 saat davam edəcək. Saat 10:45-dən sonra gələn namizədlər imtahana buraxılmayacaqlar.

Namizədlər imtahana şəxsiyyəti təsdiq edən sənədin əslini və buraxılış vərəqəsini gətirməlidirlər. İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır. İmtahan binasına mobil telefon və digər rabitə vasitələri, elektron cihazlar, kalkulyator, elektron məlumat daşıyıcısı, kitab, dəftər, jurnal, konspekt, məlumat kitabçası, lüğət, cədvəl, çanta və digər yardımçı vəsaitlər gətirmək qadağandır. Bütün bunlar buraxılış rejimi işinin səmərəli təşkilinə və onun vaxtında başa çatdırılmasına mane olur.

İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş namizədlər DİM-in internet saytına daxil olaraq imtahana buraxılış vərəqəsini çap etməlidirlər. Buraxılış vərəqəsi ilə yanaşı onlara namizədin yaddaş kitabçası da təqdim olunur. Burada namizədlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.

Sevinc Qarayeva 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:99
embedMənbə:https://525.az
archiveBu xəbər 28 Noyabr 2024 14:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qusarın Laza kəndində təbii fəlakətlə bağlı vəziyyət stabilləşib FOTO

26 Sentyabr 2025 14:49see217

Bakı təhlükəsizlik məkanına çevrilir: “Azərbaycan nümunəsi dünya üçün çox əhəmiyyətlidir”

24 Sentyabr 2025 23:49see171

Pul gözlənilmədən gələcək: Sentyabrın sonuna qədər varlana biləcək BÜRCLƏR

25 Sentyabr 2025 00:05see156

Bakıda tanınmış şirkət bahalı maşınlarını ucuz qiymətə satışa çıxardı SİYAHI

24 Sentyabr 2025 19:02see149

“Rebuild Karabakh” Hakatonu Gələcəyin şəhərlərini birlikdə quraq!

25 Sentyabr 2025 11:53see142

Cənubi Koreyada iki il ərzində polisə 60 minə yaxın zəng edən şəxs həbs olundu

25 Sentyabr 2025 05:12see134

Avropa Liqası: Fənərbaxça məğlub oldu günün nəticələri

25 Sentyabr 2025 01:02see134

Torpaq sahəsi almaq istəyənlərin NƏZƏRİNƏ: Hərrac keçiriləcək

24 Sentyabr 2025 20:24see130

Qarabağ ın rəqibinin Çempionlar Liqası heyətində dəyişiklik ediləcək

24 Sentyabr 2025 21:50see129

Putinlə Mişustinin maaşı artdı

24 Sentyabr 2025 21:33see126

Yollar yenə tıxaclıdır Siyahı

25 Sentyabr 2025 09:03see124

“Mina təhdidi köçkünlərin təhlükəsiz qayıdışına əngəl törədir” Prezident

25 Sentyabr 2025 21:38see124

Yol vergisi alınacaq AÇIQLAMA

25 Sentyabr 2025 12:00see122

Soyuqdəymə ilə qripi necə fərqləndirmək olar? AÇIQLAMA

25 Sentyabr 2025 04:05see120

Ərdoğan Makronla görüşdü

24 Sentyabr 2025 22:00see120

Azərbaycanın şanlı və şərəfli tarixi ŞƏRH

25 Sentyabr 2025 19:03see118

Masterchef Türkiye də gərgin anlar Münsif iştirakçını efirdən qovdu

25 Sentyabr 2025 13:16see115

Xəzər sürətlə kiçilir, səbəbi iqlim dəyişikliyi deyil Əliyev

25 Sentyabr 2025 21:31see114

Ucuz taksilər insanlar üçün təhlükəlidir ŞOK AÇIQLAMA

26 Sentyabr 2025 07:09see113

Avropanın doqquz bankı güclərini birləşdirdi: Ortaq kriptovalyuta gəlir

25 Sentyabr 2025 19:05see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri