Icma.az
close
up
RU
DİM bu gün Azərbaycan dili üzrə ikinci şans imtahanı keçirəcək

DİM bu gün Azərbaycan dili üzrə ikinci şans imtahanı keçirəcək

Milli.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Dövlət İmtahan Mərkəzi (DİM) iyunun 21-də Azərbaycan dili fənni üzrə test imtahanı (ikinci cəhd) keçirəcək.

DİM-dən verilən məlumata görə, imtahanda ali və ya orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün sənəd təqdim etmiş, lakin mayın 3-də keçirilən Azərbaycan dili imtahanında iştirak etməyən və ya "qeyri-məqbul" qiymət alan cari və əvvəlki illərin abituriyentləri iştirak edə bilərlər.

Bundan başqa, buraxılış imtahanı çərçivəsində ümumi (9 illik) və tam (11 illik) orta təhsil səviyyəsi üzrə mayın 3-də keçirilmiş imtahanda iştirak etməyən cari ilin məzunları da bu imtahana qatılacaqlar.

İmtahan Bakı və Naxçıvan şəhərlərində yerləşən 9 binada təşkil olunacaq. Bütün imtahan mərkəzlərində imtahan saat 10:00-da başlayacaq. Saat 09:45-də buraxılış prosesi başa çatacaq və bu vaxtdan sonra gələn iştirakçılar imtahan binasına buraxılmayacaqlar.

DİM iştirakçılara imtahana buraxılış vərəqəsində göstərilən vaxtda gəlməyi tövsiyə edir.

İmtahana gələn şəxslər buraxılış vərəqəsini və şəxsiyyəti təsdiq edən sənədin əslini təqdim etməlidirlər. Şəxsiyyət vəsiqəsində fotoşəkli olmayan iştirakçılar isə əlavə olaraq təhsil müəssisəsi tərəfindən verilmiş, fotoşəkli yapışdırılmış və möhürlə təsdiqlənmiş arayış təqdim etməlidirlər.

İmtahan iştirakçılarına ümumilikdə 30 tapşırıq təqdim olunacaq. Tapşırıqlar dinləyib-anlama, oxuyub-anlama, eləcə də dil qaydaları üzrə bilik və bacarıqların yoxlanılmasını əhatə edir.

İmtahanın müddəti 1 saat 30 dəqiqə olacaq.

İmtahanların təşkili üçün 9 ümumi imtahan rəhbəri, 20 imtahan rəhbəri, 145 nəzarətçi, 16 buraxılış rejimi əməkdaşı və 9 bina nümayəndəsi cəlb olunub.

Qeyd edək ki, imtahanda 13 nəfər sağlamlıq imkanları məhdud abituriyent və şagird də iştirak edəcək. Onların rahat şəkildə imtahan verməsi üçün xüsusi zallar ayrılıb, gözdən əlilliyi müəyyən edilmiş şəxslər üçün isə fərdi nəzarətçilər təyin olunub.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:255
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 21 İyun 2026 09:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see487

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see482

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see395

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see388

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see364

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see357

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see348

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see347

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see344

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see322

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see298

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see292

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see242

Uşaqlara vitamin verməklə immuniteti gücləndirmək mümkün deyil Səhiyyə Nazirliyinin eksperti

24 Noyabr 2026 22:15see239

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see236

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see221

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see216

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see207

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see206

Bu şəxslərə dərman və həkim müalicəsi pulsuz olacaq

25 Noyabr 2026 09:39see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri