Icma.az
close
up
RU
DİM bu gün musiqi ədəbiyyatı fənni üzrə test imtahanı keçirəcək

DİM bu gün musiqi ədəbiyyatı fənni üzrə test imtahanı keçirəcək

Sia Az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bu gün 18, 20, 24, 27, 29, 30, 73 və 75-ci komissiyaya aid Musiqi ədəbiyyatı fənni üzrə test imtahanı keçiriləcək. İmtahan Dövlət İmtahan Mərkəzinin (DİM) elektron imtahanlar korpusunda və Naxçıvan şəhər 4 nömrəli tam orta məktəbdə elektron qaydada təşkil ediləcək. DİM-dən SİA-ya bildirilib ki, Bakıda 111, Naxçıvanda 3 abituriyentin imtahanda iştirakı nəzərdə tutulur.

İmtahanda abituriyentlərə 30 qapalı tipli test tapşırığı təqdim ediləcək. 10 tapşırıq musiqi nümunələrinin təyin edilməsi, 20 tapşırıq isə Azərbaycan, Qərbi Avropa və rus bəstəkarlarının həyat və yaradıcılığını, həmçinin müxtəlif bədii üslublara və dövrlərə aid biliklərin yoxlanılmasını əhatə edir. Qiymətləndirmə 10 ballıq şkala üzrə aparılır.

Saat 16:00-da başlanacaq imtahan 1 saat davam edəcək. İştirakçılar buraxılış vərəqəsində göstərilən vaxtda imtahan binasına gəlməlidirlər. İmtahan binasına daxil olarkən abituriyent imtahana buraxılış vərəqəsini və şəxsiyyətini təsdiqləyən sənədi təqdim etməlidir (abituriyentin şəxsiyyətini təsdiq edən sənədi olmadıqda o, şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətini və ya ümumvətəndaş pasportunu təqdim edə bilər). Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini təqdim etməlidirlər. Tələb olunan sənədi təqdim etməyən abituriyent imtahan binasına buraxılmayacaq.

İmtahan binasına mobil telefon, ağıllı saat və digər rabitə vasitələri, kalkulyator və s. elektron cihazlar, konspekt, lüğət, cədvəl, çanta, məlumat kitabçası, xarici yaddaş qurğuları gətirmək və onlardan istifadə etmək qadağandır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:143
embedMənbə:https://sia.az
archiveBu xəbər 03 Avqust 2025 08:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see202

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see189

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see183

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see169

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see164

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see151

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see150

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see147

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see146

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see145

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see145

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see144

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see139

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see130

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see125

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri