DİM dən 600 balı keçmiş tələbələrə ÇAĞIRIŞ
Bakivaxti saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Dövlət İmtahan Mərkəzi (DİM) ali təhsil müəssisələrinə qəbul imtahanlarında 600 və daha yüksək bal toplayan gəncləri “Bilik yarışının öncülləri” internet layihəsində iştirak etməyə dəvət edib.
Bakıvaxtı.az xəbər verir ki, DİM-in məlumatına görə, təhsil sahəsində qabaqcıl təcrübənin öyrənilməsi, təhlili və təbliği məqsədilə həyata keçirilən layihə 2016-cı ildən fəaliyyət göstərir.
Layihənin əsas məqsədi yüksək bal toplayan gənclərin təcrübəsini öyrənmək və onların uğur hekayələrini gələcək abituriyentlərə nümunə kimi təqdim etməkdir.
DİM bildirib ki, qəbul imtahanlarında 600 və daha çox bal toplayan gənclər öz təcrübələrini layihə çərçivəsində paylaşa bilərlər.
İştirak etmək istəyənlər şəxsi kabinetlərinin istifadəçi adı və iş nömrəsindən istifadə etməklə “Abituriyent” saytında təqdim olunan anket-sorğunu doldurmalıdırlar.
Qeyd olunub ki, anket yalnız bir dəfə və bütün bəndlər doldurulmaqla təqdim edilməlidir.
Saytda yalnız anket-sorğunu dolduran və cavablarından nümunələrin, eləcə də şəklinin “Abituriyent” saytında təqdim edilməsinə razılıq verən gənclər haqqında məlumat yerləşdiriləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 25 Sentyabr 2026 11:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















