Icma.az
close
up
RU
DİM ə kəskin ETİRAZ: Abituriyentlər oyuncağınız deyil!

DİM ə kəskin ETİRAZ: Abituriyentlər oyuncağınız deyil!

Redaktor.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Dövlət İmtahan Mərkəzi artıq bir qiymətləndirmə qurumundan çox, özünü qanunverici, icraedici və hətta məhkəmə orqanı kimi aparmağa başlayıb. Hüquqi əsas olmadan qəbul qaydalarını dəyişmək, imtahanlardan sonra müsabiqə ballarını artırmaq, apelyasiya prosedurlarını qeyri-effektivləşdirmək, sualları təkrar-təkrar istifadə etməklə sanki düşünmək istəyir ki, bu ölkənin gənclərinin taleyi ilə istədiyi kimi davranmaq olar. Bu, sadəcə məsuliyyətsizlik deyil – bu təhsilin etibarına yönəlmiş açıq hücumdur!

Qanunla yalnız Nazirlər Kabineti tərəfindən təsdiqlənməli olan qəbul qaydalarını DİM aprelin 17-də özbaşına dəyişib və mayda çıxan qərarı “öncədən bilirmiş kimi” tətbiq edib. Bu, qanunun üstündən xətt çəkmək deməkdir! Sual olunur: Dövlət İmtahan Mərkəzi kimdir ki, hüquqi səlahiyyəti olmadan qəbul prosesinə müdaxilə edir? Belə özbaşınalıq heç bir sivil cəmiyyətdə qəbul edilə bilməz.

Əlavə olaraq hazırda abituriyentlərin şəxsi kabinetlərinə daxil olmaq problemi yaradılıb. İddia edirlər ki, guya bu “təhlükəsizlik” məqsədi ilə edilib. Amma bəs xəbərdarlıq haradadır? İmtahana az vaxt qalır, şagirdlərin ən çox istifadə etdiyi platforma – şəxsi kabinet – susqunluqla, qeyri-müəyyənliklə bloklanır. Bu nəinki texniki məsuliyyətsizlik, həm də psixoloji cəhətdən abituriyentlərə təzyiqdir. Şəffaf və açıq proses əvəzinə, daim narahatlıq, qeyri-müəyyənlik və stress yaradılır.

Apelyasiya sistemində isə vəziyyət daha acınacaqlıdır. DİM həm sualları səhv hazırlayır, həm də cavabların səhv yoxlanıldığını etiraf etmədən minlərlə abituriyenti haqsız yerə aşağı nəticələrlə baş-başa qoyur. 10 mindən çox şagirdin apelyasiya verməsi təkcə texniki yox, sistemli problemlərin göstəricisidir. Amma DİM nə edir? Ədaləti bərpa etmək əvəzinə, proseduru çətinləşdirir, “səsinizi çıxarmayın” deməyə çalışır.

Hələ buraxılış imtahanlarında istifadə olunan eşitmə aparatlarının yararsız olması, sualların təkrar-təkrar çıxması, nəticələrin gec açıqlanması, abituriyent jurnalının gecikdirilməsi və imtahanın bahalı olması… bunlar artıq təsadüfi texniki səhvlər deyil, bu sistemin kökündən çürüdüyünü sübut edən əlamətlərdir.

Soruşuram: Hörmətli DİM, "Abituriyent 2" jurnalını niyə nəşr etmisən? Orda qəbul qaydaları olmalı idi, yoxdur. Jurnalın sonunda verdiyin 2024-cü ilin balları ilə hər il özün abituriyentləri yanıldırsan. 
Heç bir xəbərdarlıq etmədən V qrup üzrə müsabiqə şərtlərini necə dəyişirsən? Axı abituriyentlər artıq ixtisaslar üzrə hazırlaşırdı?! 

Dövlət İmtahan Mərkəzi unutmamalıdır: bu ölkənin gələcəyini qiymətləndirirsiniz! Bu qədər qeyri-ciddi, qeyri-şəffaf və hüquq tanımaz şəkildə davam etsəniz, nə sizə, nə də nəticələrinizə heç kim inanmayacaq.

Təhsil sistemindəki bu biabırçılığı ictimaiyyətə çatdırmaq, bu özbaşınalığı ifşa etmək hər birimizin vətəndaş borcudur. Abituriyentlər oyuncağınız deyil!

Kamran Əsədov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:247
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 07 May 2025 12:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see338

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see335

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see324

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see292

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see287

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see285

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see278

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see272

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see271

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see261

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see254

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see233

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see233

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see230

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see224

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see222

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see222

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see220

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see212

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri