Icma.az
close
up
RU
DİM qəbul imtahanında sualları çətinləşdirməkdə ittiham olunur: Tarix müəllimləri və abituriyentlər etiraz edir

DİM qəbul imtahanında sualları çətinləşdirməkdə ittiham olunur: Tarix müəllimləri və abituriyentlər etiraz edir

Icma.az bildirir, Bizimyol saytına əsaslanaraq.

Mayın 25-də II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirilib. Abituriyentlərə ilk cəhd şansı verilib. Dövlət İmtahan Mərkəzi artıq qəbul imtahanında istifadə olunan test tapşırıqlarının izahlı və düzgün cavablarını açıqlayıb. Yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılmasına vaxt lazım olduğundan, nəticələrin iyunun ilk dekadasında açıqlanması gözlənilir.

Bizimyol.info xəbər verir ki, Dövlət İmtahan Mərkəzi (DİM) qəbul imtahanında sualları çətinləşdirməkdə ittiham olunur. Xüsusilə tarix müəllimləri, II və III ixtisas qrupları üzrə imtahanlarda iştirak etmiş abituriyentlər etirazını bildirir.

Tarix müəllimi Kamran Şeyxzamanlı sosial media hesablarında olimpiada və imtahanlarda sualların səhv tərtibatı ilə bağlı iradlarını mütəmadi yazır. O, dəfələrlə dərsliklərin standartlara uyğun hazırlanmamasından bəhs edib. Müəllim bu dəfə qəbul imtahanında sualların bilərəkdən çətinləşdirildiyini düşünür:

“Hər qəbul imtahanında bir fənn qurban edilir. Keçən il bu, ədəbiyyat idisə, bu il tarix oldu. Qəsdən tarix fənnini vurma əmri verilmişdi. Onsuz bu fənnə ölkədə hörmət qoyulmur, dərslikləri bərbad haldadır. Olimpiadası ilə uşaqları təhqir edirlər. Əlimizdə bir DİM-in imtahanı və standartları qalmışdı, onu da bu gün dəfn etdilər. Orta və zəif uşaqlar düşünülməmişdi. Suallar müəllimlərin işə qəbulu səviyyəsində idi. Hər uşaq yaza bilməzdi. Çox xırdaçı, çürükçü söhbətlər vardı. İnsafı olan adam da belə imtahan təşkil etməzdi”.

Abituriyentlərin açıqlamaları da tarix suallarının mürəkkəbləşdirilməsinə diqqət yönəldir. Bəzi suallar konkret mübahisə doğurub. Məsələn, Məhəmməd Tahir Vahidin Səfəvilər dövründə vəzir olması ilə bağlı suala etiraz edənlərin hər birinin iradı var. Burada 17-ci əsrin sonları, 18-ci əsrin əvvəllərində yaşamış saray tarixçisinin II Şah Abbasın vəziri olması düzgün cavab kimi fərqləndirilib. Halbuki Məhəmməd Tahir Vahid Şah Süleymanın vəziri olub.

Mehdiabad qəsəbəsində tarix müəllimi kimi fəaliyyət göstərən Hikmət Quluzadə Azərbacyan Xalq Cümhuriyyətinə aid sualda ciddi yanlışlıq olduğunu iddia edir. Anar Zəkizadə yazır ki, əlində bütün texniki imkanları olan DİM-in 30 normal sual hazırlaya bilməməsi təəccüb doğurur. Pərviz Bəşirov bu il məhz tarix suallarının mürəkkəbləşdirildiyini, amma hər il ana dili və ədəbiyyatla bağlı eyni hal yaşandığını qeyd edib.

DİM sualları bilərəkdən çətinləşdirməkdə ittiham olunur. Etirazçılar inanır ki, məqsəd abituriyentləri ikinci dəfə imtahan verməyə məcbur etməkdir. İmtahan mərkəzi ittihamlarla razılaşmır. Amma açıqlamalar da məntiqli səslənmir.

Aytən, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:185
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 29 May 2025 17:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri