Icma.az
close
up
RU
DİM hamını Azərbaycan dili üzrə sınaq imtahanına ÇAĞIRDI

DİM hamını Azərbaycan dili üzrə sınaq imtahanına ÇAĞIRDI

Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.

Xəbər verdiyimiz kimi, Dövlət İmtahan Mərkəzi (DİM) bu yaxınlarda Azərbaycan dili üzrə Sertifikasiya İmtahanının modelini təqdim edib. Bu modelə uyğun olaraq sınaq imtahanı keçiriləcək:

Bəs həmin imtahana kimlər cəlb olunur?

Modern.az mövzu ilə bağlı Dövlət İmtahan Mərkəzi ilə əlaqə saxlayıb.

Qurumdan bildirilib ki, DİM ölkəmizdə ilk dəfə olaraq Azərbaycan dili üzrə Sertifikasiya İmtahanının modelini hazırlayıb:

“Bu mühüm yeniliyin əsas məqsədi Azərbaycan dilinin beynəlxalq səviyyədə inkişafını təşviq etmək, onun tədrisini və istifadəsini genişləndirməkdir. Dünyada ingilis, alman, fransız, ispan, rus, ərəb, türk və s. dilləri bilmə səviyyəsini müəyyən edən beynəlxalq imtahanlar (IELTS, TOEFL, TestDaF, DELF, DALF, STANAG və s.) mövcuddur. Azərbaycan dili üzrə Sertifikasiya İmtahanının da məqsədi dillər üzrə ÜmumAvropa Tövsiyə Çərçivə Sənədinə uyğun olaraq namizədlərə Azərbaycan dilini bilmə səviyyəsini (A1, A2, B1, B2, C1, C2) göstərən sertifikat təqdim etməkdir.

Dövlət İmtahan Mərkəzi bu prosesin səmərəli və düzgün həyata keçirilməsini təmin etmək üçün imtahanın onlayn platformasını hazırlayıb və sınaq mərhələsinin icrasına başlayıb. Sınaq prosesinin əsas məqsədi onlayn platformanın işləkliyini yoxlamaq, imtahanda dinləmə, oxu, danışma, yazı bacarıqlarının qiymətləndirilməsi üçün istifadə olunan test tapşırıqlarının və mövcud mexanizmin effektivliyini dəyərləndirmək və daha da təkmilləşdirməkdir. Bunun üçün müxtəlif sahələrdə təcrübəsi olan mütəxəssislərin, eləcə də Azərbaycan dilinin incəliklərini dərindən bilən şəxslərin rəy və tövsiyələrini öyrənmək məqsədilə ictimaiyyətə müraciət olunub.

Qeyd etmək istəyirik ki, bu imtahan Azərbaycan dilini xarici dil kimi öyrənən və rəsmi olaraq bilik səviyyəsini təsdiqləmək istəyənlər, Azərbaycanda işləmək və ya təhsil almaq arzusunda olan xarici vətəndaşlar, Azərbaycan dili üzrə bilik səviyyəsini beynəlxalq standartlara uyğun qiymətləndirmək istəyən şəxslər üçün nəzərdə tutulub”.


Məlumatda qeyd edilib ki, Azərbaycan dili üzrə Sertifikasiya İmtahanında iştirak edən şəxslərin nəticələri beynəlxalq standartlara uyğun olaraq (CEFR – Dillər üzrə Ümum-Avropa Tövsiyə Çərçivə Sənədi) qiymətləndiriləcək:


“İmtahanın nəticəsinə uyğun olaraq namizədlərə müvafiq dil səviyyəsini (A1-C2) göstərən sertifikat təqdim ediləcək. Bu sertifikat Azərbaycan dili üzrə bilik səviyyəsini rəsmi şəkildə təsdiq edəcək, təhsil, iş və digər sahələrdə istifadə edilə biləcək.

Azərbaycan dilinin inkişafı, qorunması və beynəlxalq səviyyədə tanıdılması hər birimizin vəzifəsidir. Dövlət İmtahan Mərkəzi bu istiqamətdə səylərini davam etdirir və hər kəsi ödənişsiz əsaslarla təşkil olunan sınaq imtahanında iştirak etməyə dəvət edir. Bu prosesə qoşulmaqla, siz də Azərbaycan dilinin inkişafına öz töhfənizi verə bilərsiniz!

İmtahanın sınaq versiyasında iştirak etmək istəyən hər kəs göstərilən link vasitəsilə qeydiyyatdan keçərək ödənişsiz olaraq imtahan verə bilər”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://modern.az
archiveBu xəbər 20 Mart 2025 17:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see333

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see300

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see293

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see287

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see282

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see278

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see275

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see264

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see257

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see250

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see236

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see235

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see233

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see232

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see231

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see228

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see224

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see213

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see204

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri