DİM: İdmandan qabiliyyət imtahanları 4 normativ üzrə götürülür
Apa.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
İdman istiqaməti üzrə qabiliyyət imtahanlarında hər gün 240 abituriyentin iştirakı nəzərdə tutulub.
APA xəbər verir ki, bunu DİM-in imtahanların Təşkili və İdarə Edilməsi departamentinin böyük məsləhətçisi Elşən Rəhimli Dövlət İmtahan Mərkəzinin jurnalistlər üçün qabiliyyət imtahanlarını müşahidə etmək məqsədilə təşkil etdiyi mediatur zamanı deyib.
"İdman istiqaməti üzrə qabiliyyət imtahanları hazırda Bakıda Azərbaycan İdman Akademiyası və Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunur. Regionlarda isə Tovuz, İsmayıllı və Şərur olimpiya idman komplekslərində imtahanlar keçirilir.
İmtahanlarda idman ekspertləri, Gənclər və İdman Nazirliyinin, DİM-in əməkdaşları və könüllülər iştirak edir",- o qeyd edib.
E.Rəhimli onu da bildirib ki, imtahanlar 4 normativ üzrə götürülür. İmtahan nəticələri imtahanın səhəri günü şəxsi kabinetdə görünür. Bundan əlavə, abituriyentlər imtahandan dərhal sonra apellyasiyaya müraciət edə bilərlər.
O vurğulayıb ki, təkrar imtahan üzrə müraciətlərə baxılmır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:74
Bu xəbər 24 İyun 2025 10:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















