Icma.az
close
up
RU
DİM xüsusi qabiliyyət imtahanları üçün qeydiyyata başladı

DİM xüsusi qabiliyyət imtahanları üçün qeydiyyata başladı

Icma.az, Dogru.az portalına istinadən məlumatı açıqlayır.

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 2025/2026-cı tədris ili üçün ali və orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına (XQTİ) qəbul olunmaq istəyən abituriyentlərin qeydiyyatına start verilir.

Doğru.az xəbər verir ki, mayın 20-dən 30-dək V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə və tam orta təhsil (11 illik) bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul üçün qabiliyyət imtahanlarında iştirak etmək istəyən abituriyentlər (subbakalavrlar) onlayn qeydiyyatdan keçməlidirlər.

Qeydiyyat təsviri sənət, musiqi sənəti, idman, teatr, kino və xoreoqrafiya istiqamətlərini əhatə edən komissiyalar üzrə aparılır. Abituriyentlər yalnız bir istiqamət üzrə maksimum 4 komissiyadan, subbakalavrlar isə 6 komissiyadan qeydiyyatdan keçə bilərlər.

Qabiliyyət imtahanlarının iyun–avqust aylarında keçirilməsi nəzərdə tutulur. İmtahanların dəqiq vaxtı, yeri və digər təfərrüatlar abituriyentlərin DİM-in saytından çap edəcəyi buraxılış vərəqəsində əks olunacaq.

Azərbaycan dilindən fərqli dildə qəbul imtahanı verən abituriyentlər, “Azərbaycan dili (dövlət dili kimi)” imtahanından “qeyri-məqbul” alsalar da, ilkin mərhələdə qeydiyyatdan keçə bilərlər. Lakin bu imtahandan “məqbul” nəticə əldə etməyən şəxslər yalnız 29 iyunda keçiriləcək ikinci cəhd imtahanından müvafiq nəticə əldə etdikləri halda müsabiqəyə buraxılacaqlar.

Subbakalavrlar əvvəlcə DİM-in saytında “Subbakalavrın elektron ərizəsi”ni 28 maya qədər doldurmalı və təsdiq etməlidirlər. Daha sonra qabiliyyət imtahanı komissiyası üzrə qeydiyyat prosesini 30 may saat 23:59-dək tamamlamaq zəruridir. Təhsil məlumatları sistemdə əks olunmayan subbakalavrlar bu məlumatların təhsil müəssisəsi tərəfindən vaxtında sistemə daxil edilməsini təmin etməlidirlər.

Əlavə məlumat DİM-in elanlarında və yaxın günlərdə nəşr ediləcək “Abituriyent” jurnalının xüsusi buraxılışlarında təqdim olunacaq.

DOĞRU.AZ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:499
embedMənbə:https://dogru.az
archiveBu xəbər 20 May 2025 12:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see568

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see519

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see388

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see386

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see283

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see263

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see254

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see234

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see230

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see227

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see226

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see214

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see210

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see206

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see206

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see204

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see197

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see196

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see194

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri