Icma.az
close
up
RU
DİM in buraxılış imtahanları fevralda başlayarsa, bu, şagirdlərə problemlər yaradacaq AÇIQLAMA

DİM in buraxılış imtahanları fevralda başlayarsa, bu, şagirdlərə problemlər yaradacaq AÇIQLAMA

Redaktor.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Son günlər sosial şəbəkələrdə ən çox müzakirə olunan mövzulardan biri 11 illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının ilk istiqamətinin fevraldan başlayacağı ilə bağlı yayılan məlumatlardır. Bu isə abituriyentlərdə çaşqınlıq yaradır.

Bəs imtahanlar fevralda başlaya bilərmi?

Redaktor.az-a mövzunu şərh edən təhsil eksperti Ramin Nurəliyev bildirdi ki, buraxılış imtahanının istər 11 illik, istərsə də 9 illik tarixləri ilə bağlı yayılan məlumatlara etibar etməmək lazımdır:

"Əlbəttə ki, Dövlət İmtahan Mərkəzi tarixləri açıqlayır. DİM-in açıqladığı tarixlərə əsas diqqət yetirmək lazımdır. Rəsmi qurumların açıqlaması olmadığı təqdirdə sosial platformalarda yayılan məlumatlar əsassız hesab olunur. Amma DİM-in buraxılış imtahanları fevralda başlayarsa, bu, əlbəttə ki, şagirdlərə müəyyən qədər problemlər yarada bilər. Bu problemlərin əsas başında mövzuların çatdırılması məsələsi var. Əlbəttə ki, 11-ci sinifdən hazırlığa başlayan hər hansı bir abituriyent üçün bu çox çətin olacaq. Hətta bizim təklifimiz var idi ki, imtahanların aprel ayına keçirilməsi daha məqsədəuyğun hesab olunardı, yəni mart ayının sonları, aprel ayının əvvəllərini nəzərdə tuturam. Hesab edirəm ki, DİM yenə də eyni şəkildə mart ayında buraxılış imtahanlarını keçirəcək. Bu, mənim şəxsi fikrim, şəxsi ehtimalımdır".

Onun fikrincə, fevral ayında buraxılış imtahanlarının keçirilməsi əslində abituriyentlər üçün çətin olmaqla yanaşı, DİM üçün rahatdır:

"Niyə rahatdır? Çünki buraxılış imtahanlarını və yaxud da qəbul imtahanlarını, xüsusilə açıq tipli sualları, situasiyaları fərdi şəxslər tərəfindən yoxlanılır. Elektron sistem üzərindən yoxlanılmır. Məhz ona görə də həmin imtahanların suallarının çatdırılması DİM üçün bir az çətin olur. Buna görə də bildiyiniz kimi, imtahanların nəticələrinin açıqlanması hardasa üç-dörd həftə ərzində çəkir. Bu da yəqin ki, əgər əvvələ keçirməyi planlayırsa, yəni məqsəd bu yöndədir. Başqa bir məqsəd ola bilməz. Mən hesab edirəm ki, DİM artıq qəbul imtahanlarının hesablanma və yaxud da nəticələrin açıqlanma, nəticələrin yoxlanması prosesini ənənəvi olaraq həll edə bilir. Yəni üç həftəyə bu məsələnin probleminin həllini həyata keçirə bilər. Məhz ona görə də DİM-in mart ayından tez buraxılış imtahanlarının keçirilməsi doğru hesab olunmur. Yəni ehtimal odur ki, mart və aprel ayı, hətta mart ayında keçiriləcək. Ümumiyyətlə, gələcəkdə DİM-in planında imtahanların birbaşa elektron versiya üzərindən həyata keçirilməsi var".

Müsahibimiz vurğuladı ki, şagird artıq vərəq üzərində, kağız daşıyıcılar üzərində imtahan verməyəcək, elektron formada imtahan verəcək:

"Buna hazırlıq olaraq da DİM yəqin ki, öz platformasını hazırlayır. Məhz hazırda bu platformanın hazırlığına gedən prosesdə DİM şagirdlərə fevral ayında buraxılış imtahanının keçirilməsinin ciddi bir narahatçılıq doğuracağını ehtimal edir. Əvvələ çəkməsi, əlbəttə ki, ictimaiyyət tərəfindən də ciddi narahatlıqla qarşılanar, abituriyentlər tərəfindən də ciddi narahatlıqla qarşılanar. Çünki həqiqətən də 11-ci sinifdən universitetə hazırlaşan abituriyentlərimiz var. Bu abituriyentlərimiz üçün də imtahanın əvvələ çəkilməsi ciddi problemlər doğura bilər. Ona görə də düşünürəm ki, Dövlət İmtahan Mərkəzi əgər belə bir addım atacaqsa, ictimaiyyətin nəbzini yoxlamalı, abituriyentləri də düşünməli və ona görə müvafiq addımı atmalıdır. Mart ayından tez olması qəbul edilməzdir".

Aytəkin TOFİQQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 26 Noyabr 2025 15:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see317

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see299

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see296

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see291

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see278

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see277

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see256

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see253

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see250

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see243

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see242

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see235

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see229

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see218

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see214

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see210

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see201

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see192

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri