Buraxılış imtahanında DİM in nəzarətçiləri şagirdlərə kömək etməyə çalışıb
Yeniavaz saytından alınan məlumata görə, Icma.az bildirir.
Dövlət İmtahan Mərkəzi (DİM) martın 2-də tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirib.
Yeniavaz.com qurumun rəsmi saytına istinadla xəbər verir ki, imtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 242 imtahan binası, 4292 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 242 ümumi imtahan rəhbəri, 675 imtahan rəhbəri, 4292 nəzarətçi, 747 buraxılışı rejimi əməkdaşı (mühafizə) və 242 bina nümayəndəsi ayrılıb.
“İlkin məlumatlara əsasən, 6 nəfərdə mobil telefon, 1 nəfərdə ağıllı saat aşkarlandığı üçün imtahandan xaric edilib. 2 nəzarətçi isə iştirakçılara kömək etməyə cəhd etdiyi üçün imtahandan kənarlaşdırılıb. Qeyd olunan hallarla bağlı araşdırma aparılır.
İmtahanda iştirak etmək üçün tələb olunan sənədləri qaydasında olmayan - şəxsiyyət vəsiqəsini evdə unudan, etibarlılıq müddəti başa çatan, şəxsiyyəti təsdiq edən sənədin surəti ilə imtahana gələn və ya vəsiqəsində şəkli olmadığı üçün məktəbdən verilən şəkilli arayışı özü ilə gətirməyən şagirdlər də olub”, - məlumatda deyilir.
Bildirilib ki, bu gün saat 16:00-da DİM-in “Youtube” kanalı vasitəsilə canlı yayım ediləcək və Mərkəzin məsul əməkdaşları, ekspertlər tərəfindən imtahanda istifadə olunmuş test tapşırıqları ilə bağlı izahat veriləcək, həmçinin qapalı və kodlaşdırıla bilən açıq tipli tapşırıqların düzgün cavabları təqdim olunacaq:
“Martın 3-dən etibarən DİM-də imtahan protokolları və cavab vərəqlərinin emalına başlanılacaq. İmtahanlarda istifadə olunan yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin yaxın 6 həftə ərzində elan olunması nəzərdə tutulur. İmtahanda iştirak edənlər, həmçinin valideynlər, müəllimlər, ekspertlər bütün test tapşırıqlarının izahının elektron versiyasını (pdf formasında) canlı yayımdan sonra DİM-in sosial şəbəkə hesablarından əldə edə biləcəklər”.
Bu mövzuda digər xəbərlər:Buraxılış imtahanında nəzarətçi şagirdlərə kömək etməyə çalışıb
09 Mart 2025 14:40
DİM in buraxılış imtahanları fevralda başlayarsa, bu, şagirdlərə problemlər yaradacaq AÇIQLAMA
26 Noyabr 2025 15:37
27 apreldə keçiriləcək buraxılış imtahanında iştirak edən şagirdlərə xəbərdarlıq edilib
18 Aprel 2025 09:53
Buraxılış imtahanında problem: DİM ittihamla razılaşır?
16 Aprel 2025 13:55
İmtahanda şagirdlərə kömək edən nəzarətçiləri hansı cəza gözləyir?
11 Mart 2025 11:54
Baxış sayı:141
Bu xəbər 02 Mart 2025 14:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















