DİM in keçirdiyi imtahanların niyə biri çətin, biri asan olur? AÇIQLAMA
Redaktor.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
"İmtahanların müxtəlif tarixlərdə keçirilməsi bir digər problemdir. Fərqli tarixlərdə keçirilən imtahanların biri asan, digəri isə çətin olur".
Bu fikirləri Redaktor.az-a təhsil eksperti Ramin Nurəliyev fərqli tarixlərdə keçirilən buraxılış imtahanlarında sualların asan və ya çətin olması barədə danışarkən bildirdi.
Onun sözlərinə görə, bu hal abituriyentlər arasında bərabərsizlik yaradır.
"Bu, həqiqətən də abituriyentləri bərabərsizliklə məhv edir. Düşünün, abituriyentin bir qismi 2 martda, bir qismi 9 martda imtahana gedir. Məsələn, bu imtahanlardan biri asan, biri çətin olur. Bu zaman digər tarixdə iştirak edənlərin bir günahı yoxdur. Hansı tarixdə imtahan verəcəyini abituriyent seçməyib. Dövlət İmtahan Mərkəzi tələb edir ki, hansı abituriyent nə vaxt imtahana girəcək. Abituriyentlər arasında bərabərlik pozulmurmu?".
Ekspert qeyd etdi ki, bu gün dövlətimizin imkanları genişdir.
"Düşünürəm ki, buraxılış imtahanları bir günə rahatlıqla keçirilə bilər. Kifayət qədər təhsil müəssisələrimiz var. Bir günə imtahanlar keçirilə bilmirsə, qruplara uyğun formada buraxılış imtahanı keçirmək olar. 1-4-cü qrup ixtisasları eyni tarixdə, 2-3-cü qrup ixtisasları eyni tarixdə imtahan keçirmək olar. Çünki 2-ci qrupun rəqibi 1-ci qrup deyil. Hər hansısa problem də olsa, bu, bütün 2-ci qruplara şamil olunacaq. Bu halda hansısa haqsızlıqdan söhbət getməyəcək. Amma 2-ci qrupların fərqli tarixlərdə imtahana getməyindənsə, eyni tarixdə getməkləri daha məsləhətlidir", - deyə R.Nurəliyev bildirdi.
Aytəkin TOFİQQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 10 Mart 2025 18:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















