DİM in şöbə müdiri: İndiyə qədər AYYS də 47 milyondan çox qiymətləndirmə həyata keçirilib
Icma.az bildirir, Azertag portalına istinadən.
Bakı, 10 aprel, AZƏRTAC
Dövlət İmtahan Mərkəzinin (DİM) 10 illik yubileyinə həsr olunmuş “Qiymətləndirmə sistemləri: etimad, şəffaflıq və innovasiya” mövzusunda beynəlxalq elmi-praktik konfrans öz işini davam etdirir.
AZƏRTAC xəbər verir ki, DİM-in şöbə müdiri Aydın Qasımov “AYYS - Kütləvi İmtahanlarda Yazı İşlərinin Avtomatlaşdırılmış Qiymətləndirmə Sistemi” mövzusunda məruzə ilə çıxış edib. O bildirib ki, AYYS yazı işləri meyarlar əsasında onlayn və oflayn rejimlərdə qiymətləndirilməsi prosesinin təşkilini, keçirilməsini və yoxlama prosesində iştirak edən markerlərin fəaliyyətinin auditini özündə ehtiva edən texnoloji dövrə malik sistemdir. Aydın Qasımov hazırda AYYS-də ümumi və tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul imtahanları (I-IV qruplar), magistratura səviyyəsinə qəbul imtahanları və s. imtahanların yazı işlərinin və inşalarının (esselərinin) qiymətləndirilməsinin aparıldığını söyləyib. O qeyd edib ki, indiyə qədər AYYS-də müxtəlif imtahanlar və fənlər üzrə ümumilikdə 47 milyondan çox qiymətləndirmə həyata keçirilib.
Müxbir - Aysel Azadqızı
Fotoqraf - Azər İbrahimov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 10 Aprel 2026 17:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















