TƏBİB in şöbə müdiri vəzifəsindən ayrıldı
Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
TƏBİB-in İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Hidayətoğlu vəzifəsindən ayrılıb.
Modern.az xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında paylaşım edib.
Bildirib ki, öz təşəbbüsü ilə TƏBİB-dəki fəaliyyətinə son verib.
"Bu gündən etibarən öz təşəbbüsümlə TƏBİB-dəki işimdən ayrılıram", – deyə paylaşımda qeyd olunub.
E. Hidayətoğlu bildirib ki, 5 ildən artıq müddətdə səhiyyə sahəsində ictimaiyyətlə əlaqələr istiqamətində çalışıb. 2021-ci ildən Kliniki Tibbi Mərkəzdə İctimaiyyətlə əlaqələr bölməsinin müdiri, 2022-ci ildən Bakı Baş Səhiyyə Mərkəzində İctimaiyyətlə əlaqələr və müraciətlərlə iş departamentinin rəhbəri, 2023-cü ilin dekabr ayından isə TƏBİB-in İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsində fəaliyyət göstərib.
Paylaşımında çalışdığı müddətdə media ilə daim açıq və səmərəli əməkdaşlıq qurmağa çalışdığını vurğulayan keçmiş şöbə müdiri bildirib ki, xüsusilə son üç ilə yaxın dövrdə rəhbərlik etdiyi komanda ilə çoxsaylı ictimaiyyətlə əlaqələr layihələri həyata keçirilib.
O, media nümayəndələrinə əməkdaşlığa və göstərdikləri anlayışa görə təşəkkür edib.
"İnsana qalan elə budur: yaxşı münasibət, qarşılıqlı hörmət, xoş sözlər", – deyə o, paylaşımını yekunlaşdırıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 01 İyul 2026 16:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















