Icma.az
close
up
RU
DİM in tarix fənni üzrə ekspert komissiyasının MƏLUMATI

DİM in tarix fənni üzrə ekspert komissiyasının MƏLUMATI

Icma.az xəbər verir, Unikal.az saytına əsaslanaraq.

Bu gün Dövlət İmtahan Mərkəzində II və III ixtisas qrupları üzrə mayın 25-də keçirilən qəbul imtahanında istifadə olunan test tapşırıqlarının müzakirəsi ilə bağlı Mərkəzin ekspertləri və tarix fənnini tədris edən bir qrup müəllimlə görüş keçirilib.

DİM-dən "Unikal"a verilən xəbərə görə, görüşdə tarix fənninə aid və imtahanda istifadə olunan 3 test tapşırığı ilə bağlı səsləndirilən iradlarla əlaqədar müzakirələr aparılıb.

Bu müzakirələrdən sonra DİM-in ekspertlər qrupunun iclası keçirilib və aşağıdakı qərarlar qəbul olunub:

1. Azərbaycan Xalq Cümhuriyyəti mövzusu ilə bağlı aşağıdakı məzmunda təqdim edilən test tapşırığı doğru tərtib edilmiş, qəbul proqramına və dərsliklərə uyğundur.

AXC-nin Tiflis və Bakı dövrlərinə aid ümumi cəhətləri müəyyən edin.

Müəyyən müddət Milli Şuranın fəaliyyət göstərməsi Qanunverici orqan olan parlamentin fəaliyyət göstərməsi Qonşu dövlətlə hərbi əməkdaşlıq barədə müqavilə imzalanması F. Xoyskinin rəhbərliyi ilə hökumətin təşkil edilməsi Hökumətin qanunverici səlahiyyətlərə malik olması

Mövzu: Azərbaycan Xalq Cümhuriyyəti

Sinif: 9, 11 - Azərbaycan tarixi

Doğru cavab: 1,3,4

2. “Dünya ölkələri II Dünya müharibəsindən sonra” mövzusunda aşağıda təqdim edilən mənbə əsasında cavablandırılmalı olan tapşırıqda yoxlanılan biliklər dərslikdə verilən məlumatlar çərçivəsində və mənbə əsasında tərtib edilən tapşırıqlara qoyulan tələblərə uyğundur.

Mənbə:

“1970-ci illərdə Ərəb ölkələri yenidən müttəfiq kimi ümumi düşmənə qarşı birləşib müharibəyə başladılar. Neftin qiymətinin dörd dəfə artması və dünyada iqtisadi böhranın yaratdığı çətinliklər İsrail və müttəfiqlərini danışıqlara getməyə məcbur etdi. Onlar eyni zamanda qarşı tərəfin qüvvələrini parçalamaq istəyirdilər. İsrail və müttəfiqləri bu məqsədi Kemp-Deviddə imzalanmış sazişlə həyata keçirməyə nail oldular.”

Tapşırıq:

Bəhs olunan müharibənin başlanması ilə bu münaqişənin beynəlxalq miqyas aldığını göstərən mənbədə verilməyən siyasi və iqtisadi (hər birinə aid bir) amili yazın.

Mövzu: Dünya ölkələri II Dünya müharibəsindən sonra.

Sinif: 9, 11 – Ümumi tarix

İzah: 1. iqtisadi amil neft şokunun baş verməsi və neftdən beynəlxalq münasibətlərdə təsir vasitəsi kimi istifadə edilməsi;

siyasi amil isə ABŞ-nin İsraili, SSRİ-nin ərəb ölkələrini dəstəkləməsi idi.

3. Ekspert komissiyası tərəfindən aparılan müzakirələr nəticəsində “Səfəvilər dövründə Azərbaycan mədəniyyəti” mövzusunda aşağıda təqdim edilən test tapşırığının doğru cavabının 2 və 3-cü bəndlər olması elmi mənbələrdə öz əksini tapmasına baxmayaraq, 8-ci sinif üzrə müxtəlif illərdə nəşr olunan Azərbaycan tarixi dərsliklərinin bəzilərində Məhəmməd Tahir Vahidin Şah II Abbasın tarixçisi olub sonra vəzir vəzifəsinə qədər yüksəlməsi, digərlərində Şah II Abbasın tarixçisi olub sonra isə baş vəzir vəzifəsinədək yüksəlməsi ilə bağlı bir-biri ilə uzlaşmayan məlumatlara istinad edildiyinə görə həmin tapşırıq bütün abituriyentlər tərəfindən doğru cavablandırılmış hesab olunur.

Elm və mədəniyyət xadimlərinin fəaliyyətinə aid olan doğru sıraları müəyyən edin.

Elm və mədəniyyət xadimi

Fəaliyyəti

1.

Həsən bəy Rumlu

XV əsrdə yaşamış məşhur tarixçi idi.

2.

İsgəndər bəy Münşi

Şah I Abbasın hərbi yürüşlərində iştirak etmişdir.

3.

Məhəmməd Tahir Vahid

Şah II Abbasın vəziri olmuşdur.

4.

Kəmaləddin Behzad

Marağa rəsədxanasında astronom kimi fəaliyyət göstərmişdir.

Mövzu: Azərbaycan mədəniyyəti

Sinif: 8, 10 - Azərbaycan tarixi

Doğru cavab: *


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:67
embedMənbə:https://unikal.az
archiveBu xəbər 05 İyun 2025 18:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see288

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see268

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see197

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see192

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see182

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see175

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see165

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see159

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see157

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see156

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see151

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see151

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see150

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see146

Soyuq günlərdə həyat qurtaran 8 ədviyyat: Qışın şəfa mənbələri

23 Yanvar 2026 22:56see141

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see141

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see139

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see139

Bu problemi olanlar, yumurta sarısına “yox” desin

23 Yanvar 2026 22:23see135

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri